"Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirdik
Dünya29 mart 2020 11:23
"Xəstəlik dövründə biz dad və iybilmə qabiliyyətimizi itirmişdik və hələ də bərpa olunmayıb”.
"qafqazinfo” xəbər verir ki, bu sözləri koronavirusa yoluxmuş Kanadada yaşayan azərbaycanlı iş adamı Ruslan İsmayılzadə "Amerikanın səsi”nə müsahibəsində deyib. Artıq test nəticələrinin mənfi olduğunu bildirən R.İsmayılzadə virusa necə yoluxmasından və bu müddət ərzində başına gələnlərdən danışıb:
"Hazırda özümü yaxşı hiss edirəm, ümumilikdə, bu dövr əzində normal hiss etmişəm. Həyatımda bundan da pis qriplərə tutulmuşam, bu, ən pislərindən biri olmadı.
Şirkətim var və bizim martın 10-da Nyu-Yorka biznes səfərimiz planlaşdırılmışdı. Səfərimiz zamanı həm məndə, həm də partnyorumda qızdırma başladı.
Qızdırma daha sonra quru öskürəklə əvəzləndi. İstiliyimiz elə də yüksək olmurdu. Ona görə, başlarda diqqət etmədik. Elə bilirdik, koronavirus tutanda adam partlayır. İnsanlar bilsin ki, bu, çox zaman adi qrip formasında keçir, ən pis versiyada isə sətəlcəm olurlar.
Biz virusa yoluxduğumuzu biləndə özümüzü izolyasiya etdik və Kanadaya geri döndük.
Test olunduq, nəticələrimiz müsbət çıxdı. Həkimimiz çox dərman qəbul etməməyi, sadəcə istiliyimiz qalxarsa, parasetamol içməyi məsləhət gördü”.
Onun sözlərinə görə, daha sonra yoxlanılan zaman test nəticələri mənfi olsa da, həkimlər şəxsi izolyasiya dövrünün davam etdirilməsini məsləhət görüb:
"Martın 25-də yenidən test olunduq və nəticələr mənfi oldu. Ancaq bizə xəbərdarlıq olundu ki, testlər elə də təkmilləşdirilməyib, hələ də yoluxucu qrupa daxilik və izolyasiyanı davam etdirməliyik.
Hərdən nəfəs darlığı olur, hərdən də qızdırma yaranır. Ona görə, hələ ki, tam sağlam sayılmırıq.
Əvvəl hamı deyirdi, 14 gün ərzində hər şey bitir. Sonuncu danışdığımız həkim 21 gün dedi. Hər bir region üzrə simptomları fərqli ola bilər.
Bizim xəstəxanamız tamamilə onlayn sistemə keçib. Həkimim dərman siyahımı aptekə göndərdi, aptek də dərmanı evimə göndərdi.
Hökumətlər hazır olmasa da, inkişaf etmiş ölkələrin biznesi bu kimi situasiyalara hazırdır. Evdə qalın, yanlız vacib şeylər üçün küçəyə çıxın”.
Oxşar xəbərlər
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Hitlerin DNT-si ilə bağlı iddia dünya mediasını silkələdi
14 noyabr 2025 00:39
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Divarların o üzündə qalan nəfəs - Əlişir Əhəd yazır
14 oktyabr 2025 15:18
- 6 aylıq körpəyə baxanda belə həzz alırlar - Pedofillər axtalansınmı?
11 oktyabr 2025 17:38
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 2025 15:55
- Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi
14 avqust 2025 09:06
- Təxmini 6 İL YUXU GÖRÜRÜK
7 avqust 2025 10:33
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
