Ziyalılardan möhtəşəm təklif gəldi (MÜRACİƏT)
"Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ili başa çatmaqdadır”.
Qaynarinfo xəbər veir ki, bu sözlər Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin yaradılması təşəbbüsü ilə çıxış edən bir qrup ziyalının müraciətində yer alır.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:
"100 illik”lə bağlı ümidlər və təntənələrdən sonrakı müddət ərzində bu ümidlərin nə dərəcədə doğrulduğu, təntənələrin isə nə qədər "təntənəli” olduğu haqda düşünməyə kifayət qədər vaxtımız vardı. "Nələr” etdiyimizlə yanaşı, nələri "edə bilmədik” üzərində düşünəndə alınan mənzərə elə də ürəkaçan deyildir...
Gəncə, tarixən olduğu kimi, yenə də fərqləndi, "Cümhuriyyət muzeyi” açdı. Azərbaycanın İstiqlalını elan edərək müvəqqəti paytaxt Gəncəyə gələn Milli Şura üzvlərini tarixi binada yenə də "bir yerə topladı”. Cümhuriyyət və gəncəli cümhuriyyətçilərin adı ilə bağlı binalara xatirə lövhələri, barelyeflər vuraraq bu
Möhtəşəm Hadisəni yaratmış və yaşatmış Böyük Kişilərə, imkanları daxilində, öz borcunu verdi.
"100 illik” qarşısında Paytaxt Bakı nə ilə fərqləndi?..
Cümhuriyyət və cümhuriyyətçilər adına gözlənilən abidələr, muzeylər və ... niyə yaranmadı?
27 il, Rəsulzadənin təbirincə, müstəqilliyin ləzzətini daddığımız halda Sovet dönəmindəki kimi hər işi dövlətdən gözləmək vərdişimizdən niyə əl çəkmədik? Bir Cəmiyyət olaraq bu gözləntilərimizin doğrulması üçün özümüz nə etdik?
Sovet Azərbaycanında "Partiya və xalq birdir!” şüarı altında siyasi xadimlərə, xalqın sevdiyi, qiymət verdiyi ədiblərə, şairlərə, sənət adamlarına – Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Məmməd Səid Ordubadı, Hüseyn Cavid, Bülbül, Səttar Bəhlulzadə, Əzim Əzimzadə və b. – qoyulan heykəllər bu gün də durur, adlarına açılan ev muzeyləri bu gün də işləyir. Bununla da Azərbaycan xalqı özünün dövlətçilik və tarixi-mədəni ənənələrinə varisliyini nümayiş etdirir.
Elə isə Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı, İstiqlal məfkurəsinin və "Azərbaycançılıq” ideologiyasının yaradıcısı, görkəmli ictimai, siyasi və dövlət xadimi, ədib, publisist, jurnalist Məhəmməd Əmin Rəsulzadənin indiyədək ev muzeyinin belə olmadığını necə izah edək? Bir Cəmiyyət olaraq qurduğu dövlətə, yaratdığı ideologiyaya, qaldırdığı bayrağa yiyələndiyimiz halda bu tarixi Şəxsiyyətin "evinin” yalnız "qəlblərdə” olduğu iləmi kifayətlənək?
Borcu qaytarmaq vaxtıdır!
Rəsulzadəni Vətənə qaytarmaq vaxtıdır!
Vətən isə Evdən başlayır!
Biz, Təşəbbüs qrupu olaraq, "Borcumuzu qaytaraq !” çağırışı ilə Cəmiyyətimizə müraciət edir və aşağıdakıları diqqətə çatdırırıq:
Məhəmməd Əmin Rəsulzadə doğulduğu və uşaqlıq illərini keçirdiyi Novxanı kəndindən yeniyetmə vaxtı çıxıb, Vətəndəki bütün sonrakı həyatını – həbsinə və mühacirətinə qədər – Bakıda yaşayıb. Jurnalist, siyasi xadim, dövlət adamı kimi "Azərbaycan” qəzeti redaksiyasına, "Müsavat” partiyasının qərargahına, Azərbaycan Parlamentinə indiki "Nizami küçəsi 59” ünvanlı mənzilindən gedib-gəlib. 1920-ci ilin məşum payızında Bakını həmişəlik tərk edərkən də ailəsi ilə sonuncu dəfə həmin ünvanda vidalaşıb.
Bu ünvandakı bina-mənzildə "Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi”ni yaratmaqla, biz yalnız Məhəmməd Əmin bəyin deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının – xanımının və dörd övladının faciəli taleyi qarşısında da borcumuzu qismən ödəmiş olacağıq. Sürgünə göndərilmiş və Vətəndən çox-çox uzaqlarda sonsuz əzab və məşəqqətlər içində dünyalarını dəyişmiş Ümbülbanu xanımın, Lətifənin, Xalidənin, Azərin, 24 yaşında güllələnmiş Rəsulun xatirəsi də Məhəmməd Əmin bəylə birlikdə öz evlərinə qaytarılmalıdır.
Bu işə qədirbilən Xalq, minnətdar Millət, şüurlu Vətəndaş Cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və biz də onu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır!
Bu günlərdə ictimaiyyətə göndərilmiş "Böyüklərə hörmət” ismarışı, milli əhəmiyyət daşıyan təşəbbüslərə daim həssas münasibət müqabilində Dövlət tərəfindən bu məsələdə Cəmiyyətə hər hansı dəstək göstərilərsə, "Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” layihəsi Dövlətlə Xalqın, Hakimiyyətlə Cəmiyyətin birliyinin ən bariz nümunəsi ola bilər.
Əziz həmvətənlərimiz,
Ölkədə və xaricdə yaşayan soydaşlarımız,
Azərbaycanın dostları!
Bu təşəbbüslə bağlı sizin hər birinizdən dəstək, məsləhət və təkliflər gözləyirik!
17 dekabr 2019-cu il”.
Müraciəti imzalayan Təşəbbüs qrupu:
Rəis Rəsulzadə, Azərbaycanın Əməkdar rəssamı, M.Ə.Rəsulzadənin nəvəsi
Solmaz Rüstəmova-Tohidi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,
Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
Nəcibə Bağırzadə, yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı
Nicat Gözəlov, hüquqşünas, Milli Hüquq Evinin rəhbəri.
Müraciətin sonuna əlavə edilən sözardında deyilir:
"Dostlar, Cəmiyyətimizə ünvanlanmış bu mətn artıq hazır idi, lakin onu bir qədər "yubadaraq” - 17 dekabr tarixində - Ustadımız Şirməmməd Hüseynovun təvəllüdünün 95, onsuz isə 1-ci ildönümündə təqdim etməyə qərar verdik. Azərbaycan cəmiyyətində Rəsulzadə ruhunun Şirməmməd müəllim qədər sədaqətli və səmimi daşıyıcısını tapmaq çox çətin idi və mənim heç şübhəm yoxdur ki, Ustad bu gün yanımızda olsaydı, Təşəbbüs qrupunun başında onun adı duracaqdı. Buna onun hamıdan artıq haqqı vardı, çünki, Rəsulzadəni – zəngin yazılı irsinin külliyyatı ilə - Cəmiyyətə ilk olaraq Şirməmməd müəllim qaytarmışdı. Bu gün biz Rəsulzadəni "Vətənə qaytarmaq” işini davam etdirməyi və bu Böyük Şəxsiyyət qarşısında borcumuzu ödəməyi özümüzə şərəf bilirik. Müəllimimizin də ruhu şad olsun”.
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- Krokus teraktının qəhrəmanı olan 15 yaşlı QIRĞIZ BALASI danışd - Əvvəlcə qorxdum…
24 mart 2024 21:13
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- Xankəndidəki erməni: 30 il əvvəl quldur ermənilər gəldi… - Video
22 mart 2024 19:29
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- 32 kiloqram çəki atan Sonaxanım sirrini açıqladı
22 mart 2024 13:27
- Moldova Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib
22 mart 2024 09:51
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41