Necə edək geyindiyimiz həm özümüzünkü, həm də ucuz olsun?
İqtisadiyyat2 dekabr 2019 11:46
Yüngül sənaye son illər çox sürətlə inkişaf edən sahədir. Biz bununla nəinki daxili tələbatı ödəmək, eyni zamanda xarici bazarlara öz zövqümüzü diktə edə bilərik. Son illərdə pambıq, gön-dəri istehsalı ölkəmizdə artır. Bu sahənin inkişafı və məhsul bolluğu ölkədə yüngül sənayenin inkişafına da təkan verir. Tekstil sənayesi məhsulları dünyada əsas istehlak məhsullarından biridir. Əsasən əl əməyi tələb etməsi işsizliyin aradan qaldırılmasında böyük önəm daşıyır".
Bunu biznes menecer Səbuhi Rüstəmov ölkəmizdə tekstil və geyim sənayesinin inkişaf yollarından danışarkən Sputnik Azərbaycan-a deyib.
"Yüngül sənaye son illər çox sürətlə inkişaf edən sahədir. Biz bununla nəinki daxili tələbatı ödəmək, eyni zamanda xarici bazarlara öz zövqümüzü diktə edə bilərik. Son illərdə pambıq, gön-dəri istehsalı ölkəmizdə artır. Bu sahənin inkişafı və məhsul bolluğu ölkədə yüngül sənayenin inkişafına da təkan verir. Tekstil sənayesi məhsulları dünyada əsas istehlak məhsullarından biridir. Əsasən əl əməyi tələb etməsi işsizliyin aradan qaldırılmasında böyük önəm daşıyır".
Bunu biznes menecer Səbuhi Rüstəmov ölkəmizdə tekstil və geyim sənayesinin inkişaf yollarından danışarkən Sputnik Azərbaycan-a deyib.
O qeyd edib ki, rentabelliyin artırılmasının yollarından biri brendləşmədir: "Çünki Azərbaycan əhalisinin 10 milyonluq sayı var və 10 milyon insana xitab edən böyük tekstil toxuculuq müəssisəsi çox rentabelli olmaya bilər. Ona görə biz xüsusilə Gürcüstan, Orta Asiya ölkələri, Rusiya bazarına da çıxmalıyıq. Hazırda Azərbaycanda 100-dən artıq tekstil fabriki arasında ən çox yer tutan tikiş fabrikləridir. Bu fabriklər yerli tələbatın təxminən 10 faizini ödəmək iqtidarındadır. Buna əsas səbəb kimi yun və yarım yun, ipək və yarım ipək kimi xammal məhsullarının çox hissəsinin Türkiyə, Çin, Pakistan və MDB ölkələrində idxal olunması göstərilir. İstehsal prosesində yerli xammal məhsullarının istifadəsi üçün bir sıra işlər görülməlidir. Kənd təsərrüfatında tekstil sənayesi üçün uyğun olan pambıq məhsullarının yetişdirilməsi, heyvandarlıq sahəsində yun parçalar üçün tələb olunan ipliyin əldə edilə bilməsi, tekstil sənayesinin inkişafına təkan verən amillərdir".
S.Rüstəmov bildirib ki, ölkədə adi tikiş aksesuarlarının istehsalı mövcud deyil: "Məsələn, hər hansı bir geyim üçün astar parça, düymə, tikiş sapları xaricdən idxal olunur: "Bunlara əlavə gömrük rüsumları tikiş məhsullarının, geyim məhsullarının, hazır məhsulların maya dəyərinin daha yüksək olmasını təmin edir. Bu zaman yerli məhsulların idxal məhsulları ilə rəqabət aparması çətinləşir. Əgər gömrük rüsumları aşağı salınarsa, gələcəkdə idxaldan asılı olan məhsulların maya dəyəri ən az 15 faiz aşağı düşəcək. Azərbaycanda istehsal olunan tekstil məhsullarının xarici məhsullarla müqayisədə nə dərəcədə rəqabətə davamlı olduğuna gəldikdə tekstil fabrikləri beynəlxalq sertifikatlara malikdir. Bu da onun göstəricisidir ki, Azərbaycanda da keyfiyyətli məhsullar istehsal oluna bilər. Sadəcə bəzi çətinliklərin aradan qaldırılması üçün dəstəyə ehtiyac var. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq".
Onun sözlərinə görə, istehsal olunan pambığın böyük bir hissəsi xammal, yəni pambıq maxlıcı şəklində ixrac olunur: "Amma bunun həm də emalını dərinləşdirmək və hazır məhsullar edərək ixracına nail olmaq olar. Pambıq istehsalının artması toxuculuq məmulatlarının idxalına xərclənən vəsaitin də azalmasına səbəb olacaq. Toxuculuq məmulatlarının idxalına ötən il ərzində 315 milyon dollardan çox vəsait sərf olunub. Burada düzdür pambıqçılıq məhsulları ilə yanaşı digər məhsullar da var. Amma yerli istehsal təşviq olunandan sonra bu məhsulların da idxalı azalacaq".
Onun sözlərinə görə, ölkəmizdə geyimə olan tələbatın 15 faizi yerli istehsal hesabına ödənir: "Bu da o deməkdir ki, istifadə etdiyimiz paltarların böyük hissəsi xaricdən gətirilir. Həmin məhsullar əsasən Türkiyə, Çin və Avropa ölkələrindən idxal olunur. Xüsusən də Çindən keyfiyyəti nisbətən aşağı olan, amma eyni zamanda qiyməti də yüksək olmayan geyim məhsulları idxal olunur. Nəticədə yerli məhsullar (yerli məhsulların qiyməti nisbətən yüksək olması) həmin geyim məhsulları ilə rəqabət apara bilmir. Bu, nəticə etibarı ilə ucuz idxal olunan geyim məhsullarının daha çox satılmasına səbəb olur. Müşahidələr onu göstərir ki, yerli brendlərə istehlakçılar da inanmırlar. Ona görə də Bakıda sexlərdə tikilən paltarlara "Made in Turkey" etiketləri vurulur".
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 234,68 milyon dollarlıq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib. 2019-cu ilin yanvar ayında bu rəqəm 15 milyon 188 min dollar, fevral ayında 34 milyon 316 min dollar, mart ayında 55 milyon 763 min dollar və s. təşkil edib.
Onu da bildirək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan ərazisində istehsal olunan üst geyim istehsalı 289,2 min ədəd (illik 16% azalma), alt geyim 500,3 min ədəd (3,7% azalma), corab 2 milyon 475 min cüt (23,3% artım), ayaqqabı 148,1 min cüt (28,5% azalma) olub. Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
Xəbər lenti
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
