NKVD başçısının arvadıyla gəzən yazıçı – Stalinin sevimlisi
Maraqlı3 dekabr 2019 16:50
Onun həyatı anadan olduğu gündən ölümünə qədər maraqlı hadisələrlə zəngin olub. Nikahdankənar doğulan Mixail Şoloxov düz 8 il başqa bir adamın soyadını daşıyıb. Belə ki, onun anası Anastasiya Danilovnanı sevmədyi bir kişi ilə ailə həyatı qurmağa məcbur ediblər. Bir müddət keçdikdən sonra o, nikahı pozmadan ailəsindən gedib. Qeyri-rəsmi olaraq ikinci dəfə ailə qurub, cütlüyün dünyaya bir oğlu gəlib, uşağa Anastasiya Danilovnanın rəsmi olan ərinin soyadı qoyulub – Kuznetsov. Yalnız 8 ildən sonra "ata” Kuznetsov vəfat edəndə, Şoloxovun əsl atasının soyadını rəsmiləşdirmək mümkün olub.
Mixail Şoloxov Rostov vilayətinin Veşenskaya kəndində kazak xutorunda anadan olub. Cəmisi dörd illik gimnaziya təhsili və vergi kurslarında təhsil alıb. Sonralar ali təhsil almaq istəsə də, müxtəlif səbəblərdən Şoloxov buna nail ola bilməyib.
17 yaşında olarkən kəndlərində vergi müfəttişi işləyən Şoloxov həyatının ilk "maraqlı” hadisəsi ilə üzləşib. Vəzifə səlahiyyətini aşdığına görə Şoloxov həbs olunub. Mövcud qanunlara görə o, güllələnmə hökmünə məhkum edilib, sonralar özü yazdığı kimi, ölüm hökmünün icrasını iki gün gözləyib.
Valideynləri çevik tərpənərək onu xilas edə biliblər. Şoloxova yeni doğum şəhadətnaməsi düzəldərək onun yaşını 2 il yarım azaldıblar. Beləliklə, Şoloxov yetkinlik yaşına çatmayan yeniyetmə kimi ağır cəzadan xilas olub, o, bir il müddətinə Moskva ətrafındakı yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş koloniyada cəzasını çəkib.
Həbsdən sonra Şoloxov Moskvada qalaraq ali təhsil almaq istəyib. Amma komsomol göndərişi, əmək stajı və digər lazım olan sənədlər olmadığından onun bu istəyi baş tutmayıb.

Yenidən kəndə qayıdan Şoloxov ədəbi yaradıcılığa başlayıb. Onun kiçik hekayələri, felyetonları mərkəzi qəzetlərdə çap olunub. Ədəbiyyat dərnəklərində iştirak edən Şoloxovun yaradıcılığı müəllimlərinin və dövrün tanınmış yazıçılarının diqqətindən yayınmayıb.
1926-1940-cı illərdə Şoloхov ən məşhur əsəri – "Sakit Don” roman-epopeyası üzərində işləyib. Romanının birinci və ikinci cildləri 1928, üçüncü cildi 1932, dördüncü, sonuncu cildi isə 1940-cı ildə nəşr olunub. Bu əsər ona böyük populyarlıq qazandırıb. "Sakit Don” təkcə SSRİ-də deyil, xarici ölkələrdə də maraqla qarşılanıb. Uzun illər bu əsərin plaqiat olması ilə bağlı iddialar səsləndirilib. Həmin ərəfədə bu mübahisəli məsələyə Stalin müdaxilə edib. Xüsusi komissiya yaradılıb, Şoloxov əlyazmalarını komissiyanın üzvlərinə təqdim etdikdən sonra mübahisələr səngiyib. Amma buna baxmayaraq, çox-çox sonralar da "Sakit Don” dəfələrlə gündəmin mövzusuna çevrilib.
1938-ci ildə Şoloxov həyatının ikinci "ölüm hökmü” ilə qarşılaşb. "NKVD” onu sovet ideologiyasına zidd olan bir şəxs kimi Stalinə təqdim edib. Stalin Şoloxovun həbsinə imza atmayıb.

Şoloxovun həyatında səsli-küylü hadisələrdən biri də "NKVD”-nin başçısı Nikolay Yejovun həyat yoldaşı Yevgeniya Xayituna ilə bağlı olub. Yazıçı ilə "dəmir narkom”un həyat yoldaşının tanışlığı Yejovun baş evində baş tutub. Yejovun dəvəti ilə Şoloxov bağda yazıçı kimi hörmətli qonaq qismində iştirak edib. Hamının sərxoş olduğu bu məclisdə Yevgeniya ilə Şoloxovun arasında "isti” münasibət yaranıb. Bu tanışlıqdan sonra onlar yenidən görüşmək qərarına gəliblər.
Ədəbiyyat söhbətlərindən başlanan görüşlər yataqda sona çatıb. Bu görüşlər və görüşlərin yeri haqqında Yejova məlumat verilib. Yejovun göstərişi ilə sevgililərin görüş yerinə, "Natsional” mehmanxanasının nömrələrinə səsyazan qurğular yerləşdirilib. Bir neçə gündən sonra yazılmış səslər Yejova təqdim olunub – intim səslər, yataqda söhbət, duş altında etiraflar...
Yejovun Şoloxovdan qisas almağa gücü çatmayıb, həm də buna vəzifədə olma müddəti imkan verməyib...
Şoloxov bəlkə də yeganə yazıçı olub ki, Stalindən çəkinməyib, onunla açıq söhbətdən qaçmayıb və xalq arasında Şoloxovu "Stalinin sevimlisi” adlandırıblar.

Yazıçı hədsiz dərəcədə içki məclislərinin həvəskarı olub. Bu haqda Stalin də məlumatlı olub. Bu əyləncənin qarşısını almaq üçün Stalin onu yanına dəvət edib. Ümumi söhbətdən sonra Stalin soruşub:
- Yoldaş Şoloxov, eçitdiyimə görə çox içirsiniz?
- Bəli, yoldaş Stalin, sizə düzgün məlumat verilib, belə həyatda necə içməyəsən?
Cavab Stalini qıcıqlandırmayıb, çünki o, mövcud problemləri Şoloxovdan da yaxşı bilib. Daha sonra onlar gələcək planlardan danışıblar, Şoloxovun yaradıcılığından söhbət düşəndə yazıçı belə məsələləri bir badə gürcü şərabı içdikdən sonra müzakirə etməyi məsləhət görüb. Stalin onu gürcü çaxırına qonaq edib.
Heç bir ali təhsili olmayan Şoloxov SSRİ-nin ictimai həyatında fəal rol oynayıb, o, SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Ali Sovetinin deputatı oub. Müharibə illərində "Pravda” qəzetində hərbi müxbir vəzifəsində çalışıb.
"Sakit Don” əsərindən sonra "Oyanmış torpaq” romanı yazıçıya növbəti populyarlığı qazandırıb. Onun müharibə illərində qələmə aldığı "Onlar vətən uğrunda döyüşürdülər” və "İnsan taleyi” əsərləri dillər əzbərinə çevrilib.
Şoloxov bu əsərlərinə görə SSRİ-nin ən yüksək mükafatları, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı, Stalin mükafatı ilə təltif olunub.
Şoloxov yeganə sovet yazıçısı olub ki, o, Nobel mükafatını SSRİ rəhbərliyinin razılığı ilə alıb. Hətta bununla bağlı Kremldən İsveçin SSRİ-dəki səfirliyinə məktub da göndərilib:
"Xahiş edirik ki, İsveç ictimaiyyətininə çatdırasınız ki, Mixail Şoloxova Nobel mükafatının verilməsini SSRİ ictimaiyyəti tərəfindən daha yüksək qiymətləndiriləcək...”
1965-ci ildə Şoloxov ədəbiyyat üzrə Nobel mükafatının laureatı olub.
Mükafatın təqdimolunma mərasimində də Şoloxov qeyri-adiliyi ilə fərqlənib. Belə ki, o, mükafatı alarkən İsveç kralı 6-cı Adolf Qustava təzim etməyib və bunun səbəbini də söyləyib:
"Biz kazaklar xalqdan başqa heç kimə təzim etmirik...”
Mixail Şoloxov bütün həyatı boyu xeyriyyəçiliklə məşğul olub. O, 1941-ci ildə Stalin mükafatından aldığı 100 min rublu müdafiə fonduna köçürüb, 1960-cı ildə Lenin mükafatından aldığı 100 min rublu isə Bazkovski qəsəbəsindəki məktəbin tikintisinə sərf edib. Nobel mükafatından əldə etdiyi vəsaitin yarısından çoxunu Şoloxov öz kəndlərində, Veşenskayada klub və kitabxananın tikintisinə xərcləyib.

Stalindən sonra hakimiyyətə gələn Xruşov da Şoloxovla dost münasibətində olub. Yazıçı növbəti "padşah”la da açıq müzakirələr aparmaqdan, problemlrdən danışmaqdan çəkinməyib. Xruşov onu tez-tez öz bağına dəvət edib. Belə görüşlərin birində Xruşov Şoloxovun kiçik qədəhinə konyak süzəndə yazıçı əlinin arxası ilə qədəhi Xruşova tərəf itələyib:
- Nikita Segeyeviç, süfrəyə araq və böyük stəkan gətizdirin.

Populyarlığına, paytaxtda qalmaq imkanlarına baxmayaraq Şoloxov Moskvada yaşamağa üstünlük verməyib. O, 1960-cı ildən doğma kəndinə köçüb. Doğulub boya-başa çatdığı evdə yaradıcılıqla məşğul olub, hər gün onlarla vətəndaş qəbul edib, onların problemlərini yazıçı öz nüfuzundan istifadə edərək yoluna qoyub.
Mixail Şoloxov ömrünün son illərində bir çox xəstəliklərdən əziyyət çəkib, onda boğaz xərçəngi aşkar edilib. Şoloxov elə bu xəstikdən də 1984-cü ildə vəfat edib. Yazıçı Veşenskaya kəndində, öz yaşadığı evin həyətində dəfn olunub.
Mənbə: musavat.com
Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Seyran Səxavət: Yazıçı Anarın yerinə mən olsaydım, hamısını AYB-dən xaric edərdim
11 yanvar 2026 22:42
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
8 dekabr 2025 13:03
- Xruşşovla Maqomayevin qarşıdurması - Baş katibi qəzəbləndirən tvistə qadağa qoyulub
26 noyabr 2025 22:30
- Çan Kayşinin oğlu, Leninin bacısının oğulluğu – sonda o, Tayvanın prezidenti olub
25 noyabr 2025 20:47
- Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
21 noyabr 2025 21:22
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
7 noyabr 2025 10:18
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir
30 oktyabr 2025 13:20
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
