Yuri Qaqarin kosmosa niyə tapança aparmışdı...
12 aprel Ümumdünya Kosmonavtika günüdür. 1961-ci ilin bu tarixində ilk dəfə olaraq SSRİ vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə kosmosa uçan Yuri Qaqarin 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. Bu, 20-ci əsrin tarixinə ən mühüm hadisələrdən biri kimi yazılıb.
Digər sahələrdə olduğu kimi, kosmonavtika sahəsində də bir çox maraqlı hadisələr baş verib, kosmonavtların həyatı uğurlarla yanaşı, kuryoz hadisələrdən da yan keçməyib.
musavat.com səma adamları haqqında maraqlı faktları təqdim edir:
- Kosmonavtika tarixində bir nəfər belə, kosmonavt kosmosda həlak olmayıb. Bədbəxt hadisələr ya uçuşa start zamanı baş verib, ya da yerə eniş zamanı. Bu hadisələr zamanı 18 nəfər kosmonavt həlak olub.
- Yuri Qaqarin kosmosa baş leytenanat rütbəsində uçub, yerə enəndə isə o, artıq mayor rütbəsində olub. Uğurlu uçuşdan sonra Nikita Xruşov müdafiə naziri Rodion Malinovskiyə Qaqarinə növbədənkənar rütbənin verilməsi haqqında göstəriş verəndə nazir baş katibə kosmonavtın artıq mayor rütbəsi daşıdığını məruzə edib.
- Yuri Qaqarin kosmosa uçanda ona “Makarov” tapançası verilib. Silahı kosmosa aparmaqda məqsəd ondan ibarət olub ki, yerə eniş zamanı kosmonavt nəzərdə tutulmuş yerə yox, başqa bir yerə düşərsə, təhlükəsizliyini təmin etsin.
- Kosmosa ilk uçuşda SSRİ Amerikanı qabaqlayanda ABŞ-ın səsləndirdiyi “kosmosa ilk uçan qadın amerikalı olacaq” bəyanatına Xruşov vaxtlı-vaxtında əməli işi ilə cavab verməyi bacarıb. Bu bəyanatdan sonra Nikita Xruşov Siyasi Büronun üzvləri və müvafiq qurumların rəhbərləri ilə 6 saatdan artıq davam edən müşavirə keçirib.
Müşavirənin son qərarı olaraq Xruşov nəyin bahasına olursa-olsun, kosmosa uçacaq ilk qadının sovet qadını olması üçün qarşıya konkret tapşırıqlar qoyub.
Beləliklə, 16 iyun 1963-cü ildə Valentina Tereşkova kosmosa gedən ilk qadın kimi adını tarixə həkk etdirib. “Vostok-6” kosmik gəmisi ilə təxminən 3 sutkaya yaxın kosmosda olan Tereşkova Yer ətrafında 48 dəfə dövrə vurub. Məxfi saxlanılan bu uçuş haqqında yalnız həmin gün məlumat verilib. Bu xəbər ABŞ-ın siyasi rəhbərliyini sözün əsl mənasında şoka salıb.
- Rus kosmonavtı Valeri Polyakov kosmosda ən uzun müddətdə qalan kosmonavtdır. O, ömrünün 438 gününü kosmosda keçirib.
- Amerikalı kosmonavtlar Cen Devis və Mark Li rəsmi nikahda olan yeganə cütlükdür ki, kosmosa birlikdə uçublar.
- Suriyanın ilk və yeganə kosmonavtı Məhəmməd Əhməd Fariz 1987-ci ildə kosmosa səkkiz günlük uçuş edib.
Sovet İttifaqı Qəhrəmanı adını alan kosmonavt 2012-ci ildə Türkiyəyə qaçıb, prezident Bəşər Əsədə qarşı mübarizə aparan “Suriya azadlıq ordusu”nu dəstəkləyib, 2016-cı ilin fevralında isə Suriyada 2 min dinc əhalinin ölümündə Rusiyanı ittiham edib.
- 1965-ci ildə SSRİ kosmonavtı Aleksey Leonov ilk dəfə olaraq açıq kosmosa çıxıb.
- SSRİ kosmonavtı German Titov dünyada kosmosu fəth edən ən cavan kosmonavt olub. Titov kosmosa 26 yaşında “səyahət” edib.
German Titov kosmosda uzun müddət qalan ilk kocmonavt olub. O, bununla kosmosda yaşamağın, normal qidalanmağın, yatmağın mümkün olduğunu sübut edib.
Titov 1 sutka 1 saat ərzində Yer kürəsinin ətrafında “Vostok-2” gəmisi ilə 17 dəfə dövrə vuraraq 703 min kilometr məsafə qət edib.
- Amerika Birləşmiş Ştatlarından kosmosu ilk dəfə Con Qlenn fəth edib. 1962-ci ildə kosmosa uçanda onun 41 yaşı olub. Con Qlenn 4 saat 55 dəqiqə ərzində orbitdə 3 dəfə dövrə vuraraq uçuşunu uğurla sona çatdırıb. Amerika qəhrəmanı titulunu qazanan kosmonavt dünyanın ən tanınmış simalarından birinə çevrilib.
Con Qlenn kocmonavtika sahəsində rekorda imza atıb. O, 1998-ci ildə 77 yaşında “Diskaveri” kosmik gəmisində 213 saat 44 dəqiqə kosmosda qalaraq dünyanın göylərdəki ən yaşlı “qonağı” kimi yeni rekord əldə edib.
- 21-ci əsrdə kosmosa uçanlar yalnız kosmonavtlar olmayıblar. Artıq 7 nəfər turist qismində göyləri fəth edib. Bunun üçün hər bir kosmos həvəskarı 20-30 milyon dollar sərf edib.
Amerikalı Çarlz Simoni isə kosmosda iki dəfə olub. O, kosmosa üçüncü səfərini də planlaşdırıb. Amma nikaha girdikdən sonra, nikah müqaviləsində həyat yoldaşı ona bir daha kosmosa uçmağı qadağan edib.
- Kosmonavtların kosmosdakı yaşam tərzinin də maraqlı məqamları var. Uçuşa qədər kosmonavtlara kosmik gəmidə tualetdən istifadə etməsi ilə bağlı xüsusi təlimlər keçirilir. Adi unitazlardan fərqli olaraq, kosmik gəmidəki unitazlarda bir neçə qurğular olur ki, bu da kosmonavtların unitaza əyləşəndə təhlükəsizliyini təmin edir. Qeyd edək ki, kosmik gəmilər üçün tualet kabinəsi Rusiyada istehsal olunur. Bu kabinələrin qiyməti isə nə az, nə çox, 19 milyon dollardır.
- Kosmonavtlar kosmosda olarkən sutka ərzində 4 dəfə qidalanırlar. Rasionun 3200 kaloridən artıq olmamasına ciddi nəzarət edilir.
- Amerikalılar ayın 13-cü günü kosmosa uçuş etmirlər. 1970-ci il aprelin 13-də “Apollon-13” gəmisinin qəzaya uğramasından sonra 13 rəqəmi amerika kosmonavtları üçün uğursuz rəqəm sayılır.
- Ruslar isə həftənin birinci günləri uçuş planlaşdırmırlar. Bir neçə dəfə baş vermiş qəzalar məhz həftənin birinci gününə təsadüf etdiyindən bazar ertəsi uğursuz gün kimi qəbul edilir.
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
Xəbər lenti
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
Video & Fotoqalereya
Video
Fotoqalereya