Bu iqtidarı biabır edənlərdən biri də Zakir Fərəcovdur

İş adamlarından Prezidentə müraciət: “Bu iqtidarı biabır edənlərdən biri də Zakir Fərəcovdur”
Xəbər verdiyimiz kimi, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Belə ki, həmin tikinti işlərini həyata keçirən sahibkarlar 3 ildən artıqdır ki, icra başçısından pullarını ala bilmirlər. Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.
Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə
Prezident İlham Əliyevə,
Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya,
Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və
İqtisadiyyat və Vergilər naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb. “Biz Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik. Ancaq onu bilirik ki, bu adam nə qanun sayır, nə qayda bilir, nə də kimsədən qorxusu var. Əgər belə olmasaydı, dövlətin pulunu asanlıqla mənimsəyib, bizə 3 ildir yaranmış borcunu qaytarardı”.
İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlardan yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün bütün barışıq təkliflərindən, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini qeyd etsələr də, icra başçısı bunu qəbul etmir. “Cənab Prezident! Biz dəfələrlə Zakir Fərəcovun qəbulunda olmuşuq. Hər dəfə bizi öz halal pulumuzu istədiyimizə görə təhdid edib. Deyir ki, əgər puldan imtina etməsək, bizi həbs etdirəcək. Son dövrlər isə bu məsələni elə bir həddə çatdırıb ki, Sumqayıt şəhərinə nəinki işlə bağlı, hətta yaxınlarımızı ziyarət etməyə imkanımız yoxdur. Çünki Zakir Fərəcov Sumqayıta ayaq basacağımız təqdirdə, hamımızı həbs etdirəcəyi ilə hədələyib. Biz hüquqi bir ölkədə yaşayırıq. Bir icra başçısının özünü bu qədər qanundan üstün bilməsi, özbaşınalıqla məşğul olması, sahibkarı, işçini həbslə hədələməsi onun əndazələri aşmasının, qanunları saya salmamasının təzahürüdür. Bunun başqa adı yoxdur. Biz cəngəllikdə yaşamırıq. Şükür Allaha ki, Sizin sayənizdə güclü və hüquqi bir dövlətdə yaşayırıq. Məhz Sizin rəhbərliyiniz nəticəsində ölkədə qanunçuluq, asayiş, əmin-amanlıqdır və bundan sonra da belə davam edəcək. Zakir Fərəcovun özünü harada hiss etməsi isə çox maraqlıdır. Ona görə ki, qanunları saya salmadan, onlara məhəl qoymadan, qorxusuz, hürküsüz dövlətin və sahibkarların pulunu mənimsəməsi üçün bir icra başçısı ya çox arxayın olmalı, ya kimsədən qorxmamalı, ya da hansısa bir qüvvənin təsiri altında olmalıdır”.
Sahibkarlar daha sonra müraciətlərində vurğulayırlar ki, hal- hazırda həyata keçirilən islahatlar nəticəsində bir çox yeniliklərə imza atılıb, xeyli işlər görülüb. Onların sözlərinə görə, indiyə qədər cəzasız qalan bir çox məmurlar da bu islahatlardan payını alacaqlar. “Hörmətli Prezident! Ötən gün nazir Sahil Babayevi qəbul edərəkən bu ölkənin, habelə iqtidarımızın adına ləkə gətirən icra başçılarına çox yerində və gözəl bir şəkildə qiymət verdiniz. Bəyan etdiniz ki, qanunsuzluqla, özbaşınalıqla, fəhlənin haqqını yeməklə məşğul olan keçmiş icra başçıları layiqli cəzalarını alıblar və bundan sonra da alacaqlar. Bizi Sizi alqışlayır və dəstəkləyirik. Həqiqətən də ölkəmizdə Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən icra başçıları, məmurlar var. Onlar elə zənn edirlər ki, xan, bəy və ya ağadırlar. Hamıya yuxarıdan aşağı baxırlar, xərac toplayırlar, dövlətin pullarını şəxsi vəsaitləri kimi mənimsəyirlər. Onlar o qədər öz hədlərini aşıblar ki, Sizin yürütdüyünüz siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edirlər. Belə icra başçılarından biri də Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Düz 3 ildir, Sizin bəyənib, “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyiniz həmin möcüzəni reallığa çevirən biz sahibkarların pullarını vermir. Bu azmış kimi, bizi hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. O təkcə bizim deyil, daha neçə-neçə iş adamlarının da haqqını mənimsəyib. Hətta onlar arasında xarici iş adamları da var. Biz əminik ki, Siz Zakir Fərəcovla bağlı ölçü götürəcək, onun layiqli cəza almasını təmin edəcəksiniz”.
İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu hələ də onların problemlərinin həllinə gətirib çıxarmayıb. “Bu günə qədər etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, sözlərimiz Sizə çatdıqdan sonra müraciətimizə baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki Siz hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusuz, onlara dəstək vermisiniz və hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu ənənə bundan sonra da davam edəcək. Ona görə də, Sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasında, yəni, 3 ilə yaxındır halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim Sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. Və inanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz”.
Sahibkarlar onu da qeyd edir ki Adil Xudadatov kimdir ki pul yiqir pul verir...pulu bank verer resmi qaydada
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 2025 00:23
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 2025 01:12
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
9 sentyabr 2025 10:22
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
8 sentyabr 2025 19:20
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43