Təkamül Partiyasının sədri Teyyub Qənioğlu ilə MÜSAHİBƏ

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun
partiyanın Mətbuat Xidmətinə müsahibəsi
Teyyub bəy! Növbədənkənar seçkilər nəticəsində formalaşmış VI çağırış Milli Məclis öz fəaliyyətinə başladı. Təkamül Partiyası olaraq Sizin bu tərkibdə formalaşmış Milli Məclisdən gözləntiniz necədir?
Təəssüf ki, Milli Məclisin yeni tərkibdə, ölkədə aparılan islahatlara daha çevik dəstək verilməsi məqsədi ilə formalaşdırılmasını nəzərdə tutan, 9 fevralda keçirilmiş növbədənkənar seçkilər də, əvvəllər olduğu kimi, qüsursuz ötüşmədi. 4 dairədə seçkilərin nəticələrinin bütövlükdə, digər dairələrin çoxsaylı seçki məntəqələrinin nəticələrinin qismən ləğv edilməsi bunu açıqca göstərdi. Uzun illər Milli Məclisdə təmsil olunan, millət vəkili kimi öz vəzifələrinə laqeyd yanaşan, seçicilərin rəğbətini itirmiş bəzi “köhnələrin” yenidən millət vəkili təyin olunması da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Fikrimizcə, 700 mindən çox üzvü olduğunu bəyan edən YAP onların əvəzinə başqa nüfüzlu üzvlərinin namizədliyini irəli sürə bilərdi. Hər halda reallıq budur. Və istənilən siyasi fəaliyyət də reallığı nəzərə alaraq həyata keçirilməlidir. Ümid edirik ki, Milli Məclisin rəhbərliyinə yeni, daha hazırlıqlı şəxslərin, komitələrin sədr müavinləri postuna müxalifət partiya təmsilçilərinin seçilməsi xalqımızın Milli Məclisdən gözləntilərini doğruldacaqdır.
Biz, Təkamül Partiyası olaraq, sosial-iqtisadi sahələrdə ölkəmizdə aparılan islahatları dəstəkləmişik, bu sahələrdə olan qüsurları obyektiv mövqedən tənqid etmişik, onların daha geniş olması üçün doğru bildiyimiz təklifləri irəli sürmüşük. Və hesab edirk ki, siyasi sahədə islahatlar aparılmadan sosial-iqtisadi sahələrdə aparılan islahatlar tam ola bilməz. Fikrimizcə, Milli Məclisin rəhbərliyində müxalifər partiyaların nümayəndələrinin təmsil olunması siyasi sahədə islahatlara start verilməsi kimi qəbul oluna bilər. Prezident Milli Məclisdəki çıxışında indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatların da vacibliyini, siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan mümkünsüz olduğunu və hakimiyyətin heç bir ilkin şərt olmadan siyasi qüvvələrlə danışıqlara start verdiyini söyləmişdir. Bildiyiniz kimi, Prezident Administrasiyasının strukturunda “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” yaradılmışdır. Təqdirə layiq haldır ki, çağdaş Azərbaycan tarixində ilk dəfə olaraq şöbənin müdiri, hörmətli Ədalət müəllim Vəliyev mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların, o cümlədən Təkamül Partiyasının, liderləri ilə qeyd-şərtsiz görüşlər geçirmişdir və bu görülər davam edir. Bu görülər hələlik ilkin, tanışlıq xarakreti daşıyır. Hesab edirik ki, bu görüşlərin nəticələri ölkəmizdə siyasi islahatların daha geniş həyata keçirilməsinə təkan verəcəkdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin ilk iclasında geniş nitq söyləmişdir. Sizin buna munasibətiniz necədir?
Prezident İlham Əliyevin Milli Məclisdə çıxışını proqram xarakterli çıxış hesab etmək olar. Prezident öz çıxışında ölkəmizdə və xaricdə baş verən hadisələri geniş işıqlandırmış, dövlətimizin gələcək inkişafı naminə Milli Məclisdən, hakimiyyət strukturlarından, siyasi partiyalardan, bütövlükdə xalqımızdan nəyi gözlədiyini açıqlamış və öz tövsiyyələrini vermişdir. Fikrimizcə, hər kəs, xüsusilə müxalifət partiyaları, bu tövsiyələrdən düzgün nəticə çıxarmalıdır. Məlumdur ki, müxalifət partiyaları ona görə müxalifətdədirlər ki, mövcud hakimiyyətin, onun ayrı-ayrı strukturlarının sosial-iqtisadi, siyasi və s. sahələrdə fəaliiyətini qənaətbəxş hesab etmirlər və qüsurları tənqid edirlər. Prezidentin çıxışından göründüyü kimi, o, reallığa söhkənən, nöqsanların aradan qaldırılmasına, inkişafa təkan verərəcək konstruktiv tənqidin tərəfdarıdır, reallığa söykənməyən, milli və dövlət maraqlarımıza zidd fəaliyyəti yolverilməz hesab edir. Təkamül Partiyası olaraq hesab edirik ki, bu düzgün yanaşmadır və biz öz fəaliyyətinimizdə məhz bu mövqedən çıxış edirik. Başqa məsələdir ki, indiyədək konstruktiv mövqedən çıxış edən müxalifət partiyalarının, o cümlədən Təkamül Partiyasının, reallığa söykənən tənqidi fikirləri, nöqsanların aradan qaldırılması üçün irəli sürdüyü təklifləri, məhz müxalifətdə olduqları üçün, nəzərə alınmırdı, əksinə, bu mövqelərinə görə onlar təqib olnurdu və olunurlar. Milli Məclisdəki çıxışında Prezident qeyd etmişdir ki: “Prezident Administrasiyasında indi tam başqa bir vəziyyət var. Şikayət məktublarını əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur”. Hesab edirik ki, xüsusilə də Prezidentin sərəncamı ilə vəzifəyə təyin edilən istənilən səviyyəli məmurların qanunlara zid fəaliyyəti haqqında məlumatlar, şikayətlər şəxsən ona çatdırılmalıdır. Təbiidir ki, biz bunun reallaşacağını gözləyirik. Bəzi məmurlar elə hesab edirlər ki, Prezident onları vəzifəyə təyin edəndə eyni zamanda onlara toxunulmazlıq hüququ da verir. Bu streotipə də son qoymaq lazımdır.
Teyyub bəy! Koronavirusun yayılması təkcə insanlara deyil, iqtisadiyyata da ziyan vurmaqdadır. Artıq dünyada iqtisadi böhranın baş verməsinin təzahürləri görünməkdədir. Sizcə Azərbaycanda iqtisadi böhran baş verə bilərmi, milli valyutamız daha da uçuzlaşa bilərmi?
Koronavirusun yayılmasının qarşısının alınması üçün bu virusun yayıldığı ölkələr, o cümlədən Azərbaycan, bütün lazımi tədbirləri görürlər və inşaALLAH tezliklə onun qarşısı alınacaqdır. Həyata keçirilən tədbirlər sırasında xarici iqtisadi əlaqələrin məhdudlaşdırılması, sərhədlərin müvəqqəti bağlanması da müşahidə edilməkdədir və bu təbii qarşılanmalıdır. Qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi şübhəsizdir ki, ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcəkdir, xüsusilə iqtisadiyyatı neft ixracından asılı olan Azərbaycan kimi ölkələr üçün. Bildiyiniz kimi, ölkəmizin 2020-ci il üçün dövlət büdcəsi neftin bir barrelinin 55 dollar olacağına hesablanmışdır. Hakimiyyət nümayəndələrinin qeyd etdiyi kimi, hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək. Azərbaycan dövləti neftin qiymətinin 30-35 dollara qədər azalacağı təqdirdə də, iqtisadi dayanıqlığın təmin edilməsi üçün müvafiq plana malikdir. Hesab edirəm ki, neftin indiki səviyyədə aşağı düşməsi yaxın 3-4 ay ərzidə Azərbaycan iqtisadiyyatında, milli valyutamızın dəyərində ciddi azalmalara səbəb olmayacaqdır. Azərbaycanın malik olduğu maliyyə imkanları iqtisadiyyatın dayanıqlığının təmin olunmasına imkan verəcəkdir. Fikrimcə, neftin qiymətinin aşağı düməyə meyl etməsi uzun sürməyəcəkdir və yaxın günlərdə əks meylin baş verəcəyini görəcəyik.
Hesab edirəm ki, dollar-manat qarşılığında müşahidə edilən ajiotaja da ehtiyac yoxdur. İstənilə halda manatın devallvasiyası baş verməyəcəkdir, ola bilər ki, dollara nisbətən 2-3% ucuzlaşma olsun. Amma fürsətdən istifadə edən bəzi işbazlar istehlak mallarının pərakəndə satış qiymətlərinin qaldırılmasına cəhd edə bilərlər. Hakimiyyət yetgililəri bunun qarşısının alınması üçün müvafiq təsirli tədbirlərin görüləcəyini bəyan edirlər və buna inanmaq istərdik.
Teyyub bəy, ticarət şəbəkələrində bəzi istehlak malları üzrə qıtlığın yarandığı haqda fikirlər söylənilir. Sizcə həqiqətən qıtlıq yarana bilərmi və onun qarşısını necə almaq olar?
Təəssüf ki, Azərbaycan iqtisadiyyatı xeyli dərəcədə idxaldan asılı vəziyyətdədir. Xarici iqtisadi əlaqələrin qismən məhdudlaşdırılması təbiidir ki, idxala mənfi təsir göstərə bilər. Ancaq bu təsirin nəzərəçarpacaq dərəcədə olacağını söyləmək olmaz. Ona görə də, narahatçılığa əsas yoxdur. Ancaq, necə deyərlər, hər şərdə bir xeyir də vardır. Yaranmış vəziyyət istehlak malları istehsal edən milli strukturlarımızın inkişafına təkan verə bilər. Buna yardım etmək üçün hökumətin maliyyə-kredit siyasətində əsaslı dəyişikliklərin edilməsinə, xüsusilə bank sektorunun dövlət məmurlarından asılı vəziyyətinə son qoyulmasına, kölgə iqtisadiyyatına, korrepsiyaya qarşı mübarizənin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli maliyyə-iqtisadi mühitin yaradılmasına ehtiyac vardır. Ölkəmizdə mövcud olan iqtisadi potensial istehlak mallarına olan tələbatın milli istehsal hesabına ödənilməsi üçün kifayət həcmdədir. Əsas məsələ bu potensialdan səmərəli istifadə yollarının düzgün seçilməsindən ibarətdir.
Teyyub bəy! Belə fikirlər səslənir ki, koronavirusa qarşı mübarizə Qarabağ probleminin həllini arxa plana çevirə bilər, bu problemin 2020-ci ildə də aradan qaldırılmasına mane ola bilər. Belə fikirlərə münasibətiniz necədir?
Koronovirusun yayılması, qarşısı alınmazsa, təbbidir ki, ciddi problemlər yarada bilər. Ancaq bu, Qarabağ probleminin həlli ilə bağlı tədbirləri, hərəkətləri arxa plana çevirməməlidir və fikrimcə, çevirmir də. Başqa məsələdir ki, biz, Azərbaycan olaraq, bu problemin həlli üçün bütün mümkün vasitələrdən tam istifadə edirikmi? Hesab edirəm ki, etmirik. Hər şeydən göründüyü kimi, ermənilər nəinki Dağlıq Qarabağı, heç işğal edilmiş ətraf rayonları da azad etmək fikrində deyillər. Ona görə də, bu rayonlarda quruculuq-abadlıq işlərini, məskunlaşmanı getdikcə genişləndirilər, yeni-yeni kəndlər salır, işğal edilmiş şəhərləri bərpa edirlər, kilsələr, məktəblər, otellər, istirahət məkanları, geniş yollar və s. tikirlər, təbii sərvətlərimizi vəhşicəsinə istismar edirlər, tarixi abidələrimizi məhv edirlər. Onlar torpaqlarımızı nə zamansa azad edəcəklərini düşünsəydilər belə geniş işləri həyata keçirməzdilər. Bəs biz nə edirik? Heç nə! Seyr edirik! Ermənilər isə azad şəkildə müxtəlif səviyyəli seçkiləri keçirirlər. Biz yenə də seyr edirik, belə hərəkətlərin yolverilməz olduğu barədə bəyanatlar verirk-vəssalam! Ordumuzun gücünə görə dünyada 50-ci, ermənilərin -96-cı yerdə olduğunu qeyd etməklə fəxr edirk. Nə olsun? Bu üstünlüyümüzdən istifadə etməyəcəyiksə onun nə əhəmiyyəti var? Hesab edirəm ki, bizim Azərbaycan dövləti olaraq qəti söz deməyimizin, bu qəti sözdən əməli fəaliyyətə keçməyimizin zamanı çoxdan gəlib!
12 mart 2020-ci il.
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 2025 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 2025 00:34
- Prezident forum iştirakçılarına müraciət etdi
9 sentyabr 2025 10:02
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- Böyük terror-un kiçik qurbanları – Stalin rejiminin düşərgələrdə məhv etdiyi körpələr
6 sentyabr 2025 14:42
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12
- Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi
13 sentyabr 10:01
- Elnur Şükürov da azadlığa çıxdı - Foto
13 sentyabr 09:43
- TİTANİK sərnişinlərini xilas ola olarmış: 1500 insanın taleyini bir gəmi dəyişə bilərdi
13 sentyabr 02:41
- Rusiyada yumurta böhranı...
13 sentyabr 00:31
- BMT-dən tarixi qərar - Azərbaycan lehinə səs verdi
12 sentyabr 22:47
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 21:54
- Məktəblərdə telefon işlətmək QADAĞAN EDİLDİ
12 sentyabr 15:11
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 13:30
- AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği açıqlandı
12 sentyabr 13:17
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 11:03
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 10:56
- Bu rayonlara qar yağır
12 sentyabr 10:44
- Bədənin bu hissəsi qadının yaşını göstərir -QULAQ MƏMƏSİ
12 sentyabr 03:09
- Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşdü
12 sentyabr 02:55
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33