General Şaytanov ölkəsini nəyə satıb?
Maraqlı15 aprel 2020 18:11
"Elə o zamandan şübhə yaranıb ki, Ukrayna Təhlükəsizlik Xidmətində Rusiya kəşfiyyatına çalışan xəfiyyə var".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Ukraynada Rusiya kəşfiyyatına çalışanların həbs olunması hadisəsi ilk dəfə deyil:
"Ukraynada prezident Viktor Yanukoviç olarkən, orduda və kəşfiyyat xidmətində Rusiyaya çalışanların sayı daha çox idi. "Maydan” hadisələrindən sonra həm orduda, həm də kəşfiyyat xidmətində təmizləmələr oldu. Ancaq görünür, hələ də Ukraynanın dövlət orqanlarında Rusiya izi qalmaqdadır.
Kiyevdə bu dəfə həbs olunan şəxs sıradan birisi deyil. Rusiya kəşfiyyatına illərdir çalışan Valeri Şaytanov Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayorudur. O, həm Rusiya kəşfiyyatına işləyir, həm Moskvadakı "xozeyin”lərinin tapşırığı ilə qətllər planlaşdırır, həm də Donbasdakı separatçılara məlumat ötürürdü. Şaytanov bu illlərdə 200 min dollar qarşılığında Rusiyaya gizli məlumatlar ötürüb. Ukrayna ordusunun separatçılara qarşı bəzi əməliyyatların uğursuz olmasının arxasında da Şaytanovun Rusiyaya ötürdüyü gizli məlumatlar dayanır. Şaytanov Rusiya kəşfiyyatının zabiti Yeqorova məlumatları Almaniya, Fransa və Xorvatiyaya səfərləri zamanı ötürüb. Bunu Ukrayna Təhlükəsizlik Xidməti müəyyənləşdirib".
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya kəşfiyyatı Qərb ölkələrində olduğu kimi (Londonda Skripal və Litvinovun zəhərlənərək öldürülməsi, İstanbulda keçmiş çeçen döyüşçülərin qətlləri, o cümlədən Qətərdə Çeçenistan mücahidlərinin keçmiş liderlərindən Yandarbiyevin maşının partladılması və s.) Ukraynadakı xəfiyyələrinə də qətllər törətməyi əmr edir: "Kiyevdə 3 il əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti qətlə yetirildi, o, maşınına oturarkən, partlayış baş verdi. Rusiya xəfiyyəsi Kiyevdə buna bənzər daha bir neçə qətliam həyata keçirib. Valeri Şaytanov oxşar əmrləri yerinə yetirənlərdən biri idi. Sadəcə, Rusiya özünə çalışdırdığı ukraynalı general-mayora qətl sifarişi verərkən faktiki onun ifşa olunmasını sürətləndirib.
Ukrayna Təhlükəsizlik Xidməti özünün yüksək rütbəli əməkdaşı Valeri Şaytanov haqqında məlumat toplayıb. Ona qarşı kifayət qədər səs və video məlumatlar var. Maraqlıdır ki, Şaytanov Ukraynada "Maydan” hadisələrindən sonra vəzifəsi böyüdülüb. Yəni, Ukraynanın yeni hakimiyyət təmsilçiləri ona inanıblar. Rusiya məhz beləsini vətənə xainliyə cəlb edə bilib. Şaytanov Ukraynada "A” Xüsusi Əməliyyat Mərkəzinin keçmiş rəhbərlərindən biridir. Onu Rusiya Federal Kəşfiyyat Xidmətinin əks-kəşfiyyat şöbəsinin əməkdaşı, polkovnik İqor Yeqorov "əməkdaşlığa” cəlb edib. Söhbət Ukraynaya qarşı kəşfiyyat və təxribat sahəsində ixtisaslaşan bölmədən gedir.
Şaytanov 18 fevral 2014-cü ildə "Maydan” hadisələrində Kiyevdə Həmkarlar İttifaqları Evini ələ keçirən hücum qrupuna rəhbərlik edib. O, 2014-cü ilin "Vostok” terror qruplaşmasının başçısı Aleksandr Xodarkovski ilə danışıqlar aparıb. Eyni ilin aprelin 26-da maraqlı hadisə baş verib. Ukrayna əks-kəşfiyyat xidmətinin 3 zabiti Qorlovka şəhərində Rusiya Müdafiə Nazirliyinin kəfşiyyatçısı, İqor Bezleri həbs etmək üçün şəhərə yollanıb. Ancaq əməliyyat uğursuz olub. Terrorçular əməliyyatdan əvvəlcədən xəbər tutaraq Ukrayna Təhlüksəzlik Xidmətinin 3 zabitini yerindəcə həbs ediblər. Elə o zamandan şübhə yaranıb ki, Ukrayna Təhlükəsizlik Xidmətində Rusiya kəşfiyyatına çalışan xəfiyyə var".
Oxşar xəbərlər
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
3 fevral 2026 21:57
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
Xəbər lenti
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
