ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı
Dünya20 yanvar 2020 12:11
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü, Kiçik Biznes Komitəsinin sədri Stiv Çabot 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Qaynarinfo-nun məlumatına görə, bəyanatda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın paytaxtı Bakıya və ətraf ərazilərə hücum edib:
"Bu vəhşi işğal Azərbaycanın milli tarixində öz əksini tapıb və xalqın qəlbində "Qara Yanvar” olaraq xatırlanır. Sovet vəhşiliyi nəticəsində 145-dən çox günahsız mülki şəxs ölüb, 800-ə yaxın insan yaralanıb, yüzlərlə adam həbs edilib. Sovet hakimiyyəti bunları Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq üçün edirdi. Bu hücum əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verdi. "Qara Yanvar” hadisələrindən sonra Azərbaycan Sovet İttifaqından çıxdı və müstəqilliyini elan etdi.
Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib. 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb. Gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurdu. Bu gün ABŞ və Azərbaycan arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edib.
ABŞ və Azərbaycan region üzrə ortaq maraq və məramlara malikdir. Ölkələrimiz xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlıq edir. Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıram”.
Eyni zamanda ABŞ Konqresindəki Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen də (Demokrat) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib. S.Kohen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu tanklarla Bakı şəhərinə hücum edib:
"Həmin gecə Sovet hərbçiləri günahsız Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla azadlıq istəyən dinc nümayiş iştirakçılarına fərq qoymadan silahla atəş açıb. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın insan yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb. "Human Rights Watch” təşkilatının "Azərbaycanda Qara Yanvar” adlı hesabatında deyilir ki, Bakıya hücum zamanı insan hüquqları ən kobud şəkildə pozulub.
Buna misal olaraq tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Sovet ordusu tərəfindən törədilmiş zorakılıq kollektiv cəza üsulu hesab edilirdi və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq idi. ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Hazırda ABŞ və Azərbaycan strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik dövlətlərdir”.
Oxşar xəbərlər
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
