Çovdarov həbsdə Eldar Mahmudovla necə danışıb?
Bu yaxınlarda koronovirus pandemiyasına görə Prezident tərəfindən əfv edilərək azadlığa buraxılan ləğv edilmiş MTN-nin sabiq idarə rəisi, general Akif Çovdarov həbsxanada gizli mobil telefon saxlayır və Eldar Mahmudovla danışırmış.
Onunla 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş keçmiş müstəntiq Rüfət Səfərov sosial şəbəkədə paylaşdığı silsilə həbsxana xatirələrində yazıb ki, Akif Çovdarovun həbsxananın tibb hissəsində və “zon”-dakı lüks otaqlarında qəflətən axtarış aparılıb:
“Axtarışa həbsxananın tərbiyəvi işlər üzrə rəis müavini polkovnik Azər Bağırzadə rəbərlik edib. Nəzarətçilərlə ayaqüstü söhbət zamanı öyrəndim ki, Çovdarovun gizli şəkildə əl telefonu işlətdiyinə dair “zon” rəhbərliyinə məlumat daxil olub. Dərhal Penitensiar Xidmətə və Nazirliyə məruzə edilib. Əmr verilib ki, təxirəsalınmaz şəkildə “şmon” realizə edilsin, mobil telefon aşkara çıxarılsın”.
Rüfət Səfərov bu zaman tibbi hissədən çıxan zabitin həyəcan dolu cümləsini çətinliklə də olsa eşitdiyini yazıb: “Bu qoca, deyəsən, buradan Eldar Mahmudovla danışırmış. Aləm dəyib bir-birinə…”
Keçmiş müstəntiq vurğulayıb ki, Akif Çovdarov həbsxanada həddindən artıq sərbəst həyat tərzi keçirib. Otağındakı axtarışdan sonra isə həbsxana rəhbərliyi, bəzi nazirlər, hətta Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında yazılası mümkün olmayan təhqiramiz ifadələr işlədib. O, qeyd edir ki, Mahmudovla Çovdarovun telefon danışıqlarının birbaşa şahidi olmayıb, ümumiyyətlə, axtarış zamanı Çovdarovun lüks otağından hər hansı kommunikasiya vasitəsinin aşkar edilib-edilmədiyini dəqiq bilməyib. Amma axtarışdan dərhal sonra Çovdarovun otağından cəza tədbiri kimi televizor, kondinsioner və duş aksesurları götürülüb.
““Zon”dakı lüks otağından isə nədənsə yalnız duş aksesuarları götürüldü. Yaxşı xatırlayıram, Çovdarovun ətrafında baş verən məlum əhvalatın zəminində həbsxanada uzun müddət dedi-qodular səngimədi: biri qanqster generalın köməyinə şantaj xarakterli məlumat daşıyıcılarının, digəri şəxsən Eldar Mahmudovun gəldiyini söylədi, başqa sözlə desək, kimin ağlına nə gəldisə, ona uyğun da mühakimə yürütdü. Amma fakt faktlığında qaldı ki, əgər axtarışın nəticəsi “məhsuldar” olmasaydı, o, belə “ağır” şəkildə “cəzalandırılmayacaqdı”, – deyə R. Səfərov vurğulayıb.
R.Səfərov daha sonra yazıb ki, qısa müddət sonra generalın lüks otaqlarından götürülmüş əşyaları yerinə qaytarıblar. “Daha doğrusu, polkovnik Səlim Məmmədovun təklifi ilə “zon”dakı kabinetlərinə gedəndə hər şeyin yoluna qoyulduğunun şahidi oldum, hələ, üstəlik, axtarış icra edən rəis müavini Azər Bağırzadənin “dərsinin” verildiyini eşitdim”, – keçmiş müstəntiq vurğulayıb. /Azpolitika
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya
18 aprel 2024 11:43
- Məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək
16 aprel 2024 09:31
- Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?
15 aprel 2024 10:22
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09