Baş Mil-Muğan Kollektorunun rəisi yenə şantaj olunur – Necə və kimlər tərəfindən?
Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov yenidən şantaja məruz qalır.
Ovqat com-un elektron poçtuna daxil olan məktubda belə deyilir.
İddialara görə, ötən ilin oktyabr aylarında ondan hədə-qorxu yolu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən “çete”nin üzvləri yenidən fəallaşıblar. Onlar müxtəlif şantaj yoluyla ölkənin ən böyük dövlət təsərrüfatlarından birinin rəhbərindən külli miqdarda pul istəyirlər.
Xatırladaq ki, həmin şantajçı qrupla Bulat Ağabəyovun arasındakı ziddiyyət yeni ortaya çıxmayıb. Tərəflər arasındakı ziddiyyət ötən il məhkəmələrə qədər varmış, sonunda cinayət işində adı hallanan qrupun yalnız bir üzvü Elşən Cabbarov 11 il müddətinə azadlıqdan məhrum olunmuş, bu da onun atası Mürsəl kişinin ciddi etirazlarına yol açmışdı. Saytımız vasitəsilə şikayətini dilə gətirən Mürsəl kişi haqlı olaraq hüquq-mühafizə orqanlarından sual etmişdi ki, Elşənin əməllərində əgər həqiqətən də cinayət tərkibi vardısa, necə olur, o, 11 müddətinə həbsə atılır, amma təqsirləndirilən digər insanlar heç bir cəza almadan əl-qollarını sallaya-sallaya azadlıqda gəzirlər? Halbuki, bu əməllərin arxasında Elşən yox, dəstənin digər bir üzvü – Məmməd Cəfərov dayanırdı. Qarabağ əlili olan Elşənin bu işdə sadəcə psixoloji vəziyyətindən istifadə edilmiş və sonunda güdaza verilən də o olmuşdu.
İndi isə şərti cəza alaraq azadlığa buraxılan çetenin digər üzvləri Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cəzasız qalmalarından həvəslənib yenidən Bulat Ağabəyovu şantaj etməyə başladıqları iddia olunur: “Əslində isə həmin şəxslərin yüngül cəza almasının əsas səbəbkarı da elə Bulat Ağabəyov və digər zərərçəkmişlərdir. Onlar öz şikayət ərizələrini geri götürməsəydilər, şantaj “çetesinin” digər fiqurları da indi ağır cəza alaraq həbsxanaya salınardılar”.
Məktub müəlliflərinin bildirdiyinə görə, Bulat Ağabəyovun bu humanizminin səbəbi “çete” üzvləri arasında qadınların olması və onların baş verənlərdən ibrət dərsi çıxarmalarına inanması imiş. İndisə həmin adamlar eyni qaydada Bulat Ağabəyovu şantaj edirlər və bu işdə sosial şəbəkələrin imkanlarından faydalanırlar.
Ovqat.com olaraq məsələni araşdırdıqda isə məlum oldu ki, Bulat Ağabəyovun rəhmə gəlməsinin başqa səbəbləri də var. Aldığımız məlumata görə, ilk dəfə şantaj olunan zaman Bulat Ağabəyov “çetenin” bir çox tələblərini əslində yerinə yetiribmiş. Di gəl ki, tələblər yerinə yetirildikcə, şantajlar nəinki kəsilməyib, əksinə daha da intensivləşib. Nəhayət, şantajlardan zinhara gələn Ağabəyov məhkəmə instansiyasına müraciət etməli olub. Məhz bu şikayətdən sonra “çete”nin bütün siması dəyişib. Cinayət işində adı keçən iş adamı və “banda” rəhbəri Məmməd Cəfərov Bulat Ağabəyov və digər zərərçəkənlərə xeyli elçi yollamış, üzrxahlıq edib, bir də belə səhvə yol verməyəcəyinə boyun olub. Rayonun ən nüfuzlu adamlarının xahişlərə tap gətirməyən iddiaçı sonunda öz iddiadından əl çəkib. Əlbəttə ki, sadəcə ağsaqqal-qarasaqqal xahişinə görə yox. Sən demə, Bulat Ağabəyovun bu humanizmi müqabilində Məmməd Cəfərov ondan aldıqlarını geri qaytaracağına söz veribmiş.
Şantaj yoluyla əldə olunan məbləğ xeyli artıq -30 min manat olmasına baxmayaraq, Məmməd Cəfərovun qurbanına indiyədək 18000 manat və digər zərər çəkənlərə isə müəyən qədər pul qaytarıb. Daha sonra isə peşman olub və...
Məktubda deyilir:
“Sözügedən cinayət işiylə bağlı məhkəmə prosesi başa çatandan sonra Məmməd Cəvərov Bulat Ağabəyova xəbər salıb ki, o vaxt verdiyim 18 mini geri qaytar. Sənin məhkəmədə şikayətini dala çəkməyin barədə verdiyin barşıq ərizəsi mənim işimə yaramadı. Əks halda işin yaxşı olmayacaq”.
Və bu xəbərdarlıqdan sonra Facebookdakı “Salyanın Səsi” səhifəsindən Bulat Ağabəyova qarşı sistematik şantaj xəbərlərinə start verilir. Şantaj yazılarında Bulat Ağabəyovun adı rəhbərlik etdiyi idarədə çalışan xanımlarla münasibətdə hallandırılır və o, bu yolla təzyiqlərə məruz qalaraq, təhqir edilir.
Movzuya bağlı Bulat Ağabəyovun mövqeyin növbəti yazıda ətraflı dərc edəcəyik və əlimizdə iddiaları təsdiqləyən ciddi dəlillər var.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 2026 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
