Mənim sənətdəki statusum heç də deputatdan aşağı deyil
Dünya15 yanvar 2020 15:01
Ankarada konsertdə idim. Zəng vurub dedilər ki, mətbuatda mənim deputatlığa namizədliyim haqda məlumatlar yayılıb. Özü də mən, Yeni Azərbaycan Partiyasının (YAP) adından namizədliyimi irəli sürmüşəm.
Cavab olaraq dedim ki, heç bir partiyanın üzvü deyiləm. Bütün partiyalara mənim dərin hörmətim var. YAP isə bizim aparıcı partiyalarımızdan biridir. Amma üzvü olmadığım partiya mənim namizdəliyimi necə irəli sürə bilər? Deputat olmaq istəsəydim, namizədliyimi irəli sürərdim. Bu, mənim haqqımdır. Amma heç vaxt düşünməmişəm.
Bu sözləri Xalq artisti Mənsum İbrahimov Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
Xanəndə öz sahəsində işlərinin çox olmasından dolayı, deputat olmaq istəmədiyini açıqlayıb:
"Düşünürəm ki, öz sahəmdə görüləcək işlər yetərincə çoxdur. Bu gün mənim cəmiyyətdə statusum var. Həm muğam professoru kimi, həm də müğənni kimi. Təkcə 2019-cu ildə 14 ölkədə canlı solo konsert proqramı ilə çıxış etmişəm. Bu, adi bir göstərici deyil. Söhbət xarici ölkələrdəki konsertlərin sayından gedir. Eyni zamanda, mən Azərbaycanın bir çox bölgələrində kifayət qədər konsert vermişəm. Paytaxtda da konsertlər olub. İşim həddən artıq çoxdur. Məhz bu səbəbdən başım işlərimə qarışıb”.
"Sosial şəbəkə izləyiciləri incəsənət nümayəndələrinin deputat olmaq istəklərinə sərt reaksiya bildirirlər” şərhinə Xalq artistinin fikirləri birmənalı olmayıb:
"Hər bir Azərbaycan vətəndaşının konstitusiya hüququ var ki, deputatlığa namizədliyini irəli sürsün. Heç kim digərinin haqqını məhdudlaşdıra bilməz. Son sözü təbii ki, xalq deyəcək. Buna normal baxıram. Kim özünü orada görmək istəyirsə, onun haqqıdır. Milli Məclisdə mədəniyyət xadimləri mütləq şəkildə olmalıdır. Amma orada özümü hələ ki, görmürəm. Sənətimlə məşğul olsam, daha çox faydam olar.
İstəyərdim ki, hüquqşünaslarımız, iqtisadçılarımız, tarixçilərimiz, alimlərimiz namizədliyini irəli sürüb fəaliyyətlərini davam etdirsinlər. Oraya ona görə gedirlər ki, tribunadan çıxış edib, söz desinlər. Mənim əlimdə tribuna var. İstədiyim telekanallar, saytlar vasitəsi ilə öz sözümü çatdıra bilirəm. Hansısa hadisəyə də öz fikirlərimi azad şəklində bildirirəm. Mənim statusum heç də deputatdan aşağı deyil. Artıqdır, əskik deyil.
Məni dəstəkləyən insanların sayı çox oldu. Qarabağ bölgəsindən nə qədər telefon zəngləri, mesajlar aldım. Hamı bir ağızdan deputat olmağımı istədikləri ilə bağlı xoş sözlər söylədilər. Amma hələ ki, istəmirəm”.
Xalq artisti Canəli Əkbərovun tez-tez təhqirlərinə tuş gələn M.İbrahimov redaksiyamızın əməkdaşı ilə söhbətində təmkinli açıqlamaları ilə diqqət çəkib:
"Bu inciklik və küsülülük mən tərəfdən olmayıb. Hamı da bilir. Söhbətin mənə aidiyyəti belə yox idi. Amma bütün bunlara rəğmən, öz kiçikliyimi göstərdim. Böyüyün ayağına getdim. Bir də görürsən ki, ata ilə oğul arasında söz-söhbət, dava-dalaş olur. Bu addımı da mən özüm atdım. Bilirsiniz ki, Canəli müəllimin səhhətində ciddi problemlər yaranıb. Gedib onu xəstəxanada ziyarət etdim. Ağsaqqallara hörmət etmək bizim hər birimizin borcudur.
Düşünürəm ki, hamı öz yerini bilməlidir. İstər sənətdə, istər həyatda. İddiası böyük olan insanlar sənətdə problemlərlə üzləşirlər. Hər zaman öz tələbələrimə də bu kimi incəlikləri aşılamağa çalışıram. Bacarıqlarınızdan üstün danışmayın. Belə olduğu halda, problemlərlə üzləşəcəksiniz. Çünki imkanla iddia üst-üstə düşməlidir. Mən də çox şey istəyirəm. Amma gərək sən ona layiq olasan”.
Oxşar xəbərlər
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 2024 10:05
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Yaponiyada sürətlə nadir ölümcül infeksiya yayılır
24 mart 2024 22:43
- Salam verməyin nə əhəmiyyəti var?
24 mart 2024 20:33
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya