Yaşı 65-dən çox olan deputatların koronavirus qorxusu - “Biz də evdən çıxmayacağıq!”
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Karantin rejimi müddəti ərzində - 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Yeri gəlmişkən, Milli Məclis deputatları arasında da yaşı 65-dən yuxarı olan insanlar var. Maraqlıdır, 65 yaşdan yuxarı olan deputatlar qaydalara riayət etməyi düşünürmü?
"Qafqazinfo"nun məlumatına görə, modern.az saytı yaşı 65-dən yuxarı olan bir neçə deputatın fikrini öyrənməyə çalışıb.
Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, qaydalara riayət etmək məcburiyyətindədir: "Mənim də yaşım 65-dən yuxarıdır. Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, hər birimiz qaydalara əməl etməliyik. Bunu təkcə özümə görə etmirəm. Evdən çölə çıxmamaqla, digər insanları da xəstəlikdən qorumuş olacam. Əgər işimlə bağlı zərurət yaranarsa, onlayn qaydada həyata keçirəcəm".
Parlamentin ən yaşlı deputatı Fəttah Heydərov da qaydalara əməl edəcək: "Mən də bu müddət ərzində evdən çölə çıxmayacam. Hesab edirəm ki, qoyulan qaydalara hörmətlə yanaşmalıyıq. 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxmamasını məsləhət görürəm. Mən də dövlətin bu qərarını dəstəkləyirəm. Bu cür addımlar insanlarımızın sağlamlığının qorunmasına hesablanıb".
Deputatı Fəzail Ağamalı da evdən çölə çıxmadığını deyib: "Bir həftə olar ki, evdən çölə çıxmıram. Mən də 65 yaşdan yuxarı olan insanlar kateqoriyasina daxiləm. Həyat yoldaşımla bağda yaşayıram. Onun da 69 yaşı var. Hesab edirəm ki, verilən qərar alqışlanmalıdır. Çünki koronavirus pandemiyası dünyada sürətlə yayılır. Ölüm faktları da çoxdur. Ona görə də dövlətimiz çalışır ki, vətəndaşlarımız bu bəladan itkisiz çıxsın. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Buna baxmayaraq, hər bir qaydaya riayət etmək məcburiyyətindəyik. Çünki bu qaydalar xalqımızın sağlamlığının qorunması üçün edilir. Mən də aprelin 20-nə qədər evdən heç yerə getməyəcəm".
Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, bu müddət ərzində yaradıcı fəaliyyətlə məşğul olacaq: "Dövlətimizin bu addımı müsbətdir. 65 yaşdan yuxarı olan deputatlar da bu qaydalara əməl etməli və digər yaşlı insanlara nümunə olmalıdır. Çətin də olsa, mən də evdən çölə çıxmayacam. Həmçinin yaradıcı deputat olaraq fürsətdən istifadə edəcəm. Bu müddət ərzində evdə yaradıcılıqla məşğul olacam".
Digər yaşlı deputat İsa Həbibbəyli dövlətin verdiyi qərardan yararlanmağı tövsiyə edib: "Bayram günlərində evdən çölə çıxmadım. Dünənki qərardan sonra isə evdən çıxmamaq işimi davam etdirəcəm. Dünyadaki vəziyyəti hamınız görürük. Koronavirus pandemiyası təhlükəli həddə çatıb. Ona görə də dövlətimizin verdiyi qərara əməl etməliyik. Hesab edirəm ki, dünyadakı koronavirus pandemiyasının necə bir bəla olduğunu dərk edən insanlar ölkəmizdəki qaydalara riayət etməlidirlər. Bir akademik olaraq evdə boş oturmayacam. Yaradıcılıqla məşğul olacam. Bir həftə ərzində kitabxanamı gözdən keçirtmişəm. Hazırda monoqrafiya üzərində çalışıram. Hər bir 65 yaşdan yuxarı şəxsləri qoyulan qaydalara əməl etməyə çağırıram. Mən də öz növbəmdə fürsətdən istifadə edib akademiyadaki işlərimi evdə davam etdirəcəm".
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
