- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
- Azərbaycan təhsil xərclərini 1 % artırır
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
"Naydiç Şəhriyar Məmmədyarovun heç dırnağı da ola bilməz"
Mədəniyyət9 mart 2020 14:25

Ölkəmiz şahmatıyla tanınsa da, bu idman növündə də ciddi çatışmazlıqlar, çoxşaxəli problemlər var. Gördüklərinə etiraz əlaməti olaraq çalışdığı şahmat məktəbindən ayrılan şahmat təlimçisi Cəmaləddin Bəhlulov Fanat.Az-a müsahibəsində üzücü reallıqlardan danışıb. Qaynarinfo həmin müsahibəni oxucularına təqdim edir:
"Azərbaycan şahmat federasiyası həm var, həm də yoxdu"
- Uzun müddət Ağdam şəhərinin Quzanlı qəsəbəsindəki şahmat məktəbində direktor işləmişəm.Bir neçə il əvvəl Təhsil Nazirliyinin uğursuz islahatlarından biri də şahmat məktəblərinin idman məktəbləri ilə birləşdirilməsi oldu. Nəticədə şahmat məktəbinə futbolçunu direktor qoydular. Mən də iki il əvvəl ərizə verdim, ordakı işimdən ayrıldım. Futbolçunun intellekt səviyyəsi şahmatla uyğun deyil. Bu addım nə qədər doğrudu?
- Federasiyanın gördüyü işlərdən razısız?
- Problemlərin alt qatı dərindi. Federasiyaya prezidentlər gəldi-getdi... Sabir Rüstəmxanlı, Aynur Sofiyeva, Eldar Namazov, indi isə Milli Bankın prezidenti Elmar Rüstəmov... Federasiyanın prezidenti Elman Rüstəmov olsa da, bütün işləri baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə ediblər. Bu adamlar yüksək səlahiyyətlərə malikdi. Di gəl ki, ilk növbədə gərək bu işlərlə şahmatı bilənlər məşğul olsun. Hazırda Azərbaycan şahmat federasiyası həm var, həm də yoxdu. Bir dəfə Faiq Həsənov mənim tələbələrimin valideyinlərinə demişdi ki əgər pulunuz yoxdursa, imkanınız yoxdursa, uşaqlarınız başqa işlə məşğul olsun. Şahmat imkanlı, pullu adamların sahəsidi. İndi biz necə deyək ki, federasiya var?
"Naydiç Şəhriyar Məmmədyarovun heç dırnağı da ola bilməz"
- Şahmat federasiyasında nə kimi problemlər var?
- Azərbaycan şahmatında problemlər həddən artıq çoxdu. Məsələn, qərar qəbul olunub ki, şahmat orta məktəblərdə dərslik kimi tədris olunsun. Heç bu qərarla maraqlanan varmı? Necə oldu bu qərarın axırı, icra edildimi? Bir çox məktəblər var, yalandan şahmatın adı hallandırılır, maaş da ayırırlar, amma məktəbə gələn şagirdlərin məktəbdəki şahmatdan xəbəri yoxdu. Şəxsən mən 3 nömrəli Bakı şəhər məktəbində 1 il təmənnasız şahmat dərsi keçmişəm. Oranın müəllimləri xahiş etmişdi. Müəllimlər deyirdi ki, bizi bir dəfə kursa göndəriblər və indi tələb edirlər ki, şahmatdan dərs keçək. Bir dəfə kurs keçməklə şahmatı tədris eləmək mümkündürmü? Yaşlı insanlardı o müəllimlər, bir ay kurs keçməklə şahmat öyrənə bilərlər?
Şahmatın orta məktəblərdə keçirilməsinə səbəb belə bir şeydir: şahmat yeganə sahədir ki, sən orda necə düşünürsənsə, elə də davranırsan. Yəni öyrəndiyini əməldə də tətbiq edirsən. Bu cəmiyyətimiz üçün xeyirli bir işdi. Dövlət bu proqrama çox pul xərclədi. Nə qədər o məktəblərə şahmat, şahmat saatları, texniki vəsaitlər verildi. Hanı o məktəblərdə tədris olunan şahmat?
İndi hər kəs Aydın Süleymanlıdan danışır, yeniyetmə şahmatçıdan. Müəyyən dövrə qədər onun məşqçisi Xalid Atababayev nə qədər əziyyətlər çəkib. Şahmat tarixində ilk dəfə olaraq "Aeroflot Open”də 50-dən çox qrosmeyster arasında birinci yer tutdu. Və bu uşaq nəticə qazandığı üçün federasiya ona öz varlığını göstərdi.
Aynur Sofiyevanın vaxtında belə bir fikir var idi ki, federasiya istedadlı uşaqlar üçün məktəb açsın və o uşaqların məşqçilərini yüksək maaşla təmin etsin. Həmin istedadlı uşaqların hər birinə fərdi dərs keçilsin. Bu yolla valideynləri əlavə xərclərdən azad etmək də əsas məqsədlərdən biri idi. Naxçıvan şahmat federasiyası təxminən 10 il bu cür fəaliyyət göstərdi. Son 1-2 ildə orda nə narazıçılıq yarandısa, ordan bir neçə məşqçini, beynəlxalq dərəcəli ustanı Bakıya qaytardılar. Naxçıvan şahmat federasiyası onlara aylıq 2000 manat maaş verirdi. Hansı ki, o dönəmdə devalivasiya baş verməmişdi. Özü də istirahət günlərini çıxmaqla 10 iş günü üçün. 10 il Naxçıvan federasiyası belə fəaliyyət göstərib və bunun sayəsində Naxçıvan şahmat məktəbi Azərbaycanda ən güclü məktəblərdən biridi. Ancaq Bakıda bunu etmədilər. Federasiyada problemlər həddən artıq çoxdu. Arkadi Naydiç Şəhriyar Məmmədyarovun heç dırnağı da ola bilməz. Şəhriyar Məmmədyarova verilən aylıq təqaüd hara, Akadi Naydiçə verilən təqaüd hara? 3 il əvvəl Naydiçə 8 min avro təqaüd verilirdi. Halbuki, həmin vaxtlar Şəhriyar Məmmədyarov 1500 manat təqaüd alırdı. Azərbaycanda keçirilən "Şəmkir Open” turnirinə gələn xarici şahmatçılara verilən qonorarlar fantastik dərəcədə yüksək olduğu halda, bəhs etdiyimiz turnirdə iştirak etməsi üçün Şəhriyara verilən qonorar çox azdı.
"Şəhriyar dözməyib etiraz etdi"
- Deyəsən, Azərbaycan şahmat federasiyasında problemlər təsəvvür etdiyimizdən də çoxdu...
- Federasiyanın maliyyə işlərinə baxan Mahir Məmmədov Günay Məmmədzadəyə illik üç turnir üçün 15 min dollar ayırmışdı. Bir dəfə də Günay üçün kompyuter gətirtmişdi. O kompyuterdə təxminən 22 min dollara başa gəlmişdi. Günay Məmmədzadəyə bu diqqət nə vaxt ayrıldı? Günay Məmmədzadə dünyada 5 qrosmeysterdən biri olanda. Günay yalnız bu uğurları qazandıqdan sonra federasiyanın dəstəyini gördü.
- Federasiyanın keçirdiyi yarışlar haqda nə deyə bilərsiz?
- Federasiya müxtəlif yaş qurupları üzrə yarışlar keçirdir, Azərbaycan çempionatını təşkil edir. Bu yaş quruplarında 1-ci və 2-ci yerləri qazanan şahmatçılar Avropa və dünya turnirlərində iştirak edirlər. Digər istedadlı şahmatçılar isə diqqətdən kənarda qalır və onların valideyinləri məcbur qalıb, öz hesablarına uşaqlarını xarici turnirlərə aparırlar. Məsələn, şahmatçıların psixoloji cəhətdən güclü olması üçün valideyinləri də o yarışlarda yanlarında olmalıdı. Biz bu təcrübəni Hari Kasparovda görmüşük. O heç bir yarışda anası yanında olmadan iştirak etmirdi. Bununla bağlı federasiya heç bir iş görmür. Şəhriyar kimi superzəkanın sponsoru yoxdu və o dözməyib ABŞ-dakı məlum türnirlə bağlı ciddi etiraz etdi. Şəhriyarın etirazını sosial şəbəkədəki hesabından tapa bilərsiz.
"Rauf Məmmədov müsahibə ilə bağlı hücumlara məruz qalmışdı”
- Azərbaycanda uşaq şahmatının vəziyyəti necədi?
- Azərbaycan şahmat federasiyası demək olar ki, uşaq şahmatı ilə məşğul olmur. Ancaq qurum buna xüsusi diqqət yetirməlidi. Şahmatda uğurun başlanğıcı uşaq şahmatıdı. Bir dəfə Rauf Məmmədovun mətbuatda belə bir müsahibəsi getmişdi və həmin müsahibə ilə bağlı hücumlara da məruz qalmışdı. Rauf Məmmədova sual vermişdilər ki, Azərbaycanda qrosmeyster yetişdirən uşaq məktəbləri var? Cavabında "hansı uşaq məktəbləri? Azərbaycanda qrosmeyster yetişdirən bir şahmat məktəbi belə yoxdu. Belə şahmat məktəbi Lvovda var. Bir məktəbdən 20 qrosmeyster çıxıb” demişdi.
"Azərbaycanda şahmatçılar yalnız valideynlərin öz hesabına yetişir”
- Bəs Azərbaycanda şahmatçıların inkişafında şahmat federasiyasının nə dərəcədə rolu var?
- Azərbaycanda şahmatçılar yalnız valideynlərin öz hesabına yetişir. Rauf Məmmədovun şahmatçı kimi formalaşması atası Əhməd müəllimin sayəsində mümkün olmuşdu. Buna misal olaraq Vüqar Həşimovu da göstərmək olar. Vüqar Həşimov atası Qasım müəllimin sayəsində şahmatçı kimi formalaşmışdı. Şəhriyar Məmmədyarov bu barədə dəfələrlə özü deyib. Hətta o, 2700 reytinq səviyyəsinə gəlib çatanda atası ilə məşq etdiyini, bu uğuru atasının sayəsində qazandığını söyləmişdi. Sonralar Şəhriyarın reytinqi 2800 olanda, məlum oldu ki, Şəhriyar yarışlardan əldə etdiyi pulla özünü maliyyələşdirib, yarışlardan əldə etdiyi pulla öz komandasını formalaşdırıb, komanda üzvlərinə maaş verib. Şəhriyar 2018-ci ildə dünya üzrə ən çox qazanan şahmatçılardan biri olub. 1-ci yerdə olan Maqnus Karlsenlə, 2-ci pillədəki Fabiana Karuananın 750 min avro gəlirləri olmuşdu. Bu gəlirlər yalnız turnirlərdən əldə edilən gəlirlərdi. Yəni bunun sponsorların və digər qaynaqların ayırdıqları pula heç bir dəxli yoxdu. Həmin il Şəhriyar Məmmədyarov ən çox qazanan şahmatçı kimi 5-ci idi. Şəhriyarın qazancı 250 min avrodan çox idi. Şəhriyar öz komandasında olan məşqçinin, psixoloqun, həkimin, ümumilikdə 5 nəfərlik komanda heyətinin bütün xərclərini özü ödəyir. Məmmədyarov ABŞ-dakı turnirdə məlum şəkildə etiraz etdikdən sonra bizim ölkə siyasətçiləri və rəhbərlik ona diqqət göstərməyə başladı. Gənclər və İdman Nazirliyi bu məsələyə münasibət bildirdi, amma yalan danışdılar.
Rauf Məmmədovun "uşaq məktəbləri qrosmeyster yetişdirirmi” sualına verdiyi açıqlama ilə bağlı beynəlxalq dərəcəli hakim Faiq Həsənov müsahibə vermişdi. Faiq Həsənov həmin müsahibəsində demişdi ki, Azərbaycanda qrosmeysterlərin - Şəhriyarın, Vüqarın, Teymurun, Raufun , Qədirin, Eltacın, Nicatın yetişməsi Allahın işidi. Belə bir elmli adam hesab edirəm ki, bu cür yanaşmamalıdı məsələyə. Bir neçə gün qabaq Aydın Süleymanlı "Aeroflot Open” də 50-dən çox şahmatçını qabaqlayaraq 1-ci yer tutdu. Bu uğur dünya şahmat tarixində bir ilkdi. Hələ indiyə qədər heç bir qrosmeyster belə bir yarışda, 14 yaşında belə uğura imza atmayıb.
"Ermənilər dünyanın dörd bir yanında təşkil olunan yarışlarda iştirak edə bilir, biz yox?”
- Hərçənd bizim azyaşlı şahmatçılarımızın əvvəllər də uğurları az olmayıb...
- Bir müddət Azərbaycan uşaq şahmatı dünya üzrə 1-ci yerdə olub. Bizimkilər hər yaşda medal gətirirdi. Amma indi ölkəmizdə uşaq şahmatı tənəzzülə uğrayıb. Keçən il uşaqlarımız Avropadan çox medal gətirdi. Bu da ona görə oldu ki, digər komandalar yarışa 12, biz 24 nəfərlə qatılmışdıq. Bunun nəticəsi olaraq biz ümumi komanda hesabında 1-ci, 3-cü yerləri bölüşdük. Nəticələrə əsaslanıb dedilər ki, bu qalibiyyət Azərbaycan uşaq şahmatının uğurudu. Ancaq heç kim demədi ki, bu yarışda biz 24 nəfərlə iştirak etmişik. Mən bununla bağlı sosial şəbəkədə bir fikir irəli sürmüşdüm: bu yarışda 1-ci və 2-ci yerləri tutan şahmatçılarımız hər iki çemionatda iştirak etsin. Həm Avropa çempionatında, həm də dünya çempionatında. Buna nə qədər maliyyə lazımdı ki? Ən uzağı 50 min avro pul xərclənər hər iki yarışda iştirak etməyə. Dövlət və ya federasiya üçün bu nə puldu ki? Ermənistan iqtisadi cəhətdən Azərbaycandan çox-çox geri qaldığı halda, dünyada keçirilən bütün şahmat yarışlarına qatılır. Biz ən yaxşı halda, bir çox yarışlarda onlarla bərabər səviyyədə iştirak edirik. Nəyə görə ermənilər dünyanın dörd bir yanında təşkil olunan yarışlarda iştirak edə bilir, biz yox?
"Faiq Həsənovun 79 yaşı var, yerinə gənc kadr təyin olunmalıdı”
- Belə çıxır ki, federasiya heç bir iş görmür?
- Federasiya sadəcə, ölkə çempionatında 1-ci, 2-ci yerləri tutan şahmatçıları beynəlxalq yarışlara göndərmək, Naxçıvanda, Novxanıda və Şəmkirdəki turnirləri keçirtmək üçündü. Bir də federasiyanın gördüyü iş məktəblilərin yay olimpiadasını təşkil etməkdi. Qurum peşəkar şahmatda müəyyən işləri görür. Təbii, bu da yetərli deyil. Peşəkar şahmatçı ən azı ildə 8 turnirdə oynamalıdı. Federasiyanın xətti ilə peşəkar şahmatçı il ərzində uzağı 4 turnirdə iştirak edir. O da sənin şahmatda kim olduğundan asılı məsələdi. Yəni federasiya bu yarışlara da tanınmış idmançıları göndərir. Günayı, Raufu və başqalarını... Kimsə uşaq şahmatı üzrə ölkədə keçirilən turnirdə qalib gəlibsə, və istəyirsə ki, xaricdəki turnirlərdə iştirak etsin, federasiyaya ağız açmağına dəyməz. Federasiya belə şahmatçılar üçün yoxdu.
Sizə adi bir faktı deyim. Azərbaycan Şahmat Federasiyasının saytına girib təşkil olunan turnirlərin təqvimini axtarın. Görün tapa biləcəksiz? Nəyə görə yoxdu, bilirsizmi? Bu işləri görən Vitali Safronov idi, o da rəhmətə getdi. Hazırda Safronovun yerinə kimsə təyin olunmayıb. Baxmayaraq ki, rəhmətə getdiyi iki aydı. Faiq Həsənovun 79 yaşı var, kifayət qədər yaşlanıb. Yaxşı olardı ki, onu federasiyada məsləhətçi işi ilə təmin edib, bilgilərindən yararlansınlar. Faiq Həsənovun yerinə gənc kadr təyin olunmalıdı. Çünki bu işlər enerji tələb edən işlərdi. Ölkədə gedən islahatlar federasiyadan da yan keçməməlidi. Prezidentin imzaladığı fərman var idi, Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair. O fərman həyata necə keçirildi? Heç nə, şahmat məktəblərinin 50 faizi ixtisar edildi. Azərbaycan şahmat məktəbləri ləğv edilib idman məktəbləri ilə birləşdirildi. Mənim eşitdiyimə görə Azərbaycan komandası Avropa çempionu olanda, Faiq Həsənov şahmatçılara deyib ki, bu məsələləri prezidentlə görüşəndə qeyd edəcəm. Bildiyimə görə federasiyanın prezidenti Milli Bankın sədri Elman Rüstəmov deyib ki, yeri deyil, heç nə demə.
"Federasiya evi o adama verir ki, onun evə ehtiyacı yoxdu”
- Bəs şahmatdakı uğurlarımızın əsas səbəbi nədi?
- Şahmatda uğurumuzun tək səbəbi, Azərbaycanda vaxtı ilə uşaq şahmat məktəblərinin olması idi. Artıq bu məktəblər yoxdu, idman məktəblərinə birləşdirilib. Məsələn, Azadəliyev Cahandar 8 yaşında Avropa çempionu oldu. Növbəti dəfə çempionatda iştirak edib yer tutanda atası Seyhun Azadəliyev öz feysbuk səhifəsində "Cahandarın bu yarışda iştirak etməsi üçün maddi baxımdan kömək edən filankəsə öz minnətdarlığımı bildirirəm” yazdı. Heç olmasa, Avropa çempionu, dünya çempionu olan uşaqlara sahib çıxsın federasiya. Bu anlamda Azərbaycanda şahmat federasiyası yoxdu, deyirəm. Federasiya o vaxt olur ki, artıq şahmatçının maddi baxımdan ona ehtiyacı olmur. Mənim Azərbaycan əsilli Rusiya şahmat federasiyasının üzvü olan şagirdim Azərbaycan şahmat federasiyasına keçmək istəyəndə, federasiyadan bizə dedilər ki, 750 avro pul verməlisiz və bu məbləği biz yox, FİDE təyin edib. Sonra biz araşdırıb gördük ki, bu məbləğ 750 yox, 250 avrodu. Belə şey olar? Nə qədər zülm etdilər bizə. Şahmat federasiyası şahmatçıları bəzən evlə də təmin edir. Federasiya evi o adama verir ki, onun evə ehtiyacı yoxdu. Bu, sadəcə, müəyyən bir görüntü yaratmaq üçündü. Federasiyanın maliyyə imkanları da var, digər istənilən imkanları da var. Ancaq qurum operativ şəkildə işləmir. Dediyim kimi, federasiya həm var, həm də yoxdu.
Elçin Aslangil
Fanat.Az
Oxşar xəbərlər
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
6 sentyabr 2025 00:26
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
5 sentyabr 2025 10:54
- Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına STOP qoyuldu
3 sentyabr 2025 02:18
- Prezident İlham Əliyev Əl-Ərəbiyə kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar (CANLI)
27 avqust 2025 16:53
- Daha bir ölkə dördgünlük iş rejiminə keçir - bəs bizdə?
26 avqust 2025 10:07
- İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?
25 avqust 2025 22:05
- Putin DALA VERİR – Trampın xəbərdarlığı Moskvanı silkələdi
25 avqust 2025 09:05
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
Xəbər lenti
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
Video & Fotoqalereya
Video
Fotoqalereya