Sahibkarlar Zakir Fərəcovdan Birinci Viste-Prezidentə şikayət etdi
Sahibkarlardan Birinci Viste-Prezident Mehriban xanım Əliyevaya müraciət:“Zakir Fərəcov halal pulumuzu vermir"
Müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir.
“Hörmətli Mehriban xanım !
Bütün dünya Sizi qayğıkeş, problemi olan insanlara kömək edən, prinsipial bir ŞƏXSİYYƏT kimi tanıyır. Sizdən xahiş edirik ki, bizim problemimizin həllinə kömək edin.
Məlumat üçün diqqətinizə çatdıraq ki, cənab Prezidentimiz İlham Əliyev cənablarının da açılışında iştirak etdiyi və görülən işləri yüksək qiymətləndirərək, “Qısa müddətdə bu işləri başa çatdırmaq möcüzədir” deyərək yüksək qiymət verdiyi Sumqayıt Bulvarının tikintisini biz aparmışıq.
O sahibkar və fəhlələr ki, hər şey daha mükəmməl olsun deyə, gecə-gündüz çalışıb keyfiyyətli iş görməyə çalışdıq. Amma əvəzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov düz 3 ildir bizə olan borcumuzu qaytarmır və bundan imtina edir. Halbuki dövlət tərəfindən Sumqayıt Bulvarının inşası üçün külli miqdarda vəsait ayrılmışdı”.
Sahibkarlar öz müraciətlərində qeyd edirlər ki, Zakir Fərəcov əvvəlcə borcunun olmadığını iddia etsə də, təqdim edilən rəsmi sənəd və faktlar qarşısında aciz qalıb. “Amma sonra bizi bir yerə yığaraq, 8 milyon manat borcu bir şərtlə qaytara biləcəyini dedi ki, biz həmin pulun 30 faizini ona bağışlayaq. Təbii ki, bundan imtina etdik və icra başçısı bizi həbs etdirəcəyi ilə hədələməyə başladı. Lakin yenə də geri çəkilmədik. Rəsmi dövlət qurumlarında müraciət edib, onlardan köməklik istədik. Bu vaxt Zakir Fərəcov yenidən əl-ayağa düşərək, bizə borcunun olmadığını mətbuat vasitəsi ilə bəyan etdi. Bir adamın, ələlxüsus, icra başçısının gündə bir fikrə düşməsi, dövlətin ayırdığı pulu sahibinə çatdırmaqdan boyun qaçırması, Prezidentin etimadından sui-istifadə etməsi, həmin pulu verməmək üçün min bir cildə girməsi, üstəlik bu ahıl çağında bir icra başçısının bu qədər yalan danışması nə ədəbə, nə də ərkana sığır”.
Sahibkarlar bildirir ki, artıq təhlükəsizlikləri üçün təminat yoxdur. “İşi o həddə çatdırıb ki, bu gün biz Sumqayıta belə gedə bilmirik. Çünki qorxuruq, hər an bizi həbs etdirə biləcəyindən ehtiyatlanırıq. Sumqayıta gedə bilmədiyimizdən haqqımızı almaq üçün icra başçısının qəbuluna da baş vurmaq imkanından məhrumuq”.
Hörmətli Mehriban xanım !
"Zakir Fərəcov 426 nəfərin haqqını yeməklə kifayətlənməyib, üstəlik, dövlətə böhtan atmaqdan da çəkinmir. Zakir Fərəcov bizimlə görüşdə “Dövlət mənə pul ayırıb ki, siz də ondan verim” deyəcək qədər “cəsarət” sahibidir. Fərəcov bu sözü ilə Prezidentimizin imzaladığı sərəncamı şübhə altına salmaqla, saya saymamaqla yanaşı, həm də dövlətə, onun rəhbərinə sədaqətsizliyini ortaya qoyub. Belə bir ifadəni dilə gətirmək həqiqətən də böyük cəsarət tələb edir. O zaman sual yaranır ki, əgər dövlət tərəfindən pul ayrılmayıbsa, Zakir Fərəcovda Dənizkənarı Bulvarı tikmək üçün bu qədər pul hardandır? Bizim Zakir Fərəcovun malı, mülkü ilə işimiz yoxdur. Goradildə saldığı “Zakir Məhəlləsi”, Abşeronda onlarla mülk, Bakıda villalar və sairə bizim üçün maraqlı deyil. Bizə maraqlı olan odur ki, Fərəcov bu qədər imkana necə sahiblənib? Bu qədər var-dövlətə rəğmən, biz sahibkar və fəhlələrin nə günahı var ki, onların pulunu 3 ildir verməkdən imtina edir? Niyə öz zəhməti ilə pul qazanan bizim kimi insanların zəhmətinin müqabilini verməkdən imtina edir?
Bunun üçün min cür bəhanələr uydurur, yalanlar danışır, hətta bizi hədələməkdən çəkinmir. Ona belə bir səlahiyyəti kim verib?”
Müraciətin yekununda sahibkarlar Birinci Vitse-Prezidentdən kömək istəyiblər:
“Hörmətli Mehriban xanım !
Siz həmişə haqqın-ədalətin yanında olmusunuz, hüququ tapdalananların hüququnu qorumusunuz.
Sizdən xahiş edirik ki, bizə kömək edin. Sumqayıtın icra başçısı Zakir Fərəcovdan gördüyümüz işlərin müqabilində yaranmış borcun alınaraq, bizə verilməsinə göstəriş verəsiniz”.
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 2024 20:32
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
25 mart 2024 00:21
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05