Zakir Fərəcov koronavirusu aldatmaq istəyir...
Zakir Fərəcov fil qulağında yatıb?
Dünyanı cənginə alan koronavirusla bağlı bütün ölkələr həyəcan siqnalı verir, müxtəlif tədbirlər görür ki, bu fəlakətin, bəlanın qarşısını qismən də olsa alsınlar.
Əlbəttə, söhbət bu bəladan az itkilərlə çıxmaqdan gedir.
Azərbaycan hakimiyyəti də maksimum çalışır ki, xalqımızı səfərbər edib bu pandemiyadan qurtarsın.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu qlobal problemin həlli üçün mümkün olan hər şeyi edir, koronovirusla mübarizə üçün 1 milyard manat vəsait ayırır, Koronavirusla Müübarizə Fondu yaradır, bir illik əməkhaqqısını fonda köçürür, yeni xəstəxanaların istifadəyə verilməsini sürətləndirir. Eyni addımları 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva da atır, demək olar ki, hər gün diqqətini və qayğısını insanlardan əsirgəmir.
Söhbət təkcə hakimiyyətin yuxarı pilləsindən getmir.
İnsaf naminə qeyd etməliyik ki, paytaxtın Nəsimi, Nərimanov, Nizami, Suraxanı və digər rayonların icra başçıları da koronavirusla mübarizə üçün öz qüvvələrini səfərbər ediblər.
Kənd rayonlarımızda, Bərdədə, Goranboyda, Ağdaşda, Şamaxıda, İsmayıllıda və digər bölgələrdə də icra başçıları rayon ərazisinin dezinfeksiya olunmasında və digər önləyici tədbirlərdə iştirak edir və bu barədə hər gün mediada xəbərlər yayılır.
Əcəba. bu boyda hay-küyün içində Sumqayıtın icra başçısı Zakir Fərəcovun səsi niyə eşidilmir..?
Bu adam bəlkə fil qulağında yatıb. Bəlkə bu bəladan xəbəri yoxdur? Bəs nə üçün ölkəmizin ən böyük şəhərlərindən biri olan Sumqayıtda koronavirus məsləsi arxa plandadır ?
Yox, əslində belə deyil.
Redaksiyamıza daxil olan məlumata görə, koronavirus məsələsi Zakir Fərəcovu möhkəm qarınağrısına salıb.
Cənab icra başçısı kabinetinin qapısından üzərlik, dua və yekə bir köhnə-paslı qıfıl asıb. Və kabinetində gizlənib, çölə-bayıra çıxmır.
Zakir müəllim o qədər xoflanıb ki, heç kimi qəbul etmir. İcra hakimiyyətinin binasında Zakir müəllim üçün ayrıca "xod" açıblar, ordan heç kim daxil ola bilməz. Və həmin pilləkən hər gün dezinfeksiya olunur. Kabinetin ağzında qaravul çəkən polis deyir ki, Zakir müəllim içəridə yoqa ilə məşğul olur, nə qədər çağırsam da cavab vermir. Zakir Fərəcov əməlli-başlı koronavirusdan gizlənir.
Şəhər sakinlərindən birinin dediyinə görə, bu günlərdə anidən Zakir müəllimi görüb və yaxınlaşıb. Onların arasında maraqlı dialoq olub:
-Zakir müəllim, bizim borcumuzu nə vaxt qaytaracaqsınız ?
-A kişi, nə Zakir, Zakir salmısan. Mən Zakir deyiləm, Şakirəm, məni səhv salmısan...
-Ay Zakir müəllim, necə səhv salmışam, siz şəhərin icra başçısı Zakir müəllimsinzi dəə...pulumu ver ee...
-Ay adam, koronavirus eşidər gələr ikimizi də o məsələ məndən uzaq ol...
Şikayətçinin əl şəkmədiyini görən Fərəcov, deyir ki, qoy koronavirus qurtarsın, Xudadatova deyərəm pulunuzu verər...
Sumqayıtda olan əməkdaşımız Zakir Fərəcovun ŞAKİR olması məsələsi ilə maraqlanıb. Zakir müəllimin dostlarından biri deyib ki, başçısı koronavirusu çaşdırmaq üçün adını dəyişib ŞAKİR qoyub ki, virus onu tanımasın.
Məzən olsun, Zakir Fərəcov...
Zakir müəllim ! Sən koronavirusu aldada bilərsən, o virus yaxandan əl çəkə də bilər. Amma pulunu vermədiklərin sənin yaxandan əl çəkən deyil. Yaxşısı budur, adamların pulunu qaytar və canın qurtarsın.
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
