Parlament niyə buraxılmalı idi? - Əsas səbəblər
Bir qədər əvvəl Milli Məclisin buraxılması ilə bağlı “Qafqazinfo”nun dərc etdiyi xəbər ölkə gündəmində sensasiya ilə qarşılandı. Artıq ölkənin bütün siyasi-ictimai elitası yalnız parlamentin buraxılması ilə bağlı xəbərə köklənərək mövzunu müzakirə edir. Sosial şəbəkələrdə qanunverici orqanın vaxtından əvvəl buraxılması ilə bağlı yüzlərlə rəylər, reaksiyalar yayılmaqdadır. Yaxın bir neçə saat ərzində hakim Yeni Azərbaycan Partiyası tərəfindən ictimaiyyətə açıqlanacaq qərarla bağlı prosedurun hansı gün və necə keçiriləcəyi yox, hansı səbəbdən belə bir gözlənilməz qərarın verildiyi maraq doğurur.
İlkin xəbərdə qeyd etdiyimiz kimi, sabah bununla bağlı Milli Məclis çoxluğu dövlət başçısına müraciət edəcək.
“Qafqazinfo” parlamentin buraxılmasını şərtləndirən səbəblərlə bağlı məlumatlar əldə edib.
Əslində, sensasiya effekti yaratsa da, parlamentin buraxılacağı gözlənilən idi. YAP-ın Siyasi Şurasının bugünkü iclasında qərar məhz bu şəkildə əsaslandırılıb ki, mövcud Milli Məclis ölkədə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlarla ayaqlaşa bilmir, son aylar həyata keçirilən siyasətə adekvat deyil.
Bu, bir cümləlik əsas arqument kimi görünən reallığı bir qədər əsaslandırmağa, oxucularımız üçün geniş şərh etməyə ehtiyac var.
Bir müddətdir ki, ölkə mediasında, sosial şəbəkələrdə Milli Məclisin fəaliyyəti kəskin tənqid olunurdu. Əsas hakimiyyət qollarından biri olan qanunverici orqanın ləngliyi, ölkədə həyata keçirilən, xüsusilə də son dövrlər vüsət almış dinamik islahat siyasətinin tərkib hissəsinə çevrilə bilməməsi, bir çox deputatın xalqda ciddi ikrah oyadan açıqlamaları, bəzilərinin həddən artıq yaşlanması və bu səbəbdən iclaslara qatılmaması, Milli Məclisin gəncləşməsi ilə bağlı çoxdan səsləndirilən təkliflər, deputat-seçici ünsiyyətində yeni metodlardan istifadə qaydaları, bir sözlə yeni dövrün tələbinə uyğun olan yeni yanaşma ilə işləyəcək bir qurumun formalaşdırılmasının zəruriliyi əsas amil kimi ortaya qoyula bilər.
Gəlin yuxarıda qeyd etdiyimiz faktlarla bağlı misallara istinad edək.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən üzü bəri az qala hər il keçirdiyi iclaslarda, müxtəlif görüşlərdə yüksək vəzifə tutan məmurların, xalqın etimad etdiyi şəxslərin özlərinin və övladlarının nümunəvi davranışlar sərgiləməyə məcbur olduqlarını dəfələrlə qeyd edir. O, “Mən xalqın xidmətçisiyəm” tezisini isə son vaxtlar demək olar ki, əksər görüşlərində təkrar-təkrar səsləndirir.

Prezident tərəfindən belə bir mesajların verildiyi dövrdə isə deputat Astan Şahverdiyev “Rusiyada işləyən azərbaycanlılar “otxod”dur” deyir (Artıq o dünyasını dəyişib), Hadı Rəcəbli müəllimlərə işdən sonra fəhləlik eləməyi təklif edir, Aqil Abbas dolana bilməyənləri soğan əkməyə dəvət edir, İqbal Məmmədov ona məxsus istirahət mərkəzini yoxlamağa gələn vergi işçilərini döyür, Rafael Cəbrayılov mandatını girov qoyub borc götürür, Araz Əlizadə sosial şəbəkə istifadəçilərini “avara” adlandırır, Rasim Musabəyov yeraltı keçiddə “popkorn” satan azyaşlının oradan uzaqlaşdırılmasını tələb edir. Bir çoxları isə övladlarının harın, özbaşına hərəkətləri ilə dəfələrlə gündəm olub. Prezidentin həyata keçirdiyi siyasətə adekvat olmayan Milli Məclis dedikdə, əsas diqqətəgələn məqamlardan biri elə sadaladığımız faktdır. Bu faktların sayını artırmaq da olar...
Daha sonra qeyd olunacaq məqamlardan biri və ən vacibi passiv, fəaliyyətsiz qanunverici orqanın hazırkı yürüdülən siyasətlə ayaqlaşa bilməməsidir. Artıq bir neçə aydır ki, ölkədə gəncləşmə siyasətinin həyata keçirildiyini, savadlı, bacarıqlı, yeni yanaşması ilə fərqlənən gənclərə etimad göstərildiyini nəzərə alsaq bu müstəvidə Milli Məclisin kölgədə qaldığı açıq-aşkar görünürdü.
Hazırkı tərkibinin onlarla yaşlı, eyni zamanda müasir kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən, hətta online mediadan istifadə bacarığı olmayan şəxslərdən ibarət olması parlamenti geri qoyan əsas səbəblərdən biri kimi qeyd olunmalıdır.
Bu arada artıq Azərbaycanda yeni bir institut kimi formalaşan Vitse-Prezidentlik institutunun özünü doğrultduğunu qeyd etmək lazımdır. Təsadüfü deyil ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın fəaliyyəti dövlət idarəetməsində böyük canlanma əmələ gətirib. Xüsusilə, sosial sahəni əhatə edən bu siyasət böyük nəticələr verib. Demək olar ki, Mehriban Əliyevanın fəaliyyəti nəticəsində qaçqın və məcburi köçkünlərə yanaşma dəyişib, onların ağır vəziyyətdə yaşadıqları yataqxanalardan köçürülərək müasir mənzillərlə təmin olunması dövlətin prioritet proqramlarından birinə çevrilib. Bu siyasətin həyata keçirilməsində göstərilən nümunəvi davranışlar, məcburi köçkünlərlə görüşlərdəki diqqət və sadəlik vurğulanmalı və digər sahələrdə vəzifə tutan şəxslər tərəfindən də davam etdirilməlidir.
.jpg)
Əgər prezident İlham Əliyev yeni vəzifəyə təyin etdiyi, hazırda vəzifəsini icra edən məmurları təkbətək qəbul edərək saatlarla onlardan hesabat alır, tövsiyələrini verir, həyata keçiriləcək layihələrin ən xırda detalına qədər maraqlanırsa və birinci tapşırıq kimi insanlara layiqli xidməti önə çəkirsə, dövlətdəki digər hakimiyyət qolları da buna uyğun davranmalıdır. Məhz sadalanan siyasətin ölkənin qanunverici orqanında da davam etməsi üçün yeni Milli Məclisə ehtiyac tarixi zərurət idi.
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
