Vətəndaşın 23 minə aldığı avtomobilə gömrükdə 32 min qiymət
Gömrük orqanları xaricdən avtomobil gətirən vətəndaşa artıq vergi hesablayıblar.
Belə bir iddia ilə Yeniavaz.com-a müraciət edən Azərbaycan vətəndaşı Nadir İbrahimov bildirir ki, hərrac yolu ilə ABŞ şirkətinə məxsus avtomobili satın alıb. Nadir İbrahimovun sözlərinə görə, ABŞ-dan gətirdiyi 2018-ci il istehsalı olan “JEEP WRANGLER” markalı avtomobil üçün 23 min 31 dollar vəsait ödəyib.
“Gömrük orqanları vergi hesablayan zaman avtomobilin dəyərinin 32 min dollar göstərərək vergini də bu məbləğə əsasən məndən aldılar”, - deyən İbrahimov bildirdi ki, avtomobili 23 min dollara aldığını təsdiqləyən bank ödənişini, ABŞ şirkətinin verdiyi “invoys”i (hesab-faktura) və digər sənədləri gömrük orqanına təqdim edib: “Gömrük orqanları təqdim etdiyim sənədlərdəki rəqəmə deyil, özlərinin yazdığı rəqəmə əsasən vergi hesabladılar. Avtomobili 23 min dollara aldığım halda vergini hansı səbəbdən 32 min dollar üzərindən hesabladıqlarını soruşduğum zaman, əvvəlcə bildirdilər ki, 23 minin üzərinə yol pulunu əlavə ediblər. Etiraz edərək bildirdim ki, avtomobil Gürcüstanın Poti limanına kimi əlavə yol xərci ödənilmədən gətirilib və bununla bağlı da təqdim olunan “invoys”də qeydlər var. Poti limanından Azərbaycan sərhədinə kimi olan məsafədə yol xərci 9 min dollar edə bilməz. Tələb etdim ki, avtomobilə 32 min dollar dəyər qoyulmasını hansı əsaslarla hesabladıqlarını yazılı surətdə mənə versinlər. Ancaq bu sənədi də vermədilər. İsrar etdikdən sonra bildirdilər ki, 15 gündən sonra gələrsən, verərik ”.
Məlumat üçün qeyd edək ki, Azərbaycan gömrük ərazisinə gətirilən malların gömrük dəyəri “Gömrük Tarifi haqqında” Qanununun müddəalarına uyğun olaraq müəyyən olunur. Malların gömrük dəyərini hesablamaq üçün tətbiq edilən ilk üsul malların sövdələşmə qiyməti üsuludur. Yəni, malın gömrük dəyəri müəyyən olunarkən tərəflər arasındaki sövdələşmə qiyməti əsas götürülür.
Bu üsuldan istifadə edilə bilmədiyi halda, digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir.
Vətəndaş Nadir İbrahimov bildirir ki, təqdim etdiyi “invoys” məhz qanunda qeyd olunan sövdələşmə sənədi hesab olunur: “Əgər avtomobili aldığım şirkətlə sövdələşməm olmasa, onlar mənə necə “invoys” verə bilər. Təqdim olunan “invosy”də avtomobilin qiyməti və digər bütün zəruri məlumatlar açıq şəkildə qeyd olunub. Ancaq gömrük əməkdaşları heç bir izahat vermədən avtomobilə aldığım qiymətdın daha yüksək qiymət qoyurlar”.
Xatırladaq ki, bir qədər əvvəl məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirir ki, gömrük qanunvericiliyinə görə, ölkəyə gətirilən malları, o cümlədən avtomobilləri bir neçə üsulla qiymətləndirmək olar: “Tarif haqqında” qanunda deyilir ki, ölkəyə gətirlən avtomobilin dəyərləndirilməsi üçün birinci üsul sövdələşmədir. Yəni bu nəqliyyat vasitəsi Gürcüstandan alınıbsa, rəsmi fakturası varsa, pul rəsmi ödənilibsə, buyursun gətirsin. Və bu zaman birinci üsul tətbiq ediləcək – yəni müqavilədəki qiymət əsas götürüləcək. Amma əgər rəsmi faktura yoxdursa, invoys, müqaviləsi yoxdursa, əvəzində bazardan bir faktura və ya çek alıb gəlirsə, o halda bu avtomobil fərqli üsulla qiymətləndirilir”.
Səfər Mehdiyev bildirib ki, avtomobili gətirən şəxs nəqliyyat vasitəsini neçəyə alıbsa, normal orijinal kontraktı və valyutasına dair köçürdüyü sənədi təqdim etməlidir.
Vətəndaş Nadir İbrahimovun səsləndirdiyi şikayətə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Natiq Axundov ən qısa müddətdə məsələni araşdıracaqlarını bildirdi. 



- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 2026 13:50
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
