Məşhur simaların qətlləri bir-bir açılır – Pekorelli, Monro, Diana
Dünya2 yanvar 2020 09:40
Əslində bu, olduqca sensasion bir açıqlamadır. Söhbət İngiltərənin kral ailəsinin nüfuzunu sarsıdacaq bir açıqlamadan gedir. İngiltərə kəşfiyyatının (M-15) 80 yaşlı keçmiş əməkdaşı Con Hopkinsin ölüm yatağındaykən verdiyi açıqlama bu gün dünya mediasının əsas xəbərlərindən biridir.
Hopkins Uels şahzadəsi Diana da daxil olmaqla, 23 adama qarşı sui-qəsd planında iştirak etdiyini bildirib.
Sual çıxır: bəs Con Hopkins bu sirri niyə məhz indi açmaq qərarına gəlib?
Cavab sadədir: Həkimlər onun bir neçə həftə ömrünün qaldığını söyləyib. Daha Hopkinsin itirəcəyi bir şey yoxdur. Bu cinayətlərdə iştirak etdiyinə görə onu məsuliyyətə cəlb etməyəcəklər. Ona görə də o, İngiltərənin, eləcə də dünyanın tarixində önəmli yer almış hadisə ilə bağlı sirri özüylə aparmaq istəməyib.
Hopkins M-15 üçün 38 il işləyib və öz iddiasında görə, Britaniyanın daxili təhlükəsizliyini təhdid edənlərin aradan götürülməsi işinə baxıb. Kəşfiyyatçi öz mənfur işini zəhərli maddələrlə görürmüş. Onun qurbanları arasında siyasətçilər, ictimai fəallar, jurnalistlər və həmkarlar ittifaqlarının liderləri olub.
Bu iddialar inandırıcıdırmı? Tamamilə. Bu adamlar konkret şəxslərdir, tanınmış adamlardır və ölümləri indiyədək müəmmalı sayılırdı. İndi isə qatillərdən biri həmin sirri açır.
Məsələn, 1997-ci ilin 31 avqustunda ledi Diana müəmmalı avtomobil qəzasında həlak olanda aylarla, hətta illərlə bu qəzanın təsadüfi olmadığı, kral sarayı tərəfindən təşkil edildiyi barədə dünya mediasında saysız-hesabsız iddialar yer almışdı. Amma bu iddialar eləcə də qaldı, kiməsə qarşı ittihama çevrilmədi, başqa sözlə, şahzadənin ölümü üzərindəki müəmma pərdəsi açılmadı.
İndi isə Hopkins qətl üzərindəki müəmma pərdəsini qaldırır, deyir ki, onun qətlinə dair əmri şahzadə Filipp verib, M-15 isə icra edib.
Hopkins deyib ki, şahzadə İngiltərə taxtını risk qarşısında qoyurmuş: "O, kral sarayının bir çox sirlərini bilirdi. Saraya qarşı kinli idi və baş verənləri xalqa danışacaqdı. Lakin patronum onun ölmək məcburiyyətində olduğunu dedi, şahzadə Filipdən əmr aldı və sui-qəsd bir qəza formasında həyata keçirilməli idi. Bundan əvvəl qadın öldürməmişdim, amma əmri yerinə yetirmək məcburiyyətində idim. Kraliça və ölkəm üçün bunu etdim”.
Həmin vaxt şahzadə Diana şahzadə Çarlzdan ayrılmış və başqa biri ilə vətəndaş nikahında yaşamağa başlamışdı.
Bu şəxs "Ritz” otelləri şəbəkəsinin sahibi, ərəb əsilli milyarder Məhəmməd əl-Fayedin oğlu Dodi əl-Fayed idi. Cütlük artıq birlikdə olduqlarını gizlətmir, müxtəlif kurortlarda birgə istirahət edirdilər.
Onların hər ikisi sözügüdən tarixdə eyni qəzada həlak olublar. Məhəmməd əl-Fayed hələ o vaxt, Hopkinsdən 20 il öncə qəzanın təsadüfən baş vermədiyini, sui-qəsd olduğunu iddia edib, İngiltərədə fəaliyyət göstərən kəşfiyyat xidmətlərini, əsasən də Mİ-6-nı, eləcə də Edinburq hersoqunu ittiham edib. Onun təşəbbüsü ilə bu qəzaya dair təhqiqat işləri 2004-cü ildə Londonda başlayıb və 2008-ci ilədək davam edib. Sonda bütün məsuliyyəti cütlüyün avtomobilini təqib edən jurnalistlərin – paparatsilərin üzərinə qoyublar. Təhqiqatın sonuncu hökmündən bir gün sonra Məhəmməd əl-Fayed bunun qəza deyil, qəsdən adam öldürmə olduğunu sübut etmək üçün 10 illik şirkətini tərk edəcəyini elan edib.
Hopkinsin dedikləri M.əl Fayedin öz şübhələrində və ittihamlarında haqlı olduğunu göstərir.
Ancaq bu, üstü uzun illərdən sonra açılan müəmmalı qətllərdən heç də ən səs-küylüsü deyil. Məşhur Hollivud aktrisası Merilin Monronun ölüm işi daha qalmaqallı hadisədir. Əvvəlcə prezident Con Kennedinin, daha sonra isə onun baş prokuror olan qardaşı Robert Kennedinin sevgilisi olan aktrisa 1962-ci ildə yatağında ölü tapılıb.
Hələ o vaxt iddia olunub ki, Merilini prezident Kennedi ilə yataq həyatı yaşadığına dair məlumatları SSRİ DTK-nın ABŞ-dakı xəfiyyəsinə ötürdüyünə görə Mərkəzi Kəşfiyyat İdarəsi öldürüb. Amma rəsmi açıqlamada aktrisanın narkotik maddədən yüksək dozada istifadə etdiyinə görə öldüyü bildirilib.
2015-ci ildə "Sentara General Hospital”da ölüm yatağına düşən Norman Hoces adlı MKİ killeri isə eynilə Con Hopkins kimi böyük sirri özü ilə aparmaq istəməyərək, Merilin Monronu şəxsən öldürdüyünü etiraf edib: "Mən ölürəm. Amma dünya həqiqətləri bilməlidir”.
Norman Hoces bildirib ki, o, MKİ-nin killeri olub, 1959 və 1972-ci illərdə həmin təşkilatın sifarişlərini yerinə yetirib. MKİ qatili deyib ki, hələ 41 yaşı olarkən adıçəkilən idarədə işləməyə qərar verib və onun peşəkar atıcı olduğunu, ağzıbütövlüyünü görüb işə qəbul ediblər.
Keçmiş killer onu da açıqlayıb ki, sifarişlər boğaza qədər olub və ona ölkə daxilində yüksək mənsəb sahiblərinin ölümünü sifariş verəndə bildirirmişlər ki, həmin şəxs ölkənin təhlükəzliyinə təhdid yaradır, təcili aradan götürülməlidir. Hoceslə Hopkinsin ifadələri necə də bir-birinə bənzəyir, hər iki halda öldürülən şəxslər dövlətin təhlükəsizliyi üçün təhlükə yaradırmışlar.
Hoces snayper və Şərq əlbəyaxa döyüş növləri üzrə ixtisaslaşmış olsa da, eynilə Hopkins kimi, o da zəhərlə işləmək üzrə təlim keçib. MKİ killeri Merilin Monronu da zəhərlə öldürüb. Ölməzdən qabaq jurnalistlərə verdiyi ifadədə o, qurbanlarını qətlə yetirmək üçün necə planlar qurduğunu, necə izlədiyini bütün xırdalıqlarına qədər danışıb, bütün qətl əmrlərini birbaşa təmas qurduğu komandiri mayor Cimmi Heyvorsdan aldığını bildirib. Hoces onu da etiraf edib ki, 5 killerdən ibarət dəstənin üzvü olub. Ona əsasən ölkə təhlükəsizliyinə təhdid yaradan müxalifətçilər, jurnalistlər və həmkarlar təşkilatının üzvləri (Hopkins də eyni peşənin adamlarını öldürüb) həvalə edilib. Bəzi hallarda isə ona elm adamlarını, incəsənət xadimlərini də öldürmək tapşırılıb.
Hoces Merilin Monronun qətlindən danışarkən deyib ki, Monro nəinki Kennedi qardaşlarıyla, eləcə də Kuba inqilabının lideri Fidel Kastro ilə yataq həyatı yaşayıb: "Mənim komandirim Cimmi Heyvors dedi ki, Merilin Amerikanın sirrini düşmənlərimizə ötürə bilər. Ona görə də təcili olaraq öldürülməlidir. Daha sonra yanına çağırıb bildirdi ki, "sən Monronu elə öldürməlisən ki, bu, heç kimdə şübhə oyatmasın. Çünki onu sevənlər çoxdur, atəş açmaqla öldürmək şübhə doğurar. Ya qidasına zəhər qatmalısan, ya da guya narkotikanın həddini çox etməsi barədə qənaət yaratmalısan”.
Hoces 1962-ci ilin avqustun 5-də, gecə saat 1-də Monronun otağına daxil olub. Dünya şöhrətli aktrisa yataq otağında yatırmış. Hoces əlləri ilə onun ağzını tutub, sonra ona güclü dozalı nembutalla qarışıq xloralhidrat iynəsi vurub – hər iki məhlul narkoz üçün nəzərdə tutulub. Merilin gözlərini açıb, ağzını bağlayan güclü əlləri kənarlaşdırmaq istəsə də alınmayıb, sonra əbədi olaraq yuxuya gedib.
Qeyd edək ki, Hocesin etirafından dərhal sonra Federal Təhqiqatlar Bürosunun hospitaldakı əməkdaşları ona danışmağa imkan verməyiblər. Hocesin komandiri Cimmi Heyvors 2011-ci ildə infarkt keçirərək dünyasını dəyişib. Bu hadisədə Robert Kennedinin əli olduğuna dair də geniş yayılmış qənaətlər var.
Üstü sonradan açılan qətllərdən biri də ötən əsrin 70-ci illərində İtaliyada baş nazir olan Culio Andreottinin adıyla bağlıdır. Andreotti mafioz siyasətçi olub, bir çox qaranlıq əməllərin arxasından onun əli çıxıb. Belə işlərinə görə onu daima tənqid edənlərdən biri də jurnalist Mino Pekorelli olub. Bir gün, 1979-cu ilin mart ayının 20-də o öldürülüb. Hamı təbii ki, baş nazir Andreottidən şübhələnib. Onun adamları isə baş nazirin müdafiəsinə qalxıblar və belə bir arqumentlə çıxış ediblər: "Jurnalist Andreottini sərt tənqid edirdi. Məgər cənab baş nazir çoxmu ağılsızdır ki, hamının ondan şübhələnəcəyini bilə-bilə öz düşmənini öldürtsün?”.
Bəs kim öldürüb? Bu sual isə 27 il cavabsız qalıb və qətlin üstü açılmayıb. Əslində, bu da qətlin yüksək mənsəbli, nüfuzlu adam tərəfindən törədildiyinə dəlalət edib. Əks təqdirdə üstü açılan minlərlə qətldən biri də Pekorellinin qətli olardı. Nəhayət, Andreotti siyasi səhnədən getdikdən, əli heç yerə girməyəndən, sonra məlum olub ki, jurnalistin qətlini doğrudan da Andreotti sifariş veribmiş.
2002-ci ildə sabiq baş naziri həbs edib, 24 il cəza kəsiblər, amma 1 ildən sonra ölüm ayağında olduğunu nəzərə alıb azadlığa buraxıblar. (Musavat.com)
Oxşar xəbərlər
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 2024 21:20
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 2024 20:10
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Bakı Oksford Məktəbi dövlət nəfinə alındı - 24 milyon 700 min manat...
4 aprel 2024 16:36
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Filipp Kirkorov Bakıda
24 mart 2024 23:54
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- Məşhur marşalın oğlu vəfat etdi
22 mart 2024 16:35
- 10 ildir uşaqlara təcavüz edən şəxslə bağlı ŞOK detallar ortaya çıxdı - FOTO
22 mart 2024 09:40
Xəbər lenti
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
Video & Fotoqalereya
Video
Fotoqalereya