Mirşahin vətəndaşla dövlət arasında təfriqə salır
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu
Mirşahin bəy vətəndaşla dövlət arasında təfriqə sala biləcək fikirlər səsləndirir, həddini aşıb, onun yerini göstərməyin vaxtı çoxdan çatıb!
Real TV-nin rəhbəri Mirşahin Ağayevin son günlər ölkəmizdə hər bir vətəndaşı maraqlandıran məsələlərlə bağlı açıqlamalarını oxudum. İlk baxışdan elə görünə bilər ki, cənab Ağayev dövlətçilik mövqeyindən çıxış edir, dövlətin mənafeyini güdür.
Əslində isə "açıqlamaları" ilə vətəndaşla dövlət arasında təfriqə sala biləcək fikirlər səsləndirir. Dövlətimizin koronavirusla mübarizəyə dair Tədbirlər Planı çərçivəsində işsiz insanlara adambaşına 190 manat məbləğində vəsait verilməsi məsələsinə toxunan cənab Ağayev bildirib ki:
"...əslində, vətəndaşlar dövlətdən bu vəsaiti istəməməlidirlər". O, fikrinə davam edərək bildirib:"Bilirsiniz, "mən evdə qalıramsa, axı mənə pulu kim verəcək? sualının cavabı bu olmalıdır ki, axı sənə küçədə pulu kim verir? Axı küçədə də sən işləmirsən, tum çırtlayırsan, əlini cibinə qoyaraq gəlib-gedənə baxırsan və bununla da sıxlıq yaradırsan. Yəni, söhbət ondan gedir ki, biz indi dövlətə kömək etməliyik, dövlət bizə kömək etməli deyil"..." Bu saat biz dövlətə nə isə verməliyik, dövlətdən nəsə istəməli deyilik".
Nə əcəb "hərşeyşünas" Mirşahin bəy dövlətin millət üçün olduğunu, dövləti yaradanın və ayaqda saxlayanın, onun ehtiyatlarını formalaşdıranın millət (vətəndaş) olduğunu unudur!? Nə üçün nəzərə almır ki, vətəndaşının firavan yaşamasının (imkan daxilində) təmin edilməsi dövlətin əsas, müqəddəm borcudur? Vətəndaş dövlətini ilk növbədə ona xidmət üçün yaradır və bu vəzifənin yerinə yetirlməsi üçün dövlət vətəndaşlarına müvafik şərait yaratmağa, hər şeydən əvvəl, əmək qabiliyyətli insanların məşğulluğunu təmin etməyə borcludur. Son illər bu sahədə müəyyən işlər görülsə də, ölkəmizdə işsizliyin səviyyəsi rəsmi rəqəmlərdən çox-çox yüksəkdir. Nə üçün vətəndaş işləmək əvəzinə küçədə "tum çırtlamalıdır"? Və ya, işləməyən vətəndaş indiki halda dövlətə nə verə bilər Mirşahin bəy? Heç yerdə işləməyən vətəndaşını dövlət taleyin ümidinə buraxa bilərmi? Əgər buraxarsa bunun hansı arzuedilməz nəticələrə gətirib çıxara biləciyini təsəvvür edirsinizmi cənab Mirşahin bəy? Bu mövqeyi ilə "hərşeyşünas" Mirşahin bəy, bilrəkdən və ya bilməyərəkdən əslində dövlətimizin koronavirusla bağlı yürütdüyü siyasəti sabotaj etmək, cəmiyyətdə inamsızlıq toxumu səpmək, vətədaşı dövlətə qarşı qaldırmaq yolunu tutub və bu, qətiyyətlə pislənməlidir! Mirşahin bəyin antivətəndaş mövqeyi onun problemli kreditlərlə bağlı məsələyəyə münasibətində də özünü biruzə verir. O, fəxrlə qeyd edir ki: "...problemli kredit probleminin əleyhinə qətiyyətli mövqe tutan yeganə adamlardan biri mən idim. Mən istəmirdim ki, Azərbaycanda problemli kreditlər həll olunsun, mən istəyirdim ki, problemi krediti vətəndaş özü həll etsin". Bu bəy unudur ki, problemli kreditlərin meydana çıxmasının səbəbkarları vətəndaşlar deyil, aparılan yanlış iqtisaddi-maliyyə-bank siyasətidir. Nə yaxşı ki, bunu nəzərə alan dövlət bu problemin tam olmasa da, müəyyən dərəcədə yumşaldılması üçün müəyyən tədbirlər həyata keçirib. Müsahibəsində Mirşahin bəy özünün əsl simasını çox gözəl ifadə edib, deyib ki:"Mənə maraqlı deyil ki, kimsə sosial şəbəkədə məni söyür", yəni demək istəyir ki, mən heç kəsi saymıram, hamıdan ağıllıyam.Bərəkallah! Özündən müştəbeh olan Mirşahin bəy vətəndaşlarımızı təhqir etməkdən belə çəkinmir, deyir ki; "Vətəndaş dövlətin rəhbərliyinə özünün terrorçu düşüncəsini dirəməməlidir". Görünən odur ki, Mirşahin bəy artıq həddini aşıb, onun yerini göstərməyin vaxtı çoxdan çatıb!
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Prezident Küveyt Əmirini təbrik etdi
25 fevral 2026 11:17
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
