ABŞ-da koronavirusa yoluxan azərbaycanlı : "Heç vaxt belə ağrı hiss etməmişəm"
Müsahibə28 mart 2020 10:08
Bu gün ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. Xəstəlik ABŞ-ın 50 ştatının hamısına yayılıb.
Yazının yazıldığı ərəfədə ABŞ-da xəstələrin sayı 85749 nəfər göstərilib. Bunlardan 1304 nəfəri ölüb, 1868-i isə sağalıb.
Media.Az ABŞ-da koronavirusa yoluxanların ən çox cəmləşdiyi Nyu-Yorkda (38977) yaşayan azərbaycanlı Tural Məmmədovla danışa bilib. Bu yaxınlarda, o, koronavirusu təsdiqlənənlər arasında idi. Xoşbəxtlikdən, Məmmədov xəstəliyi dəf edə bilib.
"Hər şey normal mövsümi qrip və ya soyuqdəymə kimi bəsit şəkildə başladı: Boğazda ağrı, quru öskürək yarandı, tədricən temperatur yüksəldi. Bununla yanaşı, bədənimdə zəiflik, əzginlik və şiddətli ağrı hiss etdim”, - deyə o bildirib.
T.Məmmədovun sözlərinə görə, xəstələndiyi ərəfədə Nyu-Yorkda yoluxmuş insanların sayında kəskin artım olub, xəstəxanalar yoluxan insanlarla dolub:
"Növbədə dayandım, həkim məni müayinə etdi, boğazımdan yaxma götürdü. Sonra virusun təsdiqləndiyini bildim. Temperaturumu salmaq üçün iynə vuruldu. Orqanizmimin susuzlaşmasının qarşısının alınması üçün müəyyən dərmanlar verildi və "C” vitamini inyeksiya edildi.
Etiraf edim ki, amerikalılar hadisələrin bu gedişatına hazır deyildilər. İlk əvvəllər hətta kifayət qədər testlər belə yox idi və yalnız ən ağır xəstələr xəstəxanaya yerləşdirilirdi”.
T.Məmmədov bildirib ki, ona sadəcə respirator-maska verilib, özünütəcrid tövsiyə edilərək, müalicə üçün evə göndərilib:
"Təsəvvür edin, mən bu virusa yoluxan iki filippinli ilə kirayədə qalırdım. Bizə qayğı göstərən, yemək verən yox idi. Biz, ümumiyyətlə ərzaqsız qalmışdıq. Heç kimə yoluxdurmamaq üçün isə ən azı iki həftə özünütəcrid lazımdır. Axı biz nə isə yeməli, nə formadasa müalicə almalı idik. İlk həftə bir dostumuz qapımızda yemək qoyurdu. İkinci həftədə isə maska və əlcək taxaraq özümüz evdən çıxmalı olduq. Ümumilikdə, bir həftə ərzində temperaturum 37.5 - 38.0 dərəcə oldu. İkinci həftə vəziyyət nisbətən düzəlir, artıq temperatur 37 dərəcədən yuxarı qalxmır: ancaq boğaz ağrısı və quru öskürək davam edir”.
Bu müddətdə T.Məmmədov daim zəncəfilli çay içib, "C” və "B” vitaminləri qəbul edib.
"Etiraf edim ki, mən heç vaxt belə ağrı hiss etməmişəm. Elə bil ki, bədənin bütün suyu çəkilir. Boğazda sanki şüşə qırıntıları olur, yaxud iynə batırırlar. Bədən çox ağrıyır. Ancaq əsas ilk həftəyə tab gətirməkdir, sonra vəziyyət yaxşılaşmağa doğru gedir. İndi yenidən yoluxmamaq üçün çox məcbur qalmadıqca evimi tərk etməməyə çalışıram. Deyilənə görə, ikinci dəfə yoluxma halları olub. Bu baş verərsə, yenidən necə tab gətirəcəyimi bilmirəm. Nyu-Yorkda virusa yoluxanlara yardım edənlər çatışmır, heç bir nəzarətin olmaması məni kədərləndirir... Dostlarımdan biri öldü. Həkimlər ona mənzildə özünütəcrid tövsiyə etmişdilər və sonra məlum oldu ki, elə orada dünyasını dəyişib”.
T.Məmmədovun sözlərinə görə, ABŞ-da tibb işçiləri virusun yayın sonuna qədər yayılacağını proqnozlaşdırırlar: "Həqiqi rəqəmlər gizlədilir, testlər, həmçinin xəstəxanalardakı yerlər kifayət etmir. Buna görə insanlara öz mənzillərində təcrid olunmaları tövsiyə edilir. Nyu-Yorkda insanların sayının çox olması vəziyyəti daha da pisləşdirir. Şəhər sözün həqiqi mənasında dolub-daşır”.
T.Məmmədov bildirib ki, indi ölkədə demək olar ki, hər yer bağlıdır. Yalnız böyük marketlər və apteklər işləyir: "Çoxları işlərini itirib və dolanışıq üçün heç bir gəlir yerləri yoxdur”.
Müsahibimin sözlərinə görə, əvvəlcə xəstələndiyi barədə kədərli xəbərlə qohumlarını qorxutmayıb:
"Anamın narahat olmasını istəmirdim. Ancaq sağalma mərhələsində ona söylədim. Bundan sonra, demək olar ki, hər saat mənə zəng etdi. Baş verənlərin fonunda sağalmağımdan ancaq xoşbəxt ola bilərəm”.
"Sağlamlığınızın qayğısına qalın və immunitetinizi möhkəmləndirin, indi bu hər zaman olduğundan daha vacibdir”, - deyə Məmmədov sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
