Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası” (ARAŞDIRMA)
Dünya2 aprel 2020 15:43
Hər bir ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında neft-qaz kəmərlərinin mühafizəsinin düzgün və effektiv təşkili ən mühüm amillərdən biri olaraq qiymətləndirilir. Neftlə zəngin ölkələrdə isə bu həm də neft quyularının mühafizəsini özündə ehtiva edir.
Azərbaycanda neft kəmərlərinin mühafizə zonası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları” əsasında təyin edilir. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyuları üçün müəyyən olunmuş mühafizə zonası 75-150 metr, neft kəmərləri üçünsə 25-50 metrdir. Bu normalar neft və qaz kəmərləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin, Azərbaycanın neft kəmərlərinin və neft quyularının mühafizə zolağı bəzi işbazlar üçün sözün əsl mənasında kifayət qədər gəlirli "biznes sahəsi”nə çevrilib.
Bu qənaətə gəlməyə apardığımız detallı araşdırma səbəb oldu.
Belə ki, İsmayılov Niyazi Müzəffər oğlu adlı şəxs özünə fərdi yaşayış evi tikib. Məsələnin problemli tərəfi ondan ibarətdir ki, həmin bu ev Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Salyan Şossesində yerləşən 3 saylı mədəninin ərazisində 3488 saylı quyunun mühafizə zolağında yerləşir və qanunsuz tikilib. Onun və ətrafındakıların təzadlı açıqlamalrından da məlum oldu ki, tikintinin qanunsuz olduğu, neft quyusunun mühafizə zolağında tikildiyinə dair N. İsmayılova hələ tikintiyə başlamazdan öncə dəfələrlə xəbərdarlıq edilsə də, o, bildirişlərin heç birinə məhəl qoymayıb.

İsmayılov Niyazi Müzəffər oğlu
Bir az da geniş araşdırdıqda isə müəyyən oldu ki, sən demə N. İsmayılov uzun müddətdir neft və qaz kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evlərini qanunsuz olaraq tikib vətəndaşlara satmaqla məşğuldur. İndiyə qədər o, bir neçə belə fərdi yaşayış evi tikərək satmağa müvəffəq olub. Görünən odur ki, bəzi qurumlar da bu məsələdə ona dəstək olublar: N. İsmayılov bələdiyyə orqanlarından bu torpaqların "özəlləşdirilməsi” ilə bağlı sənəd də ala bilib. Əslində isə bu torpaqların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə desək, bələdiyyə qurumları özlərinə məxsus olmayan torpaqları vətəndaşa verib.

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Çernyaxovski 8 ünvanında tikilmiş fərdi yaşayış evi
Araşdırmalar zamanı N. İsmayılovun neft kəmərlərinin mühafizə zolağında tikilərək vətəndaşlara satdığı bir neçə fərdi yaşayış evinin siyahısını və ünvanlarını da əldə etdik. N. İsmayılovun bu qanunsuz "biznesi” son bir neçə ildə "çiçəklənməyə” başlayıb. Ərazini yaxşı tanıyan şəxslərin verdiyi məlumata görə, hələ 2016-cı ildə N. İsmayılov Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı mədəninin ərazisində torpaq sahəsini mənimsəyərək, burada fərdi yaşayış evi tikərək satıb.
Elə həmin il eyni ərazidə, bu dəfə Arif İsmayılov küçəsində o daha bir fərdi yaşayış evini tikməyə müvəffəq olub. Görünür, bu dəfə də müvafiq qurumların ona mane olmaq cəhdləri nəticəsiz bitib. Ancaq, nəticədə dövlət qurumları da fakt qarşısında qalıb və artıq inşası başa çatdırılmış evin sökülməsi üçün məhkəmə qərarı olmalıdır.

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Arif İsmayılov küçəsində tikilmiş fərdi yaşayış evi
Cəzasız qaldığını görən N. İsmayılov "biznesini” genişləndirməyə qərar verib. Bu dəfə Yüzbəy Mürsəlov küçəsində "Ləzgilər məhəlləsi” deyilən ərazidə "inşaat işləri”nə başlayıb. Heç bir sənədi olmayan bu fərdi yaşayış evini də qısa müddətdə tikərək satıb.

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Yüzbəy Mürsəlov küçəsində tikilmiş fərdi yaşayış evi
N. İsmayılov şübhəsiz ki, havadarları olmadan bu evləri özbaşına tikə bilməzdi. Məlum olan yalnız odur ki, bu ərazilərdə tikinti işləri aparmaq üçün vətəndaşın əlində heç bir səlahiyyətli orqanın rəsmi icazə sənədi yoxdur. Yalnız bələdiyyə qurumlarının verdiyi və heç bir hüquqi əsası olmayan bir-iki kağız parçasından başqa. Bu məqamı N. İsmayılov kimi, işbazlar da bilməmiş deyil. Məhz elə buna görə də, sözügedən şəxs sonrakı dövrdə də "uğurlu biznesini” genişləndirməyə nail olub.

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisində 3488 saylı quyunun mühafizə zolağında Arif İsmayılov küçəsi dalan-2 ünvanında 2020-ci ildə tikilmiş fərdi yaşayış evi

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında 3488 saylı neft quyusunun 10 metrliyində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında 34 88 işlək neft quyusunun 30 metrliyində Arif İsmayılov küçəsində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3460, 3466 işlək neft quyularının mühafizə zolağında Gülbala Əliyev küçəsində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 2141 işlək neft quyusunun təqribən 10 metrliyində Niyazi İsmayılovun mənimsədiyi torpaq sahəsi
Görünən odur ki, N. İsmayılov dövlətə məxsus torpaqlarda özünə kiçik də olsa "biznes imperiyası” qurmağa müvəffəq olub. Apardığımız kiçik sorğu nəticəsində məlum oldu ki, onun elə 3488 saylı quyunun 30 metrliyində "Kərimbəyli” marketi, kafe, avtoyuma məntəqəsi və restorandan ibarət obyektlər şəbəkəsi də fəaliyyət göstərir. N.İsmayılovun hətta əvvəllər dəfələrlə məhkum olunduğu da vurğulanır.

Dəfələrlə məhkum olunmuş Niyazi İsmayılovun növbəti ev davası

34 88 işlək neft quyusunun mühafizə zolağında Arif İsmayılov küçəsində Niyazi İsmayılova məxsus 2018-ci ildən fəaliyyət göstərən restoran, kafe, mağaza və avtoyuma məntəqəsi
Məsələnin ən qəliz və zərərli tərəfi isə ondan ibarətdir ki, neft və qaz kəmərlərinin, eləcə də neft quyularının mühafizə zolağında fərdi yaşayış evinin, yaxud hər hansı iaşə obyektinin tikilməsi bir neçə səbəbdən son dərəcə təhlükəlidir:
- Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. İstənilən belə qəza halında əraziyə texnikanın daxil olması mümkün olmayacaq. Bu isə yüzlərlə, bəlkə də minlərlə evin, ailənin, istehsalat müəssisələrinin enerjisiz qalması anlamına gəlir.
- Bu cür obyektlərdə baş verə biləcək hər hansı qəza və ya terror hadisəsi zamanı yalnız iqtisadi ziyan dəyməyəcək, bu həm də kifayət qədər ağır nəticələnən faciələrə səbəb ola bilər. Neft və qaz kəmərlərinin 3-5 metrliyində, bəzən isə hətta kəmərlərin üzərində tikilən evlərin bu cür mümkün partlayışlardan zərər çəkməyəcəyinə və insan itkisinin olmayacağına kim zəmanət verə bilər? Əgər belə bir hal yaransa, bunun hüquqi məsuliyyəti bir yana, mənəvi yükünü kim üzərinə götürəcək?
- Neft və qaz kəmərlərinin, neft quyularının yaxınlığında bu cür tikintilərin aparılması ərazidə mühafizənin təşkilinə də ciddi maneə yaradır. Mühafizəyə məsul qurumların əməkdaşları bu cür tikililərin hasarları içərisində qalan obyektləri necə mühafizə edəcəklər? Xüsusilə də nəzərə alsaq ki, bəzi evlər kəmərlərin üzərində tikilib, bəziləri isə neft quyularını öz həyətlərinə qatıb.
- Neft quyularının yaxınlığında məskunlaşmanın insanların sağlamlığına mümkün zərəri haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mütəxəssislər qeyd edirlər ki, bir çox neft quyularının ətrafında radiasiya fonu normadan 100 dəfələrlə çoxdur. Bu isə beyin şişi, immunitetin zəifləməsi kimi ciddi problemlər yarada bilər. Belə ərazilərdə yaşamaq xüsusilə uşaqlar üçün həddən artıq təhlükəlidir.
Görəsən, Niyazi İsmayılov ard-arda evlər tikib satarkən bütün bu təhlükələri göz önünə alıbmı? Ya onun əsas məqsədi əyri dolanbac yollarla özünə sərvət toplamaqdır?
Son müşahidələrimiz onu göstərir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimində də Niyazi İsmayılov öz əməllərindən çəkinmir və yenə də qeyri-qanuni tikintiyə davam edir.
Oxşar xəbərlər
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
6 aprel 2026 23:04
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
5 aprel 2026 22:08
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
3 aprel 2026 19:11
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 2026 18:53
- Hörmüz tamamilə bağlandı
27 mart 2026 20:31
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
Xəbər lenti
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
Video & Fotoqalereya
Video
Fotoqalereya
