YAP-ın yeni namizədləri nə işlə məşğuldur?
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.
"Qafqazinfo" YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edir:
8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliyarlı Kübra Məhəmməd qızı YAP-ın Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. 32 yaşlı xanım namizəd Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. O, 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.
16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Səfərov İlham İlyas oğlu Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisidir.
20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Nihad Allahyarlı Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir.
22 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Bakı Slavyan Universitetinin Filologiya fakül
təsinin məzunudur. YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Salahzadə Əliabbas Qalib oğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğludur. 40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.
93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizəd Yıldırım Fatma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin müdiridir. 1973-cü ildə Bakıda anadan olan deputatlığa namizəd Bakı Dövlət Universitetinin məzunudur.
43 saylı Sumqayıt III seçki dairəsindən deputatlığa namizəd Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvüdür.
29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Aytən Hüseynova Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatorudur.
41 saylı Sumqayıt I seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədridir.
56 saylı Xaçmaz kənd seçki dairəsi Mərdanov Kənan Zeynal oğlu Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktorudur.
57 saylı Kürdəmir seçki dairəsi Qəribov Nizami İsməli oğlu Kürdəmirin bələdiyyə sədridir. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Saleh Adil oğlu Ələsgərov isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisidir.
64 saylı Sabirabad ikinci seçki dairəsi Məmmədov Ramin Ələmşah oğlu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. O, bu vəzifəyə 2012-ci ildə təyin edilib.
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən Mirbəşiroğlu Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. 1977-ci ildə Göygöldə anadan olan Mirbəşiroğlu BDU-nun məzunudur.
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd olan Məmmədov Məşhur Şahbaz oğlu "Embawood” şirkətinin prezidentidir. O, Masallı rayonunun Yeddioymaq kəndindəndir.
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 2024 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 2024 18:28
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 2024 21:28
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 2024 11:53
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 2024 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 2024 11:56
- Başçının istəyi baş tutsaydı, Sumqayıtı kimin idarə edəcəyi də, müəmma olaraq qalırmış
18 aprel 2024 12:08
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15