“Azərbaycan xalq-iqtidar birliyi və sağlam müxalifətlə birlikdə güclüdür”
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə olduqca əhəmiyyətli, proqram xarakterli konseptual fikirlər diqqəti cəlb etdi. Dövlət başçısının ölkənin müasir siyasi mənzərəsini əks etdirən dərin məzmunlu çıxışında mühüm əhəmiyyət kəsb edən çoxsaylı tezislərin bir neçəsi xüsusi maraq doğurur.
Bu gün Azərbaycan qətiyyətli demokratik islahatlar həyata keçirir, hakimiyyətin nümayiş etdirdiyi güclü və cəsarətli siyasi iradə sayəsində cəmiyyətin ümumi harmoniyası möhkəmlənir. Siyasi sistem təkmilləşir, müasirləşir, siyasi münasibətlər sağlam zəmində qurulur və siyasi sistemin yeni konfiqurasiyasına yol açan cəsarətli addımlar atılır.
Hakimiyyət üçün demokratik meyar bütün siyasi qüvvələr tərəfindən dövlətçilik və müstəqillik prinsiplərini möhkəmləndirən siyasi sistemin yaradılmasıdır. Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Azərbaycan hakimiyyətinin vətəndaş həmrəyliyinin, demokratik prinsiplərin qorunmasında və inkişafında nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bütün siyasi qüvvələr üçün bir amal, fundamental bir prinsip alidir - müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqları. Siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur, hər bir siyasi qüvvə üçün bir amal dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.
Ümummilli məsələlərin həlli daim iqtidar-müxalifət münasibətlərini bir kənara qoyub ümumi mövqe nümayiş etdirməyi, vahid yanaşma ortaya qoymağı tələb edir. Bu isə iqtidar-müxalifət dialoqunun bütün dövrlər üçün öz aktuallığını qoruduğunu göstərir. Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Siyasi arxitekturanın yeni təməllərinin atıldığı milli birlik ideyasının dərinləşdiyi bir ərəfədə təəssüf ki, dialoqdan imtina edənlər də vardır. Onlar siyasi qüvvə deyil, intriqa, xaos və cəmiyyətdə dağıdıcılıq meyillərinin təlqin edənlərdir.
Cənab Prezidentin haqlı olaraq vurğuladığı kimi həmin düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar, onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir, ölkəmiz, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.
Həmişə nəyisə gözləyən, xarici rüzgarın təsiri ilə sağa-sola dolaşıq addımlar atan və xarici amilə ümid edən bu “kaloniya sakinləri” bəşəriyyətin ümumi bəlası olan koronavirusa sevinir, bu, öldürücü xəstəliyin dərinləşməsini, genişlənməsini, ölkəni başdan-ayağa bürüməsini arzulayırlar. İnsan nə qədər mənfur və idbar olmalıdır, şeytan xislətini içində gizlədib xalqın faciəsi üzərində öz çirkin niyyətlərinə çatmaq üçün fürsət gözləməlidir?
Düşmən dəyirmanına su tökən bu qüvvələr şər – böhtan üyütməklə öz xalqına uğursuzluq və faciələr arzulayırlar. Bu bəd əməllər addımlar müxalifətçilik prinsipləri ilə deyil, düşmənçilik münasibətləri ilə üst-üstə düşür. Dövlətə qarşı düşmənçilik əməllərindən yorulmayan Əli Kərimli və onun çətiri altına sığınmış “Milli Şura” təmsilçiləri, digər beşinci kalon üzvləri o qədər şərəf hisslərini itiriblər ki, dövlətin ünvanına böhtan atmaqdam utanmırlar. İnternetin kəsilməsini neçə günlərdir “reklam edən” Əli Kərimli səhərdən axşama Sevinc Osmanqızı, Qəhimət Zahidov kimi antimilli ünsürlərin internet televiziyasından düşmür, hədyanlar yağdırır. Axı, onun evi mobil rabitə blokadasına alınıbsa xariclə necə danışır, həmin elektron TV-lərə, sosial mediaya neçə çıxa bilir? Bəlkə kosmosdan Əli Kərimli üçün xüsusi internet, peyk rabitəsi qurulub? Bu qədər saxtakarlıq edən adamdan nə gözləyəsən? Bunlar Allahdan qorxmurlarmı?
Tanrının ən gözəl neməti olan insanın ölüm-dirim savaşı apardığı təlatümlərdə mənfəət güdmək, dövlətin və xalqın zərərlərinə sevinmək nə dinimizə, nə mənəvi dəyərlərimizə, nə də ümumiyyətlə insanlığa yaraşmır. Bunu ancaq soysuzlar və xainlərə yaraşdırmaq olar. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmalar da belələrdəndir. Bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Azərbaycan xalq-iqtidar birliyi və sağlam müxalifətlə birlikdə güclüdür və bu birlik hər zaman bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
Prezident İlham Əliyevin dövlətin və xalqın maraqlarını ifadə etməsi və uzaqgörən düzgün kommunikasiya siyasəti isə hakimiyyətə olan etimadı gücləndirir. Güc isə bütün çətinlikləri dəf edir.
Vaqif Abdullayev,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü.
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
