Azərbaycanda erkən nikahların rekord həddi...
Dünya1 mart 2020 18:21
MDB statistika qurumu üzv dövlətlərdə dayanıqlı inkişafa dair müqayisəli statistik hesabat açıqlayıb.
Bu barədə şərh verən iqtisadçı Rövşən Ağayev qurumun məlumatına əsasən bildirib ki, Azərbaycan 15-19 yaşlı gənc qızlar arasında doğuşa görə MDB ölkləri arasında birinci yerdədir:
"Belə ki, Azərbaycanda 15-19 yaşlı hər 10 000 nəfər qadına düşən doğuşların sayı 2018-ci ildə 442 olub. Bizdən sonra Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 239 və 359 göstəricisi ilə ilk üçlüyü tamamlayır. Ümumilikdə Ukraynanı saymasaq, 10 MDB üzvündən 8-i üzrə məlumat əlçatandır. Ən aşağı göstərici Belorus, Rusiya və Ermənistandadır (hər 10000 nəfər 15-19 yaşlı qadına 116-189 arası). Bizim göstərici bu 3 ölkədəki götəricidən yüksəkdir. Bu fakt qızların təhsildən yayındırılmasının və yüksək təhsil karyerası qurması ilə pesrpektivlərin qiymətləndirilməsi baxımından vacib göstəricidir”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandırıb.
A.Veysəlova bildirib ki, ölkədə erkən nikahların qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:
"Göstəricilər 15-17 yaş qrupu arasında 1,5%, 18-19 yaş qrupu arasında 8,0%, 20-24 yaş qrupu arasında 37,7%, 25-29 yaş qrupu arasında 32,1%, 30-34 yaş qrupu arasında 14,8%, 35-39 yaş qrupu arasında 4,8%-dir. Bu rəqəmlər də onu deməyə əsas verir ki, doğulan uşaqların sayı əsasən 20-24 və 25-29 yaş qrupundan olan qadınların payına düşür. Müvafiq yaş qruplarında olan hər 1000 qadına düşən diri doğulanların sayı 15-19 yaş qrupu üzrə 44,2-dir. Bu isə o deməkdir ki, 2018-ci ildə 15-19 yaş qrupu üzrə qadınlar tərəfindən diri doğulanların xüsusi çəkisi 9,5 %-dir”.
Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir:
"Lakin üzürlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanları tərəfindən 1 yaş azaldıla bilər. Ölkədə qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində kifayət qədər iş aparılır, bu, ilbəil daha da gücləndirilir”.
2018-ci ilin göstəricisi: 2129
A.Veysəlovanın sözlərinə görə, Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub:
"Həmin dövrdə belə qızların sayı 5138 idisə, Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin aparılması nəticəsində 2012-ci ildən bu göstəricinin azalmasını müşahidə edirik. 2018-ci ildə bu rəqəm 338 olub.
Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub.
Nikaha daxil olanların orta yaş həddini nəzərdən keçirsək görərik ki, əgər 2000-ci ildə nikaha daxil olan kişilərin orta yaş həddi 28,4 idisə, 2018-ci ildə bu göstərici 29 olub. Müvafiq olaraq nikaha daxil olan qadınların orta yaş həddi 2000- ci ildə 23,6, 2018-ci ildə isə 24,3 olub. Buradan da belə bir nəticəyə gəlmək olar ki, hazırda qadınlar və kişilər özlərini cəmiyyətdə təsdiq etdikdən və ya hər hansı bir sahədə müəyyən yer tutduqdan sonra ailə qurmağa üstünlük verirlər. Digər MBD ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik artım müsbətdir. Məsələn Rusiyada artıq son iki ildir ki, demoqrafik artım mənfidir. Ermənistanda və Belarusda da eyni vəziyyətdir”.
Oxşar xəbərlər
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 2024 19:59
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2024 20:43
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Azərbaycanda sakinlərin yoxa çıxdığı, sirli qəbirlərin olduğu kənd - VİDEO
11 aprel 2024 11:28
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
10 aprel 2024 11:19
- Əbiliqoz bəyin Rusiyadakı şirkəti balıq biznesindən 106 milyon qazanıb - FAKTLAR
8 aprel 2024 21:21
Xəbər lenti
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
Video & Fotoqalereya
Video
Fotoqalereya