İrtica və qaragüruh (esse ) Rasət Pirisoyu
Rasət Pirisoyu
İrtica və qaragüruh (Esse)
Cəmiyyət böhranla üzləşəndə, böhrandan çıxış yolu tapa bilməyəndə irtica ilə qaragüruh arasında qalır. Belə hallarda cəmiyyətin özünütəşkili xaotik xarakter daşıyır. Cəmiyyətdə birdən - birə "dahilər", "xilaskarlar" "qəhrəmanlar" dəstəsi meydana çıxır, bu dəstə cəmiyyətin düşdüyü vəziyyəti qiymətləndirmək, bu vəziyyətə uyğun qərarlar qəbul etmək əvəzinə, çoxluğun nümayiş etdirdiyi iradəyə tabe olur və bu halda eyforiyaya qapılmış çoxluğa elə gəlir ki, nicat yolu tapılıb. Cəmiyyət isə "dahilərin", "xilaskarların" və "qəhrəmanların" gəldiyi nəticələri sonuncu həqiqət kimi başa düşməyə başlayır.
Və bu o vaxta qədər davam edir ki, cəmiyyətə "dahilərin", "xilaskarların", "qəhrəmanların" heç nəyə yaramadığı məlum olur, cəmiyyət "dahiləridən", "xilaskarlardan", "qəhrəmanlardan" imtina edir.
Və beləliklə tarix səhnəsinə "O" çıxır. Cəmiyyət "O"nu ümidi doğrultmamış "dahilərə", "xilaskarlara", "qəhrəmanlara" qarşı qoyur, ümidini "O"na bağlayır, "O"nu dahi, xilaskar, qəhrəman elan edir, çoxluğun nümayiş etdirdiyi iradədən imtina edib, "O"nun iradəsini qəbul edir və yenə də cəmiyyətə elə gəlir ki, nicat yolu tapılıb. Hər iki halda, cəmiyyət reallıq qarşısında zəiflik göstərir, problemlərin kökünü araşdırmaqdan yayınır, çaşqınılıq, mənasız cəhdlər, ümidsizlik torunda çırpınır.
Bu isə öz növbəsində cəmiyyətdə irticanın və qaragüruhun çiçəklənməsinə səbəb olur. İrticanın və qaragüruhun çiçəkləndiyi cəmiyyətlərdə milli iradəyə yer olmur. Milli iradə irticanın və qaragüruhun təsiri altinda parçalanır, milli ideya param - parça olur, milli düşüncəni irticanın və qaragüruhun düşüncə tərzi əvəzləyir, nəticədə «O» ya irtica və qaragüruhun qurbanına çevrilir, ya da qəniminə..
Gözlə görünməyən, fəqət min bir bağla bir- birinə bağlı olan irticanın və qaragüruhun sərsəm səyi, tükənməz qara enerjisi, mənfi passionarlığı nəticəsində «O» ALLAHLIĞA doğru qovurlur. Və beləliklə, özündən, öz iradəsindən, hətta öz şəxsi keyfiyyətlərindən asılı olmayaraq “O”, “O”nu tarix səhnəsinə çıxaran milli missiyadan uzaq düşür. «O» cəmiyyəti irticanın və qaragüruhun ram edilməsi prinsipləri ilə idarə etməyə başlayər.
İrtica və qaragüruh xalqi “O”na, “O”nu xalqa bağlayan bütün bağları gəmrici xislətiylə didib parçalayır. “O” da öz növbəsində irtica və qaragüruhu cəmiyyətin təlxəyinə çevirir. Beləliklə, çəmiyyətdə özünütəşkilin cox vacib elementləri – tarixi fürsətlər, bəşəri missiyalar, intllektuallıq, ziyalılıq, dəyərlər, qanunlar, idarəetmə prinsipləri, secib-secilmək mexanizmləri gucdən düşməyə başlayır, çünki cəmiyyətdəki bütün proseslər irtica və qaragüruhun təsiri altında olur.
Belə cəmiyyətlərdə siyasi hakimiyyətin dəyişməsi prosesi zora əsaslanır, qaragüruhun bətnində yetişən, formalaşan və qaragüruhun "ideyalarını" mənimsəyən irtica qaragüruhdan ayaqaltı kimi istifadə edərək hakimiyyətin ən yüksək pilləsinə qalxır və “O”nun yaninda yer almaq üçün hər şeyə gedir.
Qaragüruh nədir - nəyin bahasına olursa olsun hakmiyyətə can atan irtica!İrtica nədir - nəyin bahasına olursa olsun hakimiyyəti əlində saxlamağa çalışan qaragüruh!
Qaragüruh - hakimiyyətsiz irticadır.İrtica - hakimiyyətdəki qaragüruhdur.
Bu mənada qaragüruh və irtica eyni hadisənin müxtəlif tərəfləridir. Belələri haqqında azərbaycanlılar deyirlər; hər ikisi bir bezin qırağıdır.Qaragüruh və irtica davranışlarına görə bir-birindən, demək olar ki, fərqlənmir; onların hər ikisi özünü zora, böhtana, yalana hesablayır, heç biri öz hərəkəti üçün xəcalət hissi keçirmir - günahları üzündən baş verən bütün faciələri ya tarixi zərurət, ya da rəqibin günahı kimi izah etməyə çalışırlar, özünü xalqın dəstəklədiyi yeganə qüvvə kimi təqdim etməyə səy göstərirlər.İrticanın və qaragüruhun tərcümeyi-halını diqqətlə nəzərdən keçirmək bəs edir ki, bu qüvvələrin təmsil etdikləri idealların mənsub olduqları xalqa heç bir dəxli olmadığı aydın olsun.İrticanın və qaragüruhun təqdimatında xalqın mənafeyi anlayışı yalnız zahiri xarakter daşıyır, təcrübədə irticanın və qaragüruhun həyata keçirdiyi "proqramlar" faciələrlə müşayət olur. Qaragüruhun və irticanın sifəti olmadığı üçün onların mahiyyətini axıra qədər açmaq bir çox hallarda müşkülə çevirilir. Qaragüruh və irtica istənilən vaxt istənilən sifəti qəbul edir. Qaragüruh və irtica hansısa ideyanının daşıyıcısı olmur, fəaliyyətlərində həmişə gücün müəyyənləşdirdiyi prinsipləri əsas götürürlər. Bu prinsiplərin nəyə xidmət etməsi qaragüruhu və irticanı bir o qədər də maraqlandırmır. Təki prinsiplər hansısa siyasi dividend gətirsin.İrtica idarə etmək üçün həmişə cəmiyyətdə qaragüruhun nüfuzunun güclü olmasına səy göstərir. Qargüruh isə özünün hakimiyyətə gəlməsini asanlaşdırmaq üçün həmişə irticanın hakimiyyətdə qalmasını təmin etməyə çalışır.Qaragüruh cəmiyyətin mübarizə əzmini, özünü təzələmək istəyini irticadan daha amansızlıqla qırır. Qaragüruhun güclü olduğu cəmiyyətlərdə irticaya qarşı mübarizəni təşkil etmək sadəcə mümkün olmur.İrticanın və qaragüruhun güclü olduğu cəmiyyətlərdə ziyalı mühiti tamamilə iflasa uğrayır. Cəmiyyətin istedadlı hissəsi mənəvi tənhalıq içərisində boğulur.İrtica istedadı yuxardan boğur, qaragüruh aşağıdan.İrticanın hakimiyyəti ilə barışa bilməyən ziyalı qaragüruhun ayaqları altına atılır. Ona görə də irticanın və qaragüruhun at oynatdığı cəmyyətlərdə heç bir parlaq istedad uğur qazana bilmir.
Qaragüruhun irtica haqqında ən çox işlətdiyi ifadə budur: - O hakimiyyətdə qalmağa layiq deyil. İrticanın qaragüruh haqqında ən çox işlətdiyi ifadə isə budur: - O hakimiyyətə gəlməyə layiq deyil. İrtica ilə qaragüruhun siyasi mübarizə adlandırdığı oyun məhz bu iki cümlənin mövcud olduğu məkanda baş verir.İrtica hakimiyyəti əldən verməməyə çalışır. Çünki irticanın cəmiyyətdə hakimiyyətdən savayı heç bir dayağı olmur. Bunu başa düşən qaragüruh həlledici momenti - fürsət məqamını gözləyir. Çünki qaragüruhun hakimiyyət uğrunda mübarizəsi yalnız fürsətin imkan verdiyi məqamlarda reallaşa bilir.Xalq, vətən, dövlət mövzuları qaragüruhun və irticanın ən çox sevdiyi mövzulardır. Elə buna görə də onlar bir qayda olaraq xalqın, vətənin və dövlətin adından danışmağı xoşlayırlar. İrtica və qaragüruh xalqı hər şeyə qadir qüvvə kimi təqdim etməyi sevir. Halbuki tarix dəfələrlə sübut etmişdir ki, təşkilatlanmamış, yaxud saxta prinsiplərin əsirinə çevirilmiş xalq heç bir vaxt ədalətli, insaflı və güclü cəmiyyət yarada bilmir və xalqlar birliyinin mövcud olduğu dünyada hörmət qazanmır. Tarix yalnız insanların deyil, həm də xalqların qəbirstanlığıdır. Prinsipləri məlum olmayan, yalnız güc şəkilində meydana çıxan xalq, hərəkat, proses həmişə ya iricanın, ya da qaragüruhun iddialarını yerinə yetirir, davamlı olmur, tezliklə parçalanır və cəmiyyətdə nüfuzunu itirir. İrtica və qargüruh heç bir vaxt ideallardan çıxış edib situastya yarada bilmir, onlar bir qayda olaraq, həmişə hadisələrin arxasınca sürünür, hadisələrin həlledici məqamlarında xüsusi qəddarlıq nümayiş etdirir, fürsətdən maksimum yararlanmağa çalışır.İrtica özünü qorumaq üçün zopanı əsas götürür. Qaragürüh böhtanı, şantajı və suyu bulandırmağı... İrtica da, qargüruh da cəmiyyəti informasiya torunda saxlamağa çalışır. Real vəziyyəti təhrif edir. Xalqın irtica ilə qaragüruh arasında qaldığı dövrləri itirilmiş dövrlər də alandırmaq olar. Belə dövrlərdə cəmiyyətdə axtarış ruhu, demək olar ki, tamamilə sönür. Xalqın özünü təşkili ləngiyir. Əhali problemlərin həllini öz içərisində deyil, özündən qıraqda atarmağa başlayır.Nəticədə cəmiyyətdə duruğunluq ab-havası yaranır.Bu duruğunluq növbəti inqilabi situasiyaya qədər davam edir.İnqilablar isə heç bir vaxt heç nəyi xilas etmir.İrtica ilə qaraguruh arasında qalan xalqların müstəqilliyi də formal xarakter daşıyır. Bu müstəqillik hamının mənafeyini nəzərə alan mədəni mühit yaratmaq iqtidarında olmur, irticanın hədsiz varlanmasına səbəb olur. Xalqa məxsus yeraltı və yerüstü sərvətlər isə irticanın hakimiyyətinin qorunması naminə xərclənir.İrticanı və qaragüruhu həm də cibində konspekt gəzdirən siyasi qüvvə adlandırmaq olar. Onlar heç bir vaxt mənsub olduqları xalqın mahiyyətindən çıxış etmir, xalqa dəxli olmayan, qıraqdan gətirilən özünütəşkil, özünüidarə ideyalarını əhaliyə sırımağa çalışırlar. Bu isə öz növbəsində irticanın və qaragüruhun xalqdan qıraqda olan qüvvələrin təsiri altına düşməsinə səbəb olur.İrtica və qaragüruhdan qurtarmağın yolu təşkilatlanmadan və hamının və hər kəsin mənafeyini nəzərə alan, eyni zamanda hamının və hər kəsin tarixi missiyasını müəyyənləşdirən, onları ayırıb bir yerə yığan ideyalardan keçir. Təşkilatlanmaq üçün özünə pul xərcələməyən əhali, xalq, cəmiyyət bir qayda olaraq təşkilatlanmış irticanın və təşkilatlanmış qaragüruhun soyğunçuluğuna məruz qalır, rüşvətxorluq və zor bataqlığında boğulur. İrtica ilə qaragüruh arasında qalan xalqları Sizif xalqlar da adlandırmaq olar. Belə xalqlar bir qayda olaraq Sizif ömrü yaşayırlar. Onlar min bir zəhmət hesabına qazandıqları hər şeyi bir andaca itirirlər. İrtica və qaragüruh isə hər şeyini itirmiş adamlarda belə bir illüziya yaratmağa çalışır ki, xoşbəxt gələcək lap yaxındadır, bir az da dözmək lazımdır, lap az qalıb... Və beləliklə, illüziya öz işini görür, adamlar dözür, gözləyir, xoşbəxt gələcək isə gəlib çıxmaq bilmir...
- AZƏRBAYCAN DİLİ MÜTƏXƏSSİSLƏRİ OXU VƏ YAZI STANDARTLARINA CAVAB VERMİRLƏR
12 avqust 2025 22:16
- Bizim Kainat yurdumuz (Esse)
22 may 2025 12:58
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Qulu Məhərrəmli: Çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədi - MÜSAHİBƏ
5 dekabr 2024 13:49
- Millət vəkili Cavanşir Feyziyevin ömür yolunun DÜŞÜNDÜRDÜKLƏRİ - Fəlsəfi esse
25 noyabr 2024 22:03
- Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
25 oktyabr 2024 13:04
- Qalib gəlmək çox azdır... Rasət Pirisoyu
28 iyul 2024 13:07
- Xəstəxanadan çıxandan sonra Əkrəm Əylisliyə zəng elədim…” –Yazıçı Elçin /MÜSAHİBƏ
22 iyun 2024 11:07
- ÖZ İÇİNƏ BASILAN XALQ - Rasət Pirisoyu
18 fevral 2024 13:37
- Allah var, ay adamlar, vallah Allah var !
29 sentyabr 2023 14:32
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09 dekabr 20:20
