Enerji içkiləri ilə bağlı yeni qaydalar
Kriminal1 yanvar 2020 11:16
Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib.
Apa xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiq etdiyi "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Qeyd edək ki, "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
Sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb və 15 İyul 2019-cu il tarixli iclasda İnstitutun Qida Təhlükəsizliyi üzrə Elmi Komitəsi tərəfindən bəyənilib.
Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Sanitariya normaları və qaydaları tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və/və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Sanitariya normaları və qaydaları təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan içkilərə, idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.
Enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və / və ya antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir.
Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.
Qaydalarda göstərilir ki, enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir. Enerji içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır.
Enerji içkilərinin tərkibində bu sanitariya normaları və qaydalarının 4-cü hissəsində sadalanan maddələrdən kənar digər maddələr istifadə olunduğu halda, onun mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyəti və / və ya antisedativ təsiri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi araşdırmalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında məhsulun enerji içkisi olub-olmaması müəyyən edilir.
Enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır.
Enerji içkilərinin etiketlərində mütləq istehsalçının adı, ünvanı və əmtəə nişanı (əgər varsa); içkinin adı, növü və tərkibi; içkinin qida və enerji dəyərliliyi; içkinin tərkibindəki maddələrin miqdarı; içkinin miqdarı (çəkisi); saxlanma şərtləri; istehsal tarixi və yararlılıq müddəti (istehlak tarasının üzərində); içkinin istifadə qaydaları;- "Enerji içkisi” yazısı; "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir" yazısı; "18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı; "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı; "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı qeyd edilməlidir.
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 2024 22:20
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
Xəbər lenti
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
Video & Fotoqalereya
Video
Fotoqalereya