Rəsul Rzanın AXC əleyhinə şeiri: “Müsavat hər ingilisin...”
Müsahibə31 yanvar 2020 13:44
Kitabxana və arxivlərimizə hər dəfə üz tutub araşdırma apararkən gözləmədiyimiz halda qarşımıza heyrət doğuran materiallar çıxır. Açığı, onlar içərisində daha çox maraq və təəccübümüzə səbəb materiallar da olur. Belə materiallardan biri də 1938-ci il 1 may tarixli "Ədəbiyyat qəzeti”nin (№20 (165) sayında dərc edilib. Həmin material Xalq şairi Rəsul Rzanın "Stalin yoldaşa” adlı şeiridir. Şair şeirində Demokratik Cümhuriyyətin zamanında Müsavat hökumətinin xalqa bəla, zülm gətirdiyini və türklərin ölkəmizi çapıb taladığını yazır. Milli hökuməti aşağılayan ifadələr işlədərək, bolşeviklərin tərifini göyə qaldırır.
Onların bu kimi addımları bolşevik zülmünün tüğyan etdiyi bir dönəmdə - 1937-1938-ci illərdə atıblar. O zaman bu, üzdə olan şair, yazıçı və alimlərimizin başlarını salamat saxlaması baxımından başa düşüləndir. Qətiyyən heç kimi qınamaq olmaz. Ancaq zamanın və dövrün məngənəsində sıxılmayanlar bu gün kimi istəsələr qınayırlar. Çünki özləri ağır sınaqlarla qarşı-qarşı durmayıblar.
Qaynarinfo enter.news-a istinadən həmin şeiri təqdim edir:
Stalin yoldaşa
Ey sənətə ilham verən, bizə doğru yol göstərən,
Məhəbbəti şahin kimi üstümüzdə qanat gərən!
Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən,
Salam sənə xalqımızdan, onun sənət ordusundan,
Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan!
Qaşında qoy mən sazımın tellərini dilləndirim.
Dərya kimi coşan könlün sellərini dilləndirim,
Şən elimdə əsən bahar yellərini dilləndirim,
Onlar desin ağ günümdən mahnılarım dilə düşsün.
Gözlərimdən sevinc yaşı axsın gilə-gilə düşsün.
Qara günlər keçirmişəm hamı bilir mən başımdan,
Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan.
Gəlin minbir solan ömrün qəm sorağı hər daşımdan.
Bu yerlərdə müsavatın at sürdüyü qara gündən,
Ruhu azad mərd xalqının böyük qəlbi yara gündən.
Durna gözlü bulaqların sərin suyu zəhər oldu.
Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu.
Anaların göz yaşları topladığı bəhər oldu.
Həddi aşdı azğınlığın, kim dil açdı sus! - dedilər.
Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər.
Ana vətən yaxşı bilir kim oynatdı at elimdə,
Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə,
Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə,
Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı
Mən o gündən tanımışam, öz dostumu, düşmənimi.
Türklər bizə qardaş deyib elimizi talayanda,
Müsavat hər ingilisin ayağını yalayanda,
Nemeslərin ac sürüsü, rast gələni dalayanda.
Rus xalqının qardaş əli sıxdı bizim əlimizi,
Doğdu günəş o gün bizim işıqlatdı elimizi.
Sən o günün şahidisən ey elimin xilaskarı!
Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı.
Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı,
Çəkiləndə böyük adın xalqın deyir var ol ata.
Sən yetirdin ellərimi bu gündüzə, bu həyata.
Yadınızda qalır böyük həyatının varaqları,
Qamçılarkən sahilləri dalğaların göy qatarı.
Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı,
Orda İlliç buxtasının ulduzları yanrı indi.
O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi.
Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa,
Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa.,
Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa,
Sən vermisən onu bizə ey elimizin xilaskarı,
İndi açıb hər tərəfdə azad xalqın ilk baharı.
Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün.
Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün.
Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün!
Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi.
Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi.
Salam sənə böyük insan, xalqımızdan salam sənə!
Bir mehriban oğul kimi atılaydım qucağına,
Gülüstana çevrilibdir tanıdığın bax elimiz,
Salam sənə xalqımızdan bizim köhnə bakılımız!
Rəsul Rza
Təqdim etdi: Rəşad Sahil
Oxşar xəbərlər
- Fazil Mustafanın ailəsindən xoş xəbər
4 aprel 2026 19:43
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
2 aprel 2026 14:52
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 2026 18:53
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
Xəbər lenti
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
