Əli İnsanov və Fərhad Əliyevlə adı hallanan iş adamı vəfat etdi
Sabiq Səhiyyə naziri Əli İnsanov və sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevlə adı hallanan Xızı rayonu Şuraabad (indiki Şorabad) bələdiyyəsinin sabiq sədri, iş adamı Nəcəfqulu Quliyev vəfat edib.
Pravda.az-ın xəbərinə görə, 72 yaşlı N.Quliyev Şorabad qəbiristanlığında dəfn edilib.
Şorabad kəndi bir müddət onun adına uyğun olaraq “Nəcəfabad” adlandırılıb.
Qeyd: 2005-ci ildə Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliyi Azərbaycanda hakimiyyəti zorla ələ keçirmə, kütləvi iğtişaşa hazırlıq, mənimsəmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bir sıra yeni hallar və cinayətin başqa iştirakçılarını aşkarladığı ilə bağlı məlumat yayıb.
Birgə məlumatda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə girib. Onlar Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında, habelə paytaxtdakı və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəlblər. Xəbərdə deyilir ki, Akif Muradverdiyev 24 oktyabr 2005-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Akif Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32.700 ABŞ dolları, 14.000 avro, 9.100 Böyük Britaniya funt sterlinqi, habelə başqa xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülüb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən Xızı rayonu Şurabad bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev də tutulub. «O, istintaqa verdiyi ifadəsində sabiq səhiyyə naziri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayonu Altıağac bələdiyyəsinin Qızılqazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərinin, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirib. Nəcəfqulu Quliyev ayrı-ayrı görüşlərdə Fikrət Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulayıb” - qeyd olunur.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 15 yaşlı İslam terror zamanı 100-dən çox insanı belə xilas etdi - Video
24 mart 2024 19:21
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05