Millət vəkili Musa Quliyevin adı borc qalmaqalında hallanır- VIDEO FAKT
Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Nuriyev Emin Rafiq oğlu tərəfindən şikayət ərizəsi daxil olub.
Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən neçə illərdir ki, dogma əmim Adil Nuriyevin “toruna düşmüşəm”. Belə ki, 2004-cü ildən əmimlə müəyyən işlər görməyə başlasam da, son anda o, mənə külli miqdarda “pul atdı”. Məsələn, 2004-cü ildə dörd nəfər şərik olmaq şərtilə bir ədəd qeyri-yaşayış sahəsi aldıq və aldığımız qeyri-yaşayış sahəsini əmim öz adına sənədləşdirdi. Bir qədər vaxt keçdikdən sonra o, həmin obyekti satdı və mənə düşən 112 min dollar pulu vermədi. 2008-ci ildə Xətai rayonu ərazisində 142 kvm sahəsi olan obyektim var idi. Əmim Adil Nuriyev obyektimi “Azəriqaz Bank”a girov qoymağa vadar etdi və Milli Məclisin deputatı Musa Quliyevin dəstəyi ilə, adı çəkilən bankdan 400 min manat kreditə pul götürdü. Həmin vaxtlarda o, mənə “Bankdan götürdüyüm 400 min pulun 70 min manatını Musa Quliyevə verdim” dedi. Başqa bir faktı qeyd edim. Əmim Adil Nuriyevin həyat yoldaşının “Kapital Bank”a kredit borcu var idi. Günlərin birində o, mənə dedi ki, “birtəhər et, sən bizim banka olan borcumuzu ödə, mən səninlə sonra hesablaşaram”. Düzdür, ilk əvvəl əmimin belə bir vədinə inandım və az sonra onların əvəzindən “Kapital Bank”a təqribən 10 min manata yaxın məbləğdə pul ödədim. Ödəniş etdiyim pullarla bağlı, bu gün məndə ödəniş qəbzləri də var. Mənim əmimlə olan problemlərimdən biri də, kənar bir şəxsdən 32 min manat pulu alıb ona verməyim oldu. Bəli, o, ilk əvvəl vəd verdi ki, kafemi satıb aldığım pulları özünə qaytaracağam desə də, son anda o, verdiyi vədinə xilaf çıxdı. Bu azmış kimi, mən onun başqa bir “yağlı vəd”inə də inanıb tanıdığım bir şəxsdən də 60 min manat pul alıb ona verdim. Ötən illər ərzində əmim Adil Nuriyev, məndən aldığı pulların bir qəpiyini də özümə qaytarmadı.
Təqribən dörd il bundan əvvəl isə, əmim bir daha məndən 15 min manat pul aldı və bildirdi ki, “oğlum Tural Nuriyev BDU-nun hüquq fakültəsinin rus sektorunda təhsil alır. Onun bir neçə “kəsr”i var, ona görə də diplomunu əldə edə bilmir. Mən bu pulla onun problemini qaydaya salım, sonra pullarını özünə qaytararam” dedi. Qardaşoğlu olaraq onun belə bir danışıqlarına da inandım və həmin vaxtlarda 15 min manat pulu ona verdim. Bu gün də həmin pulu Adil Nuriyevdən ala bilmirəm. Başqa bir faktı da qeyd edim ki, biz 2013-cü ildə də şərikli bir kafe aldıq və kafeni həmin ildə 540 min manata satdıq. Kafenin satışından əldə olunan puldan mənə pay düşsə də, təəssüf ki, əmim Adil Nuriyev mənə bir qəpik də pul vermədi. Bu gün o, Bakı şəhərində yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bir il bundan öncə əmimlə aramızda əmələ gələn problemləri qaydaya salmaq üçün, anamla birlikdə onların yaşadıqları evə getdik. Əmimlə etdiyimiz söhbət zamanı o, anama dedi ki, “Aramızda olan problemləri kimlərəsə deməyin. Mən Eminlə hansı işləri görmüşəmsə, ona nə qədər pul verəcəyim varsa, hamısını onun özünə qaytaracağam” deyə vəd versə də, bugünə kimi o, bu yöndə heç bir addımını atmayıb. Hal-hazırda əmim Adil Nuriyevin üstüstə mənə 587 min manat pul borcu var. Ötən illər ərzində əmim Adil Nuriyevdən pullarımı istəsəm də, o, minbir bəhanələrlə pullarımı qaytarmaqdan imtina etdi. Belə bir səbəb üzündən də, onunla aramızda ciddi narazılıqlar əmələ gəldi. Artıq aramızdakı narazılıq o həddə gəlib çatdı ki, əmimdən aidiyyatı dövlət qurumlarına şikayət etmək məcburiyyətində qaldım. Çünki, artıq dərk edirdim ki, o, mənim etibarımdan sui-istifadə edir. Bu gün isə, məni narahat edən və düşündürən hal odur ki, aidiyyatı orqanlara yazdığım ərizələrim ilk əvvəl Bakı şəhər Baş Polis İdarəsində araşdırılsa da, bir qədər vaxt keçdikdən sonra, toplanmış iş materiallarının bir hissəsi Xətai RPİ-nin 36-cı polis bölməsinə, bir hissəsi isə Nərimanov rayon Prokurorluğuna göndərilir. Baxmayaraq ki, belə bir işlərdə mənim nə Xətai, nə də ki, Nərimanov rayonuna heç bir bağlılığım yoxdur.
Onu da vurğulayım ki, yazmış olduğum şikayət ərizələrimdə Musa Quliyevin də adını hallandırırdım. Günlərin birində Musa Quliyev mənə zəng edib “hansı səbəbdən şikayət ərizələrində mənim adımı hallandırırsan? Axı, mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur. O, mənim adımdan sui-istifadə edib, ona görə də onu məhkəməyə verəcəyəm. Sən də onunla bağlı aidiyyati orqanlara şikayətini göndər” dedi. Hətta, Musa Quliyev onu da vurğuladı ki, “sən əminin həbs olunmasını istəyirsənmi?”. Cavabında bildirdim ki, bəli, mən onun həm həbs olunmasını, həm də pullarımı geri qaytarmasını istəyirəm. Təəssüf doğuran hal o oldu ki, vaxt keçsə də Musa Quliyev onunla bağlı məhkəməyə müraciət etmədi. Bir qədər vaxt keçdikdən sonra isə o, Biləsuvar rayonunda qeydiyyatda olduğum ünvana məktub göndərir və yazmış olduğu məktubunda qeyd edir ki, “mənim Adil Nuriyevlə heç bir əlaqəm yoxdur”. Belə bir məktubdan sonra Musa Quliyevə zəng edib bildirdim ki, necə olur sən onun oğlunun toy məclisində yaxından iştirak edirsən, bankdan pul götürərkən ona lazımi köməklikləri göstərirsən, sonra da belə bir cavab yazırsan. Bu cür suallarımın qarşılığında o, mənə heç bir cavabı verə bilmədi.
Onu da bildirim ki, əvvəllər şikayətlərimi Milli Məclisə də göndərirdim. Yəni, həmin vaxtlarda Musa Quliyev yazmış olduğum şikayətlərlə bağlı heç bir reaksiya vermirdi. Elə ki, bu yaxınlarda Milli Məclis buraxıldı, o halda Musa Quliyev mənə zəng edib bildirmək istədiyi fikirlərini çatdırdı. Eşitdiyimə görə Musa Quliyev təkrar millət vəkili olmaq üçün, bu gün seçkilərə qatılıb. O halda sual oluna bilər ki, millət vəkili olan hər kəs millətin övladlarının pozulmuş hüquqlarının müdafiəsi ilə məşğul olmalı olduğu halda, bəs səbəb nədir ki, o, əmim Adil Nuriyevə bir növ arxa-dayaq olaraq, mənim hüquqlarımın pozulmasına dəstək verir? Mən üz-üzə qaldığım problemlər səbəbindən, indiyə kimi evimi, avtomobilimi və digər əmlaklarımı satıb borc ödəmişəm. Hansı ki, borc ödədiyim şəxslərdən pulu alıb əmimə vermişdim.”
Mövzunu diqqətdə saxlamağa çalışacağıq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.(GundemXeber.Az)
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
