Qəddarlığı ilə “şöhrət” qazanan SS generalıninin sonu… (FOTOLAR)

Nürnberq məhkəməsində törətdiyi çoxsaylı cinayətlərlə bağlı hakimlər Ernest Kaltenbrunneri ittiham edərkən və bununla bağlı ona suallar ünvanlayarkən o, özünə haqq qazındırmağa cəhd etməyib.
Amma onun məhkəmədən bir xahişi də olub: "Haqqımda irəli sürülən ittihamları dinləməyə hazıram. Yəqin ki, bu ittihamlarla bağlı mənə saysız-hesabsız suallar veriləcək. İcazə versəydiniz mən həmin sualları qeyd edərdim və bu sualların hamısına sonda cavab verərdim. Cənablar, sizdən rica edirəm ki, xahişimi nəzərə alasanız”.
Prosesdə iştirak edənlər elə düşünüblər ki, Ernest Kaltenbrunner sonda "maraqlı açıqlamalar” verəcək. İttihamlarla bağlı suallar ardıcıl qeydə alındıqdan sonra söz generala verilib.

Ernest Kaltenbrunner bütün suallara bir cümlə ilə cavab verib: "Mən Adolf Hitlerə inanaraq, bütün gücümü xalqıma sərf etmişəm və belə düşünürəm ki, yanılmamışam…”
O, Nasist Partiyasının ən qəddar, ən amansız üzvlərindən biri olub. 3-cü Reyxin əmrinə əsasən əsir düşərgələrinin yaradıcısı və vəzifə ranqına görə onlara ümumi rəhbərliyi həyata keçirən general Ernest Kaltenbrunnerin cəza müəssisələrində və düşərgələrdə tətbiq etdiyi qaydalar, cəza tədbirləri insan düşüncəsinə sığmayacaq qədər sərt olub. Ən son məqamda belə, İkinci Dünya müharibəsi Almaniyanın məğlubiyyəti ilə sona çatanda da Ernest Kaltenbrunner qəddarlığından əl çəkməyib, əsir düşərgələrində saxlanılanların hamısının öldürülməsi, məhv edilməsi ilə bağlı əmr verib.

Ernest Kaltenbrunnerin 1903-cü ildə Avstriyada anadan olub. Atası bu ölkədə tanınmış vəkillərdən biri sayılıb. Valideynlərinin hər ikisi ali təhsilli, cəmiyyətdə öz mövqeləri olan, milli adət-ənənələrə riayət edən şəxslər olsa da, onların bu cəhətləri Ernest Kaltenbrunnerin tərbiyəsinə müsbət təsir göstərə bilməyib. O, uşaqlıq və yeniyetməlik dövründə çətin tərbiyə olunan, məhəllə davalarının əsas səbəbkarı, dövrün dəbdə olan duel səhnələrinin təşkilatçısı və iştirakçısı kimi tanınıb. Bütün bu "qəhrəmanlıqlar”ına görə də hələ yeniyetməlik dövründən üzündə bir neçə çapıq izi qalıb.
Ernest Kaltenbrunner orta təhsil aldıqdan sonra kimyaçı olmaq istəyib. Elə bu arzu ilə də yerli kolleclərin birində kimya fakültəsinə daxil olub. Amma çox keçməmiş o, bu arzusundan vaz keçib, atasının yolunu davam etdirməyi qərara alıb, Graz Universitetinə qəbul olunaraq ali hüquq təhsili alıb.

Hüquqşünas kimi Lints şəhərində ilk əmək fəaliyyətinə başlayan Ernest Kaltenbrunner az müddətdən sonra öz peşə fəaliyyəti ilə yanaşı, siyasi proseslərə də fəal qoşulub. Bu sahədə o, ilk fəaliyyətinə Avstriyada gizli fəaliyyət göstərən Nasist Partiyasında başlayıb. 1932-ci ildən başlanan bu gizli fəaliyyət Ernest Kaltenbrunnerin böyük karyerasının başlanğıcı olub.
Fəallığı və çevikliyi ilə fərqlənən Ernest Kaltenbrunnerin qısa müddətdən sonra Lintsdə SS qüvvələrində yüksək vəzifələrə irəli çəkilib, daha sonra isə Avstriya üzrə SS-in komandiri təyin edilib. Sürətli vəzifə karyerası bununla yekunlaşmayıb. Vəzifələr bir-birini əvəzlədikcə Ernest Kaltenbrunnerin "iş məhsuldarlığı” Adolf Hitlerin də diqqətindən yayınmayıb. Boyu 2 metr 1 sm hündürlüyündə olan cəllad zabit qısa müddətdən sonra Hitlerin təşəbbüsü ilə Xarici və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.

General rütbəsi daşıyan Ernest Kaltenbrunnerin əsas vəzifələrindən biri də Adolf Hitlerin şəxsi tapşırıqlarını həyata keçirmək olub. Onun 3-cü Reyxə bu qədər yaxınlığı Reystaq üzvlərində ciddi narahatlıq yaradıb, onları qıcıqlandırıb. Hitler tərəfindən xüsusi səlahiyyət, imtiyaz və həm də güzəştlərə malik olan generaldan hətta yüksək ranqda olan vəzifəlilər də çəkinib. Ernest Kaltenbrunnerin şefinə və özünə arxayınlığı o dərəcədə olub ki, qeyri-rəsmi tədbirlərin birində SS briqadalarının komandirlərinin birini ən adi mübahisəyə görə yerindəcə güllələyib və buna görə ona heç bir cəza veilməyib.
Ernest Kaltenbrunnerin əsir düşərgələrinə "təşrifi” ən azı 15-20 nəfərin güllələnməsi ilə nəticələnib. Həmişə qəzəbli görünən general üçün insan ölümü və onu şəxsən icra etmək ən adi hal sayılıb. Cəllad general əsir düşərgələrində vəziyyəti daha da dözülməz etmək üçün bütün vasitələrə əl atıb, yeni işgəncə növlərinin "kəşfi” üçün günlərlə baş sındırmalı olub.

Məhz onun təşəbbüsü ilə cəza tədbirlərinin tətbiqi zamanı istifadə ediləcək əşyaların istehsalı üçün xüsusi sexlər yaradılıb. Bu sexlərdə məngənələr, rezin geyimlər, azdan çoxa doğru artan elektrik enerjisi verən aparatlar, oturacaq hissəsində iti dəmir çıxacağı olan stullar və s. hazırlanıb.
Ernest Kaltenbrunnerin işgəncə metodları, qəddarlığı artıqca rütbələri də yüksəlib, mükafatları da çoxalıb. Cəmi beş il ərzində o, 3-cü Reyxin ən ali mükafatlarına layiq görülüb.
Ernest Kaltenbrunnerin qəddarılığının bir səbəbi də onun psixoloji durumundakı problemlərlə bağlı olub. Alkoqollu içkilərə hədsiz dərəcədə meylli olan general spirtli içkilərin qəbulundan sonra daha da amansızlaşıb, vəhşi heyvanları xatırladıb.

İkinci Dünya müharibəsinin son mərhələsində Almaniyanın məğlubiyyətini dərk edən general Avstriyaya qaçıb. Cinayətdən, törətdiyi əməllərdən yayınmaq üçün sənədlərini də dəyişib. Amma general başqa ad altında çox gizlənə bilməyib. Amerika kəşfiyyatı onu elə Avstriyada ələ keçirməyə nail olub.
Nürnberq məhkəməsi Ernest Kaltenbrunner haqqında ən ağır hökmü çıxarıb - asılmaqla ölüm hökmü...
1946-cı ilin oktyabr ayında hökm icra edilib. Hökmün icrasından əvvəl asılacağı kəndirin həlqəsi qarşısında Ernest Kaltenbrunner son sözünü deyib: "Xoşbəxt ol, Almaniya!!!”
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Prezidentin Trampla görüşündən - Fotolar
14 oktyabr 2025 02:56
- Gürcüstanda etirazlar yenidən başladı
13 oktyabr 2025 00:47
- Timoşenko AÇIQLADI: Müharibənin sonu yaxınlaşır
12 oktyabr 2025 19:50
- Düşənbədə İlham Əliyevlə Putinin səmimi - Görüntüləri
10 oktyabr 2025 23:45
- Çaqqal ceyranlara hücum edir, tülkü kənardan izləyir... - Fotolar
9 oktyabr 2025 20:35
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
8 oktyabr 2025 12:54
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
6 oktyabr 2025 22:55
Xəbər lenti
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16
- Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edildi - 4 aylıq HƏBS
14 oktyabr 22:19
- Prezidentin tarixi Misir səfərindən görüntülər - VIDEO
14 oktyabr 21:06
- Zakir Qaralov Akkordu dirçəldir? - 15 milyonluq borc sıfırlandı
14 oktyabr 20:39
- Sayt rəhbərləri və səhifə inzibatçılarına MÜRACİƏT - Nailə İSLAMZADƏ
14 oktyabr 15:17
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 15:08
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 13:44
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 12:33
Video & Fotoqalereya
Video
Fotoqalereya