Dostunu qətlə yetirən, özünü yandıraraq öldürən söz ustadı
Maraqlı14 fevral 2020 10:51
Bu gün tanınmış meyxanaçı Məşədibabanın doğum günüdür. Söz ustadı yaşasaydı, 49 yaşını qeyd edəcəkdi.
Faciəli ölümü ilə sevənlərini məyus edən meyxanaçının sənət yoldaşları, yaxınları onunla bağlı xatirələrini Azvision.az-la bölüşüblər.

Tanınmış meyxanaçı Mehman Əhmədli Məşədibaba ilə ilk görüşündən, tanışlığından danışıb.
“Onunla 1990-cı ildən münasibətimiz olub. İlk dəfə Əhmədlidə, bizim məhəlləmizdə toyda qarşılaşmışdıq. Onda mən təzə-təzə meyxana deyirdim. Dedilər, Məşədibaba gəlib. Elə bir dövr idi ki, videokasetlər yox idi. Yalnız səs yazıları var idi. Şəxsən mən onun haqqında həmin günə kimi heç nə bilmirdim. Məclis başladı, meyxana dedik, deyişmə getdi. Ondan sonra tanışlığımız başladı. Və bu tanışlıq dostluğa çevrildi. Hər gün ya o, Əhmədliyə gəlirdi, ya da mən Maştağaya gedirdim. Tez-tez meyxana məclislərində olurduq. 1994-cü ildə Məşədibaba zindan həyatı yaşadı. Həbsxana qapılarını ailəsindən sonra ilk açan biz olduq. Çıxandan sonra da toylarda, məclislərdə yenə bir yerdə olurduq.
Məşədibaba heç vaxt pul düşkünü olmamışdı. Axrıncı qəpiyini də ortalığa qoyardı. Yığıb saxlamazdı. Mülk dəlisi deyildi. Onun pis cəhəti o idi ki, içirdi və bu da ona bəzən aqressiya gətirirdi. Ancaq heç kimin evini yıxan adam deyildi. Onunki yemək, içmək, meyxana demək idi. Günü xoş keçsin. Zindanda olanda çox mütaliə etmişdi.
Biz meyxananın ən çətin vaxtlarında addımlamışdıq. Onda efir, şöhrət yox idi. Pulumuz, paramız olmadan hər şeyi etmişik. Mənim üçün Məşədibaba gözəl sənətkar idi.
Bilirəm, təmtəraqlı doğum günü qeyd etməzdi. Elə vaxt olub ki, doğum gününü 5-6 nəfər kafedə yemək yeyib, meyxana deməklə keçirmişik”.
Meyxanaçı Ağamirzə Məmmədov mərhum sənət yoldaşının yaddaşlardan silinməyən meyxana ustadı olduğunu söyləyib.
“Abşeronun hər kəndində toylarda olmuşuq. Çox hazırcavab idi. Sual verirdin, elə bil, iki gün əvvəldən cavabını hazırlamışdı, yubanmazdı. Yerində sözünü deyərdi. Ölümündən 5-6 gün qabaq əlaqə saxlamışdım. Məclisdə idik. Hər şey normal keçdi. Onun özünü yandırması xəbərini eşidəndə inanmadım. Çox üzüldüm. İndi oğlu Mircəlal ilə tez-tez görüşürəm. O da meyxana deyir. Atasına bənzəyir. Hörmətimi saxlayır, mənə əmi deyir”.
Məşədibabanın əmisi oğlu Mehman Aydəmirov son günlərinə kimi onunla əlaqə saxladığını xatırlayıb.
“Məşədibaba bacımla evli idi. Əmim oğlu məndən 12 yaş böyük idi. O, həbsdə olanda 11 yaşım var idi. 2001-ci ildən ölümünə kimi bir yerdə olmuşuq. Sənətkar kimi göz qabağında idi. Çox savadlı, gözəl şair idi. Onu Azərbaycanda sevməyən adam olmazdı. Səmimi, ürəyiaçıq insan idi. Doğum günlərini qeyd etməzdi, xoşu gəlmirdi. Deyirdi, ona düşmür. Ölümündən 3 gün qabaq ünsiyyətdə olmuşduq. Vəziyyəti yaxşı deyildi, deyirdi vaxtıma çox az qalıb. Xəstəxanaya getdim, gördüm yox, bu o insan deyil. Yaşamayacağını başa düşdüm. İndi oğlu Mircəlal da atasının yolunu davam etdirir. Toylarda meyxana deyir”.
Qeyd edək ki, 2011-ci ildə 39 yaşı olan Məşədibaba Aydəmirov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Yaxın dostu, meyxanaçı Elçin Atakişiyevi bıçaqlayaraq öldürən Məşədibaba uzun illər məhbəs həyatı yaşayıb.

Oxşar xəbərlər
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 2024 21:05
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Özünü ölülüyə vuraraq terrorçulardan xilas ola bilib
23 mart 2024 17:03
- Röya Ayxan Moskvada ölümdən belə qurtuldu - 2 dəqiqədən sonra səhnəyə çıxacaqdım...
22 mart 2024 23:16
- Deputat özünü Bakının KOR XƏLİFƏSİ zənn edir... - GÖRÜNƏNİ BUDUR...
22 mart 2024 16:16
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Tarixdə adı olmayan xalq: Ermənilər kimlərdir? - Bilmədiyimiz faktlar açıqlandı
21 mart 2024 19:19
- Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü - FOTO
20 mart 2024 22:40
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya