Hüseyn Cavidə görə Bağırovun qəzəbinə tuş gələn Xan
Cəmiyyət19 mart 2020 11:06
Bu gün böyük muğam ifaçısı, Xalq artisti Xan Şuşinskinin anım günüdür. Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.
Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi, İbrahim Xəlil Xanın oğlu Məhəmməd Həsən ağa Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad kimi dünyaya gəlmişdir. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Pənahəli xanın üçüncü oğlu Talıbxan ağanın törəməsi, Behbud bəyin nəvəsi, Murad bəyin qızı olub.
***
1918-ci ilin yazında Ağdamın Novruzlu kəndində, Qarabağın tərəqqipərvər ziyalılarının, şair və nasirlərinin, eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər bir məclis qurulur. Həmin məclisə Segah İslam gənc şagirdi İsfəndiyarla birlikdə gəlir. İslam Abdullayev pəncərənin önündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görür. Qrammfonda dan Təbrizin məşhur xanəndəsi Əbülhəsən Xanın səsi gəlir. İfa başa çatdıqdan sonra müəllimi üzünü gənc şagirdinə tutaraq - İsfəndiyar, sən də belə oxuya bilərsənmi, deyə müraciət edir. İsfəndiyar peşəkar xanəndə tərzində, eynilə Əbülhəsən Xanın oxuduğu kimi "Şahnaz”ı ifa etməyə başlayır. Divarboyu rəflərdə düzülmüş çini və şüşə qablar xanəndənin səsinə sanki səs verirmiş kimi cingildəyir. Heyrətə gəlmiş qonaqlar bir ağızdan deyirlər. Əsl Xan elə budur ki... O gündən sonra İsfəndiyar müəlliminin xeyir duası ilə Xan Şuşinski ləqəbi ilə oxumağa başlayır.

Azərbaycanda Demokratik Respublika elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa bir müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, Xan Şuşinskini hərbi xidmətdən azad edir.
***
Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə çıxışlar edir. O, Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdam şəhərində məskunlaşır.

Gənc yaşlarında evlənsə də bu evlilikdən övladı olmur. Həyat yoldaşının təkidi ilə o, sonradan yenidən evlənmiş və həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan doğulub.
***
Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək onu opera ifaçılığına cəlb etməyə razı sala bilmədiyi üçün hər zaman təəssüf hissi keçirdiyini etiraf edərmiş.

Ü. Hacıbəyov Xanı musiqi təhsili almaq üçün İtaliyanın Neapol Konservatoriyasına göndərilməsini təkid etsə də, oxuduğu muğamlara sədaqətli olan xanəndə ailə vəziyyətini, atasının qoca və xəstə olmasını bəhanə gətirərək İtaliyadakı vokal ifaçılıq təhsilindən imtina edir.
***
Öz yaradıcılığında Hüseyn Cavidin qəzəllərinə geniş yer ayırdığına görə 1937-ci ildə hökumət nümayəndələrinin qəzəbinə tuş gəlmiş, bir il müddətinə "səsi alınaraq” kütləvi yerlərdə, el şənliklərində və rəsmi tədbirlərdə oxumasına qadağa qoyulmuşdur. Bu səbəbdən də Xan 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyünün iştirakçıları siyahısından kənarlaşdırılmışdır.

Həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən M. C. Bağırov Xan Şuşinskinin tədbirlərə qatılmamasının səbəbini soruşduqda, ona – "Xan Moskva Dekadasında iştirakdan imtina etdi”, cavabı verilib. Bu cavab M. C. Bağırovu çox qəzəbləndirdiyindən o, Xanın barəsində qəti cəza tədbirinə qərar versə də, məsələni aydınlaşdırarkən Xan Şuşinskiyə xoş münasibət bəsləyən bir qrup ziyalı respublika rəhbərinə həqiqi vəziyyəti, Xanın kütləvi və dövlət tədbirlərində təmənnasız göstərdiyi xidmətləri dövlət başçısına izah etdikdən sonra Bağırov Xanın o dövrdə yaşadığı Ağdam rayonundan 24 saat ərzində Bakı şəhərinə köçürülməsi və Filarmoniyada işlə təmin olunması barədə göstəriş verib. Xan Şuşinski ailə üzvləri ilə birlikdə təcili olaraq paytaxta köçürülərək mənzillə təmin edilib.
***
Xan Şuşinski mədəniyyət sahəsində yeganə şəxsdir ki, nümunəvi fəaliyyəti və böyük sənətkarlıq bacarığı nəzərə alınaraq, "Əməkdar artist” adı almadan, 1943-cü ildə birbaşa "Xalq artisti” adı ilə təltif edilib.

1956-cı ildə Ü. Hacıbəyovun "Məşədi İbad” operettası əsasında çəkilən "O olmasın, bu olsun” filmində kiçik bir rol olan xanəndə obrazını böyük məharətlə ifa etmiş, filmdə kadr üçün ayrılmış 2 dəqiqəyə yaxın məhdud vaxt ərzində xüsusi ustalığı hesabına 14-16 dəqiqəlik "Şahnaz” muğamının bütün guşə və məqamlarını ifadə etməyə müyəssər olub.
***
Xan Şuşinski gənc yaşlarından papiros çəksə də sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdir. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyası olsa da əliaçıq insan olduğundan özünə ən əziz hesab etdiyi əşyasını belə kimdənsə əsirgəməyib.

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı varmış. Onun gözəl nərd oynamaq qabiliyyəti olub. Nərd oynamağı sevər və çox nadir hallarda uduzarmış. Latın, kiril və ərəb əlifbaları ilə yazıb, oxuyar, hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, ifadə edə bilirdi.
***
Dövrü mətbuatı izləyər, siyasi tədbirlərdən uzaq olmağa çalışardı. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən ictimai nəqliyyatdan istifadə edərdi.

Ömründə heç vaxt spirtli içki qəbul etməmiş, səsinin qorunması xatirinə ömrü boyu özünü təbiətin bir sıra nemətlərindən təcrid etmişdir. Təmkinli, az danışan insan olub. Eyni zamanda həmyaşıdları və münasib bildiyi insanlarla zarafatlaşmağı xoşlayardı.
***
1924-cü ilin əvvəllərində Nəriman Nərimanov artıq Rusiyada işlədiyi vaxt Azərbaycana qısa müddətli səfərə gəlir. Xan Şuşinskini çağırtdırırlar ki, bəs Nərimanov səni dinləmək istəyir. Xan kiçik musiqiçi dəstəsi ilə Nərimanovun görüşünə gəlir. Nərimanov Xanla görüşəndən sonra üzünü ona tutub, "Ay bəri bax” mahnısı oxumağı sifariş edir. Xan Şuşinski bu mahnının köhnə inqilabçı olan Nərimanov üçün hansı xatirələrlə bağlı olduğunu Cabbar Qaryağdıoğludan eşitmişdi. Belə ki, 1909-cu ildə "Koba” ləqəbli İosif Stalin sürgünə göndərilməzdən əvvəl bir müddət Bakının Bayıl türməsində saxlanırmış. Mütərəqqi fikirli insan olan Cabbar Qaryağdıoğlu da o zaman Bakıda fəaliyyət göstərən inqilabçı dərnəklərin üzvləri ilə əməkdaşlıq edər, öz maddi və mənəvi köməkliyini azadlıq və tərəqqi fədailərindən əsirgəməzmiş. Türmədə olan yoldaşları ölkədə və eləcə də şəhərdə baş verən son hadisələrdən məlumatlandırmaq və inqilabçıların fəaliyyət planlarını təcridxanadakılara çatdırmaq məqsədilə Cabbar Qaryağdıoğlu musiqiçilərdən ibarət dəstəsi ilə Bayıl türməsinin qarşısındakı çayxanada oxuyub – çalar, türməyə məlumat ötürülməsi məqamında xəbərdarlıq işarəsi kimi ucadan "Pəncərədən daş gəlir, ay bəri bax...” oxuyar, ardınca isə muğam üstündə qəzəl arası inqilabçıların məlumatını zil səslə, aydın eşidilən tərzdə oxuyaraq, həbsxanadakı məhbuslara çatdırarmış.

1934-cü ildə Bakıda keçirilən dövlət tədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədən Cabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxş edir. Konsertin sonunda Cabbarın ifasında "Heyratı” zərb muğamı elan edilir. Cabbar Qaryağdıoğlu xanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir. Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da gənc xanəndə Xan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edir. Xan Şuşinski səsinin imkanlarına bələd olduğundan özünü itirmədən "Şikəsteyi fars” şöbəsini oxuyub, bir qədər də zil notlarda "Qazağı” şöbəsinə keçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsində ayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimovun təəccüblü və sual dolu nəzərlərlə ona doğru baxdığını görüb, deyir: - Qurban, dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eləyim, görüm nə qayırır?... Sonra əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadan deyir: - Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!

1934-cü ilin payızında Bakıda M. Y. Lermontovun 120 illik yubileyi qeyd olunur. Xan Şuşinski həmin yubileydə çıxış etmək üçün dəvət olunur. Tədbirdə hökumət rəhbərləri ilə yanaşı Rusiyadan dəvət olunmuş məşhur ədəbiyyat xadimləri də iştirak edirlər. Rusiyalı qonaqların könlü xoş olsun deyə tədbirdə Lermontovun şeirləri oxunur. Xan çıxış üçün adəti üzrə öz repertuarından bir şey ifa etməyə hazırlaşarkən, tədbirin təşkilatçılarından göstəriş gəlir ki, Xan Şuşinski muğam üstə mütləq Lermontovun şeirlərindən oxumalıdır ki, qonaqlar görsün ki, bizim muğam ifaçılarımız da Lermontov seirinin vurğunudurlar. Artıq çətin vəziyyətlərdən bir çıxış yolu tapmağa vərdiş etmiş təcrübəli xanəndə, Lermontovun şeirlərindən birini cəld kağız parçasına köçürüb, qavalın içərisinə pərçimləyir və muğam üstündə Lermontovun şeirini bir – təhər ifa edib, başa çatdırır. Tədbirdən sonra M. C. Bağırov musiqiçilərə yaxınlaşıb, razılığını bildirərkən - Xan, həmişəki kimi yaxşı oxudun, amma yaman qavalın içinə boylanırdın? ... deyə zarafatla dillənir.

1943-cü ildə Moskvadan folklor sənətini təhlil edən bir qrup musiqişünas – professor heyəti Bakıya gəlir. Məşhur müğənni Bülbül Xan Şuşinskini dəvət edib, onlar üçün "Mahur hindi” muğamını oxumağı xahiş edir. Qonaqlar Xanı ardıcıl olaraq bir neçə dəfə oxutdurub, dinlədikdən sonra bu səsin gücünə heyran qaldıqlarını gizlətmədən, icazə istəyib, Xanın ağzına və boğazına diqqətlə baxırlar. Xan Bülbüldən soruşur ki, bunlar nə istəyir. Bülbül deyir: - Xan, bunlar elə bilirlər ki, sən boğazında nəsə səs gücləndirici bir vasitə gizlətmisən, inana bilmirlər ki, insanda bu qədər geniş diapazonlu, güclü səs ola bilər.
***
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının bağlanış konsertində Xan Şuşinskinin, qadın həmkarları - Sara Qədimova və Şövkət Ələkbərova ilə birgə Səid Rüstəmovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri Orkestrinin müşayiəti ilə "Şikəstə” ifa etmələri nəzərdə tutulsa da, konsertin başlamasına az qalmış həmin ifa üçün ayrılmış vaxt məhdudlaşdırılır. Səid Rüstəmov Xan Şuşinskini məsləhətə çağırır və qadın müğənnilərdən birinin ixtisar edilməsini təklif edir. Xan Şuşinski zərif cinsin nümayəndələri olan tərəf müqabilləri arasında seçimdən imtina edərək, "Şikəstə”nin ritmini bir qədər tezləşdirib, arada bəzi çalğı hissələrinin ixtisar olunması hesabına ifaçıların üçünün də oxumasını təmin etməyi təklif edir. Səid Rüstəmov təkliflə razılaşır və orkestrdən bütün notlar yığışdırılaraq tez bir zamanda parteturalar yenidən işlənilir. Sonradan göründüyü kimi, Xan Şuşinskinin verdiyi uğurlu təklif sayəsində ifa çox möhtəşəm alınır.

O zaman Böyük Teatrın səhnə arxasında dayanıb, Azərbaycan musiqiçilərinin çıxışını həyəcanla izləyən Vaqif Səmədoğlu həmin anları belə xatırlayır: - Muğamın tempi tezləşdirilmişdi, Sara Qədimova və Şövkət Ələkbərova hərəsi bir ağız "Şikəstə” ifa etdikdən sonra Xan səsini ucaltdı və 3-cü oktavada açıq "Mi” səsini götürəndə, mənimlə yanaşı dayanan, uzun illər Böyük Teatrın aparıcı solisti kimi fəaliyyət göstərmiş SSRİ xalq artisti İvan Semyonoviç Kozlovski səsin gücündən heyrətə gəlib, iki əli ilə başını tutdu və "Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var – gəl etməyə başladı. Sovetlər İttifaqının ən zil səsli tenorunun Xan Şuşinskinin səsinə bu cür heyrətamiz münasibət bildirməsi, Vaqif Səmədoğlu ilə bərabər səhnə arxasından çıxışları həyəcanla izləyən bütün nümayəndə heyətində böyük qürur hissi oyatmışdı.

Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib, Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 2026 13:55
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
