Xanım rəssam: “Qadınlarımızı səmimi hesab etmirəm”
Müsahibə10 aprel 2020 23:36
Onun əsərlərində özü var, öz hissləri, öz ağrıları var. Onun əsərlərində müharibələrə, ölümlərə etiraz var. O, əsərləriylə dünyada ədalət, səmimiyyət, dürüstlük axtarır. Fırçasıyla, kətan üzərində… Söhbət ən sevdiyi rəng bənövşəyi olan rəssam Pəridən gedir.
Qaynarinfo onunla söhbəti təqdim edir:
– Pəri xanım, həm Azərbaycanda, həm də Türkiyədə sərginiz olub. Əsərlərinizə, ümumilikdə sənətə iki ölkə arasında baxış fərqi hiss edirsinizmi?
– Hə, Türkiyədə rəsm əsərlərinə, sənətə daha çox dəyər verirlər. Ora Avropa ilə Asiyanın qovşağıdır. Türkiyədə əcnəbilər də çoxdur. Festivalda gəlib adamın əlindən öpürlər ki, siz sənətçisiniz. Heç bu diqqəti, sevgini öz ölkəmdə görməmişəm. Bizimkilər Qərbə çox meyil edir. Halbuki biz elə Şərq üslubuyla dünyaya çıxa bilərik. Qərbliyə aparıb Qərbi göstərməyin nə önəmi var ki?

– Layiq olduğunuz diqqəti görməmək işinizə təsir edir?
– Yox. Mən kiməsə və ya nəyəsə görə çəkmirəm ki, o əsərləri… Bu, elə bir işdir ki, kimsə səni məcbur etmir. Sən bu işi sevməsən, heç cür yarada bilməzsən. Mən maddi qarşılıq, təşəkkür gözləmədən çəkirəm. Çünki bu sənəti sevirəm. Çalışdım, vuruşdum, müəyyən bir yerə gəlib çıxdım. Mən hələ bu sənətin yolunu gedirəm, davam edirəm. Sənətin zirvəsinə çatmaq çətindir. Proses davam etdikcə yeni şeylər doğur. Uzun illər çalışdığıma görə nələrsə etdiyimi düşünürəm. Ən azı, kimsə əsərimə baxanda mənim olduğunu bilir.
– Ətrafınızda əsərlərinizin mahiyyətini, yəni çəkdiklərinizlə nə demək istədiyinizi anlayan insanlar var?
– Hə, var. Onlar yaxınlarım olmasa da, var. Bir də görürsən ki, sosial şəbəkədə paylaşdığım əsərlərimi yüksək qiymətləndirir, xoş sözlər yazırlar. Yeri gələndə öz doğmalarım üçün mənim işim önəmli olmur. Amma təsadüfi insanlar var ki, o qədər gözəl sözlər yazırlar… Mənim üçün tək-tək insanlardan aldığım dəstək kütlədən aldığım dəstəkdən üstündür. Sənəti anlayıb, qavrayan isanlardan dəstək alırıqsa, diqqət görürüksə, buna, təbii ki, sevinirik. Mənim üçün əsas olan mənəvi dəyərlərdir.

– Pəri xanım, yazı sənətində elədir ki, sən qonorarla məqalə yaza bilirsən, kitabını sata bilirsən, o, yenə sənin olur. Amma rəsm əsərini satanda o, artıq səndə olmur, sənin olmur. Maraqlıdır, bu, necə duyğudur?
– Açığı, sifarişlə çəkməyi sevmirəm. Çünki gərək o ilham gəlsin ki, mən bu işi görə biləm. Mənim əl işlərimin çoxu öz istəyimlə, arzumla çəkdiklərimdir. Sadəcə, bu işin də görünməyən tərəfləri var. Eləsi var, mənim məhrəm və özəl hisslərimdir. Elə hisslər var ki, mənə ağırlıq verir. Mən onu kətana, kağıza köçürəndən sonra rahatlaşıram. Sifarişlə olanda isə kiminsə istəyini həyata keçirirsən. Öz ürəyimdən gələn şeyləri eləmək mənim üçün daha xoşdur. Bir də görürsən, insanın ürəyi çox dolu olur, ya da çox sevincli olursan, bunu mütləq işə çevirirsən. O əsəri sonra satıb-satmamağın mənim üçün elə bir fərqi yoxdur. Mənim üçün önəmli olan prosesdən aldığım həzdir. Sadəcə, bir neçə əsərim var ki, mən onları heç vaxt satmıram.
– Rəssama da yaratmaq üçün ağrı duymaq, ağrını yaşamaq lazımdır, hə?
– Hə, ağrısız olmur… Bu yaxınlarda bir söz eşitdim: "İnilti nərədən daha güclüdür”. Ağrı lazımdır ki, səni yaşatsın, sən yarada biləsən. Əslində, nə isə yarada bilmək çox yaxşıdır. Adi muncuq düzmək belə olsa, nə isə etmək lazımdır. Əlindən heç nə gəlməyən adam neyləyəcək? Aqressiv olacaq, aqressiyasını ailəsinə, ətrafına ötürəcək. İçimizdəki ağrılarla, sevinclərlə nə isə yarada biliriksə, bu xoşbəxtlikdir.

– Yəqin ki, siz də ağrılarınızı sevirsiniz onda, o ağrılar ki gözəl rəsm əsərlərinə çevrilir…
– Elədir. Əslində, o qədər də doğru anlaşıla bilməyən fikirdir. Amma ağrı olmayan yerdə yaratmaq olmur. Bəzən təəssüflənirsən ki, bunları niyə yaşadım? Amma o ağrılar olmasa, yaratmaq olmaz. Həm də o ağrılar bizim üçün dərsdir, həyat dərsi.
– Yaradıcı insanlar daha həssas olurlar. Bəs sizi daha çox nə incidir ki, siz də çəkməklə rahatlıq, təskinlik tapırsınız?
– Məni daha çox insanların laqeydliyi incidir. Bir də yalanı heç sevmirəm. Maraqlıdır ki, bu yaşımda belə məni insanlar yenə aldada bilirlər. Mən də inciyirəm ki, axı mən sizinlə bu qədər səmimiyəm... Özümün aldadılmağımdan çox, onların aldatdığına acıyıram. Kimisə aldatmaq, kimisə əzmək, güclü olmaq deyil, əslində. Bu, elə zəyifliyin özüdür. Bəzən görürsən ki, biri həssasdır deyə onunla çox ehtiyatlı davranıram. Amma elə həmin adamın özü gəlib sənə elə kobudluq edir ki…
– Pəri xanım, bir az əvvəl artıq əsərinizə baxanda onu məhz sizin çəkdiyinizi duyduqlarını dediniz. Maraqlıdır, əl işlərinizi birləşdirən ortaq nöqtə nədir? Bu, sizin dəsti-xəttinizdir, yoxsa oxşar hisslərlə yaratmağın nəticəsi?
– Dəsti-xətt işlədikcə, çəkdikcə yaranır. Bu, elə bir sənətdir ki, heç kəs heç kəsi parodiya edə bilmir. Pikassonun əsərini götürüb köçürsəm belə, yenə də mənim orda bir üslubum olacaq. Hər insanın başqasıyla ortaq hissləri var. Məsələn, qadınların mənimlə ortaq hissi ola bilər. Kimsə də öz hisslərini mənim əsərimdə görəndə ona xoş gəlir ki, bunu mən də yaşamışam. Məsələ budur.

– Əsərlərinizi daha çox sənətsəl baxımdan dəyərləndirirlər, yoxsa duyaraq, hiss edərək? Bəs daha çox hansı mövzularda, nələri çəkməyi sevirsiniz?
– Daha çox duyaraq… Bir də onların bildikləri, tanış mövzularda olan əsərləri daha yaxşı anlaya bilirlər. Əslində, mənim yaradıcılığımın qrımızı xətti elə minatürdür. İnsan hisslərini və müasir elementleri bura artırıram. Yəni mənim çəkdiyim sırf klassik minatür deyil. Məndə modernliyin əlmətləri də var. Miniatürün qırmızı xəttini saxlamaq şərtiylə ortaya modern iş çıxarıram. Ancaq özümü işimə köçürmürəm. Bu, bir az eqoluq olar. Mənə günahasız insanların və uşaqların ölümləri çox təsir edir. Nə qədər insanın ömrü yarımçıq kəsilir.
Bir əsərimdə qadının bir əlində tərəzi, bir əlində yer kürəsi var. O, səmazən geyimindədir. Yəni ki bütün günü Yer kürəsini gəzir və ədaləti axtarır. Onun ayaqlarında köhnə bir çəkmə var.
Amma bu əsərdə ümidsizlik yoxdur, ümid var… Yəni ümid tam olaraq məhv olmur. Məncə, cəmiyyətdə, dünyada bu qədər mənasız, insanları incidən işlərin olması boşluqdan irəli gəlir.

– Əsərlərinizdə Azərbaycan cəmiyyətinin hansı problemlərini qabardırsınız?
– Ən çox insanların süniliyini… Biz elə də səmimi toplum deyilik. Biz cəsarətli insanlar deyilik. Ailələrdə sıxışdırma, qeyri-səmimilik var. İnsan olaraq bir-birimizə faydamız olmasa, bütövlükdə cəmiyyətə də faydamız olmayacaq.
– Bəs qadınlarımız, onların obrazını necə yaradırsınız?
– Bizim toplumun qadınını səmimi və xoşbəxt hesab etmirəm. Əzilməyə razı olurlar. Heç buna çıxış yolu da axtarmırlar. Bu, məni incidir və onları çəkirəm. Bir də əsərlərimdə istər-istəməz yaratdığım qadın obrazları özümə bənzəyir. Axı mən özümü, öz saçlarımı, öz ağrılarımı, hisslərimi daha yaxşı tanıyıram…
Oxşar xəbərlər
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
Xəbər lenti
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya
