Sahibkarlar Zakir Fərəcovdan Operativ Qərargaha şikayət etdi
Sahibkarlar icra başçısından Operativ Qərargaha şikayət etdi
“Sizə əlacsızlıqdan müraciət edirik. Çünki 3 ildir halal zəhmətimizin haqqını ala bilmirik. İndiki şəraitdə sizə üz tutmağımız da halal haqqımızın alınaraq, bizə verilməsinə yadımçı olmağınızı istəməyimizdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər 400-ə yaxın sahibkar və işçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müraciətdəndir.
Həmin müraciətdə deyilir ki, 2016-cı ildə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın inşa edilməsi, habelə şəhərin giriş hissəsinin abadlaşdırılmasını həyata keçirən sahibkar və zəhmət adamları icra başçısı Zakir Fərəcovdan pullarını ala bilmirlər. “Biz Sumqayıtın yeni sima almasını həyata keçirən insanlarıq. İnşa etdiyimiz Dənizkənarı Bulvar və şəhərin giriş hissəsinin yenidən qurulmasını həyata keçirməyimizə baxmayaraq, bunun üçün ayrılmış pulumuzu hələ də ala bilməmişik. Dəfələrlə Sumqayıtın icra başçısının qəbulunda olmağımıza baxmayaraq, onun müxtəlif bəhanələr gətirməsi, habelə bizi təhdid etməsi dövlətin həyata keçirdiyi siyasətin ziddinədir, Cənab Prezident İlham Əliyevin iradəsinin əleyhinə getməkdir. Ona görə ki, dövlət başçısı bütün çıxışlarında sahibkarlara, zəhmət adamlarına dəstək olmağı tələb etsə də, Zakir Fərəcov bunun əleyhinə gedir”.
İş adamları qeyd edirlər ki, görülən işlərin məbləği böyük olsa da, indiyə qədər onu ala bilməyiblər. Onların sözlərin görə, Zakir Fərəcov hər vəchlə onlara çatacaq 8 milyon manat pulu verməkdən imtina edir. “Fərəcov bizi qəbul etdikdə əvvəlcə borclu olmadığını, daha sonra ona pul ayrılmadığını iddia etdi. Daha sonra isə pulun 30 faizinin ona verilməsi müqabilnidə yerdə qalanını qayatara biləcəyini söylədi. Belə bir təklifi dilə gətirmək icra başçısı üçün utanc olmalıdır. Lakin biz bunu rədd etdiyimizdən, hədələməyə, həbs etdirəcəyini bildirdi. Elə bu təhdid və hədələr səbəbindəndir ki, xeyli müddətdir Sumqayıt şəhərinə belə gedə bilmirik”.
Sahibkarlar vurğulayırlar ki, tikinti işlərinin aparılması üçün dövlət tərəfindən vəsait ayrılsa da, Zakir Fərəcov onu şəxsi məqsədləri üçün xərcləyib. Onlar qeyd ediblər ki, əgər belə olmasaydı, Sumqayıtın icra başçısı onlara çatacaq pulları çoxdan vermiş olardı. “Zakir Fərəcov dövlətin ayırdığı vəsaitləri öz şəxsi malı kimi xərcləyir. İstədiyinə pul verir, istədiyinə vermir. Bizim müraciətlərimizə əhəmiyyət belə vermir. Bu azmış kimi, bizi hədələməkdən də çəkinmir. Sumqayıtın icra başçısının bu qədər özbaşınalıq etməsi, qanunsuzluğa imza atması yolverilməzdir və bunun qarşısı alınmalıdır”.
Onların bildirdiyinə görə, hal hazırda tikintidə istifadə olunan inşaat materiallarının pulunu belə ödəyə bilməyiblər. “Düz, üç ildir belə vəziyyətdəyik. Halal pulumuzu ala bilmədiyimizdən, ayrı-ayrı insanlara borclu qalmışıq. Hər yerə müraciət etmişik, lakin indiyə qədər problem həllini tapmayıb. Ona görə də, indiki ağır şəraitdə olsa belə, sizə müraciət etmək qərarına gəldik”.
“Biz bilirik ki, bu gün təkcə Azərbaycan deyil, bütün dünya üçün ağır bir dövrdür” deyə müraciətdə qeyd edən sahibkarlar əmin olduqlarını bildiriblər ki, yaxın zamanlarda problem aradan qaldırılacaq. “Biz əminik ki, dövlət başçımızın gərgin əməyi sayəsində bu dövrü adlayacağıq. Buna heç kim şübhə etmir. Həyata keçirilən işlərdən və hazırlanan layihələrdən də aydın görünür ki, ölkə rəhbəri xalqın, sahibkarların, zəhmət adamlarının yanındadır, onların çətinlik çəkməməsi üçün əlindən gələni edir”.
Müraciətin sonunda isə deyilir ki, onların məqsədi problemlərinin həll olunmasına nail olmaqdır. “Sizdən xahişimiz odur ki, biz bir qrup sahibkarın halal zəhmətinin haqqının Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, verilməsini təmin etməyə yardımçı olasınız. Bunun üçün səlahiyyətinizdən istifadə etməyinizi, məsələ ilə bağlı göstəriş verməyinizi xahiş edirik. Xahiş edirik ki, təkcə biz sahibkarların deyil, həmin tikinti işlərində çalışmış əli qabarlı insanların zəhmətinin haqqının ödənilməsinə köməklik göstərəsiniz”.
- Pezeşkian İlham Əliyevə zəng etdi
2 aprel 2026 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
