“Nazarbayevin təklifi keçsə, Bakı su altında qalacaq...”
Müsahibə17 yanvar 2020 12:48
"Xəzərlə Qara dənizi birləşdirəcək kanal çəkilsə, Azərbaycan çox şey itirəcək".
Bunu Qaynarinfo-ya AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin "Avrasiya" kanalının inşası təklifinə münasibət bildirərəkən deyib. O, layihənin gerçəkləşdiriləcəyi təqdirdə, ölkəmizin böyük miqdarda torpaq itkisinə məruz qalacağını, həmçinin Xəzərdəki biomüxtəlifliyin pozulacağını bildirib.
"Böyük bir qüvvə səfərbər olsa, bu layihənin icrası mümkündür. Nəhəng bir layihə təklifidir və gələcəkdə də bunun xeyirləri çox ola bilər. Ancaq bu layihə gerçəkləşsə, Azərbaycanın qazancı ilə yanaşı itirdikləri də çox olacaq. Nəhəng torpaq sahəsi məhv olacaq. Azərbaycan dünyada adambaşına düşən torpaq sahəsinə görə çox aşağı göstəriciyə malikdir. Belə ki, bizdə adambaşına 0,6-0,7 hektar torpaq sahəsi düşür. Bilirsiniz ki, əhalimiz də dünyanın sürətlə artan əhaliləri sırasındadır. Çox ehtiyatlı olmaq lazımdır. Vaxtilə Xəzər dənizində suyun səviyyəsi aşağı düşürdü deyə onu şimal dənizləri ilə də birləşdirmək istəmişdilər. Amma sonradan məlum oldu ki, bu, çox qorxuludur. Hətta Türkmənistan bir ara Qaraboğazgöl körfəzini bağladı ki, Xəzərin səviyyəsi qalxsın, amma suyun səviyyəsi çox sürətlə qalxdığı üçün məcbur qalıb yenidən açdılar. Belə bir deyim var: "Təbiət səhv etmir, səhvi edən insanlardır".

Tamamilə qapalı gölü duzluluğu bundan təxminən 2,5 dəfə artıq olan dənizlə birləşdirmək biomüxtəlifliyə də mənfi təsir edə bilər. Qara Dəniz okeanla əlaqəli olduğu üçün burada 33-35 faiz probel duzluluq var. Xəzərdə isə orta hesabla duzluluq səviyyəsi 16-14 faizdir. Birləşmə olsa, biomüxtəliflilik pozulacaq, xüsusən də ən çox zərəri Xəzər dənizi çəkəcək. Bir də ki, Xəzər dənizi dünya okeanından 26-27 metr aşağıdadır. Bu birləşmə zamanı 27 metr qalxan su Bakı qarışıq xeyli ərazini ayağı altına ala bilər. Bununla da çox məhsuldar torpaq sahəsi itirilmiş olacaq. Düzdür, deyə bilərsiz ki, bəndlər qurula, bir sıra tədbirlər alına bilər. Amma istər-istəməz suyun qarışması yenə də təhlükə mənbəyidir. Azərbaycan bu təklifi irəli sürən digər dövlətlərdən fərqli olaraq, coğrafi baxımdan o qədər gözəl yerdədir ki, bizə dənizi məhv edib, bu işləri görmək sərf etmir. Şimal-cənub, şərq-qərb dəhlizləri var ki, Azərbaycan kimi kiçik bir ölkənin buradan əldə etdiyi gəlir kifayət qədər yüksəkdir. Əgər biz yeraltı və yerüstü sərvətimizdən normal şəkildə istifadə etsək, Azərbaycanın ən azı 2 dəfə artıq əhalisinin də normal yaşayışını təmin edə bilərik. Çalışmalıyıq ki, təbiətin bizə bəxş etdiyi sərvətlərdən olduqca bacarıqla, düşüncə ilə, bu günü və sabahı nəzərə alaraq istifadə edək".
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
