“Azərbaycanın Mehriban siması”...
Azərbaycanda Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış “Azərbaycanın Mehriban siması” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə respublikanın ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxsləri, yazıçı və jurnalistlər iştirak edib.
“Azərbaycanın Mehriban siması” adlı kitabının elmi redaktoru, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov çıxış edərək bildirib ki, Vaqif Abdullayevin oxuculara təqdim etdiyi yeni kitabında Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli və zəngin elmi mədəni, humanitar, ictimai-siyasi fəaliyyəti geniş şəkildə sosioloji və politoloji istiqamətlərədn təhlil olunur:
“Nəşrdə Mehriban Əliyevanın görkəmli qadın lider kimi praqmatik liderlik keyiyyətlərinə, qısa zaman ərzində Azərbaycanın əldə etdiyi uğurlara verdiyi dərin töhfəni, çoxsaylı siyasi uğurlarını düzgün və obyektiv rakursdan fəlsəfi-analitik təhlilini görmək mümkündür”.
N.Cəfərov qeyd edib ki, Mehriban xanım haqqında kitab yazmaq həddindən artıq çətindir və dərin məsuliyyət, yüksək siyasi-elmi təfəkkür, analitik erudisiya tələb edir:
"Vaqif Abdullayev uzun illər siyasi elmlər sahəsində dərin və geniş tədqiqatlar aparan alim kimi görkəmli şəxsiyyətlərimiz olan Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında sanballı və siyasi ədəbiyyatımızda xüsusi yeri olan kitablar yazaraq nəşr etdirmişdir. Bu baxımdan onun “Azərbaycanın Mehriban siması” kitabı da çox dərin və əhatəli ictimai və siyasi tədqiqatın, elmi-fəlsəfi-analitik təhlillərin dəyərli nümunəsidir. Müəllif kitabda prosesləri sadə və elmi-bədii formada təsvir etməklə, oxunaqlı və zəngin üslub keyfiyyətlərindən məharətlə istifadə etmişdir. Eyni zamanda, kitabın çox keyfiyyətli tərtibi onun dəyərini daha da artırır.
Nizami Cəfərov bildirib ki, oxucunun kitabdan əldə etdiyi əsas qənaət budur ki, Mehriban xanımın fəaliyyətində hər zaman insanların taleyi əsas yer tutur. Onun özünün qeyd etdiyi kimi “uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.
Çıxış edən yazıçı Xeyrəddin Qoca bildirib ki, Mehriban xanım zəngin və təkrarolunmaz fəaliyyəti ilə Azərbaycan qadınları üçün gözəl nümunədir:
"Azərbaycanın bütün bölgələrindən hər gün ona yüzlərlə vətəndaş müraciət edir. Ona hamı yazır, kiçikdən böyüyə, sosial statusundan və peşəsindən asılı olmayaraq, hər bir vətəndaş ona inam yeri kimi baxır. O, bütün insanların sosial istinadgahıdır. Mehriban xanımın ictimai və siyasi fəaliyyəti cəmiyyətin şüurundakı qadın lider obrazını ildən-ildə daha da möhkəmləndirmişdir. Birinci xanım daşıdığı bütün vəzifələrin öhdəsindən layiqincə gələrək hər bir işin ustası olduğunu təsdiqləmişdir. Azərbaycan Prezidentinin xanımı ölkə daxilindəki səfərlərdə daim onu müşayiət edir. Onun fəaliyyəti, işi, insanlara münasibəti göz qabağındadır və bununla da iqtidarla cəmiyyətin qarşılıqlı əlaqələrinə öz töhfəsini verir".

- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
6 aprel 2026 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
6 aprel 2026 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
6 aprel 2026 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
5 aprel 2026 19:39
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
