“Prezident düz deyir də, dünyanın axırıdır ki, kişi kişi ilə toy edir”
"Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, ”Stop İslam!" deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik".
Bu fikirləri prezident İlham Əliyev BDU-nun 100 illiyi ilə bağlı tədbirdə səsləndirmişdi.
Ölkə başçısı ifadələrində heç də Avropa ilə siyasi və iqtisadi əməkdaşlığı nəzərdə tutmurdu. Söhbət Qərb cəmiyyətində qəbul edilmiş və bizə yad görünən mental qaydalardan, qeyri-ənənəvi cərəyanlar və tendensiyalardan, avropalıların sosial həyatından gedir. Prezident Azərbaycanın bir Şərq və müsəlman ölkəsi olduğuna, bu regionun öz mədəni dəyərlərinə malik olmasına işarə vururdu.
Yəni biz avropalıların həyat tərzini yaşamırıq, öz yazılmamış əxlaq qanunlarımız, mental adətlərimiz, İslama söykənən baxışlarımız, bir fransız, yaxud ingilis ailələrindən seçilən ailə institutumuz var. Həmçinin homoseksuallığın inkişafı, həmcinslərin evliliyi, islamfobiyanın kampaniyaya çevrilməsi hallarının yolverilməzliyinə diqqət çəkirdi və Azərbaycanın Avropaya bu mənada inteqrasiya etməyəcəyini söyləyirdi.
Başqa sözlə, biz nə Qərbin təhsil və texnologiya yeniliklərindən və siyasi-iqtisadi proqramlarından imtina edirik, nə də demokratiyaya və insan haqlarına münasibətdən danışmırıq. Necə ki, klassiklərimizdən Mirzə Fətəli Axundov "Müsyö Jordan həkimi-nəbatət və Dərviş Məstəli şah cadükani-müşkin” pyesində avropalılar haqda yazırdı: "Bizlərdə çox arvad almaq dəbdi, onlarda çox kişi almaq”.
Doğurdan da, Azərbaycan mədəni inteqrasiyada Avropaya doğru istiqamət almalıdırmı? Xalq artisti Rasim Balayev deyir ki, dövlət başçısının fikirləri həqiqətdir. Onun sözlərinə görə, dünyada elə qeyri-ənənəvi meyllər əmələ gəlib ki, normal insan ağlı bunu qəbul edə bilməz: "Prezident düz deyir də... Dünyanın axırıdır ki, kişi kişi ilə toy edir. Mən Quranı oxumuşam, axirətin əməlləri orada sadalanıb. Belə hərəkətlər bizə yaddır. Biz onu niyə nümunə etməliyik?”
R.Balayev bu "dəyər”lərin təbliğinin əleyhinədir və efirə çıxan bəzi adamların qarşısının alınmasını vacib sayır: "Şübhəli adamlar efirə çıxırlar. Televiziya rəhbərləri bunun qabağını almalıdır. Hər şeyin öz həddi var. Bir millət kimi öz xasiyyətimiz, ənənələrimiz var. Allah məsləhət bilsəydi, elə hamını, bizi də ingilis, rus yaradardı. Hər xalqın öz əxlaq normaları, yaşayış tərzi var. Azərbaycan xalqının öz adət-ənənələri var. Bizim öz ailə dəyərlərimiz avropalılardan fərqlidir. Bizdə ailədə kişinin fikri əsasdır. Bu da olmayanda ailədə başqa problemlər meydana çıxır”.
Deputat Aqiyə Naxçıvanlı isə BBC-yə şərhində söyləyib ki, Azərbaycanda hərdən səhvən dünyaya inteqrasiya adı ilə Avropa dəyərləri gətirilib cəmiyyətimizə şamil edilir.
"Bizim özümüzün dədə-babadan gələn adət-ənənəmiz var. Cənab prezident onları göstərdi ki, bizdə ağsaqqala, ağbirçəyə, böyüyə hörmət adətləri var və bu, başqa millətlərdə yoxdur” - Aqiyə Naxçıvanlı deyib.
O deyib ki, Azərbaycanda şübhəsiz ki, qadın kişi bərabərliyi var, amma bizdə onun Azərbaycan modelidir. Deputat bildirib ki, milli mentalitet və adətlər qorunmalıdır və prezidentin çıxışı da bunu nəzərdə tutur:
"Biz bu bərabərlikdən danışırıq, daha demirik ki, qadın əlinə nəsə alıb kişini döysün və desin ki, mənim də hüquqlarım kişiylə bərabərdir. Başqa millətlərdə kişi qadın, qadın kişi ola bilir, bizdə belə şeylər yoxdur. İlham Əliyevin fikirlərində ziddiyyət yoxdur. Biz dünyaya inteqrasiya olmalıyıq, amma öz dəyərlərimizi itirmədən inteqrasiya olunmalıyıq”.
"Yeni Müsavat”
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 2024 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06