"Hər çeçen generaldır" deyən Dudayev..
Müsahibə21 aprel 2020 23:27
- Cövhər Dudayev, çeçenlərin neçə generalı var?
Cövhər gülür:
- Hər çeçen generaldır. İnanmırsınızsa, qarşınıza çıxan ilk çeçenə "Sən generalsanmı" sualını verin. O zaman anlayacaqsınız. Bəli, hər çeçen generaldır. Mən sadəcə milyon birinciyəm!
Qaynarinfo xəbər verir ki, "Milyon birinci" kitabı bu dialoqla başlayır. Bu sətirləri yazan çeçen generalın həyat yoldaşı Alla Dudayevadır. Bəs nə üçün kitab bu dialoqla başlayır və nə üçün bütün çeçenlər generaldır?!
Özündən yüz dəfələrlə böyük rus qüvvələri ilə əsrlər boyu mübarizə aparmağı bacaran bir millətdən bəhs olunursa, elə kitab da bu dialoqla başlamalı idi.
Cövhər Dudayev suala gülüşlə cavab verir. Düşmənləri bu müqavimətin qarşısında təəccüb hissi keçirərkən, o gülür. Şəhadətə doğru döyüş yoldaşları ilə birgə yürüyür, 1 milyonluq xalqı ilə azadlıq məşəlini alovlandırır. Heç nədən qorxmurlar. Nə o, nə də çeçenlər. Şəhadət yolunu seçən və azadlıqları uğrunda canlarını verməkdən əsla çəkinməyən bu mübariz xalq qələbədən-qələbəyə dastanlar yazır.
Müstəqil Çeçenistan və Dudayevin hekayəsi SSRİ-nin süqutu ilə başlayır...
Şübhəsiz ki, bu keşməkeşli yolu ən gözəl şəkildə elə onun həyat yoldaşı Alla Dudayeva yaza bilərdi. Rəssam və eyni zamanda şair olan Alla rus qızı idi. Nə qədər qəribə olsa da, yüz illərdir vuruşan iki xalqın övladları bir-biri ilə evlənmişdi. Rusiyada sadəcə "quldur" və "asi" olaraq görülən çeçenlərin içinə gəlin kimi gəlmək qəribə deyilmi?!
Bu qəribə izdivac kitabda da qeyd olunduğu kimi, Cövhərin mübariz bir insan, Allanın isə sənətçi ruhundan qaynaqlanmış ola bilər. Əslində kitabı maraqlı edən də elə onu yazan şəxsin rəssam, şair və qadın olmasıdır. Burada çeçenlərin müstəqillik yolu, məşhur dövlət başçıları, müharibə və müharibənin fəsadları bir sənətçi gözündən ifadə edilir. Döyüşçü kimliyi ilə zehnimizə hopan Cövhər Dudayev bu kitabla birlikdə ayaqlarını yerə basan bir insana, bir qəhrəmana çevrilir. O nə qədər savaşçı olsa da, bir o qədər sülhsevər idi. Hər zaman xalqını düşünürdü. Bir tərəfdən çeçenlərin müstəqilliyini istəyirdisə, digər tərəfdən sülh tərəfdarı idi.
Cövhər Dudayevin kitabda yer alan çıxışında vəziyyət bu cür xarakterizə olunur:
"On illərlə bizi törətmədiyimiz cinayətlərə görə ağlatdılar. Nə vaxta qədər bunu içimizdə saxlayacaq və ağlayacağıq?! Bizi sevindirəcək günlərə nə vaxt qovuşacağıq? Yasdan və hüzndən biz də atalarımız kimi payımıza düşən nəsibi aldıq. Bəsdi artıq".
Lakin müharibə istəyənlərin səsi daha çox çıxırdı. SSRİ-nin süqutundan sonra ortaya çıxan yeni oliqarxlar oğurluqlarını yalnız müharibə ilə gizlədə biləcəklərini düşünürdülər. Qərb super gücləri Rusiyanın başı qarışar deyə düşünüb Rusiya-Çeçenistan müharibəsinin başlamasını və heç zaman bitməməsini istəyirdi.
Bu vəziyyətdə Cövhər Dudayevin fərqli yollarla Yeltsinlə danışıq masasına oturmaq cəhdləri nəticəsiz qaldı. Barış məktubları və elçilər geri göndərildilər. Görünür, dağılan Rusiya millətini bir yerə toplaya bilmək üçün uzaqda zərərsiz və kiçikmiqyaslı müharibə istənilirdi. Lakin hadisələr Qərbin və Rusiyanın istədiyi kimi qansız və tez bitmədi. Heç kim çeçenləri anlamadı. Onların azadlıq üçün nələri fəda edə biləcəklərini düşünmədilər. Və dünyanın gözü qarşısında müasir dünyanın ən böyük qətliam və sürgünü yaşandı...
Fədakarlıq çeçenlərin ən böyük xüsusiyyətidir...
Yazıçı Alla Dudayeva hadisələrin düz mərkəzində idi. Çünki həyat yoldaşı çeçenlərin lideri seçilmişdi. O, kitabında imkansızlıq içində qərarlı ürəklərin nəyə qadir olduğunu yazır. Lakin çətinliklərə baxmayaraq, Cövdət Dudayev kitabın əvvəlindən sonuna qədər gülür və heç vaxt əhvalını pozmur, xalqının motivasiyasını hər zaman yüksək tutmaq üçün çabalayır.
Çeçenistanın paytaxtı Qroznıda meydanda nitq söyləyərkən ön cərgədə dayanan yaşlı bir kişi ilə arasında belə bir dialoq yaşanır:
- Cövdət, Rusiya və Amerika bizi tanımasa, nə edəcəyik?
Cövhərin gözləri parıldayır, yüngül bir şəkildə üzərinə əyildiyi tribunanın arxasında qamətini düzəldir:
- Onların tanıyıb tanımaması nəyimizə lazımdı? Atalarımız min illər boyunca onların xəbəri olmadan dağlarda azad yaşadılar. Biz də atalarımız kimi edəcəyik. Onların bizi tanımağını bir yana buraxın. Əksinə, bizim onlrı tanımağımız böyük lütfdür.
Və yenə gülür. Onun gülməsi bir dalğa şəklində kütləyə yayılır və hər kəs gülməyə başlayır.
Alla Dudayeva bu kitabda əsasən mühaibə başladıqdan sonrakı dövrdən bəhs edir. Lakin özü müharibədən əvvəl də illərlə çeçenlərin arasında yaşayıb, onların adət-ənənələrini mənimsəyib. Çeçen ruhunu da böyük ölçüdə anlayıb. Təsadüfi deyil ki, bir gün evlərinə gələn qonağın ona verdiyi "neçə illərdir çeçenlərin arasındasan, onların ən böyük xüsusiyyəti nədir" sualına "fədakarlıq" cavabını verir.
Müharibənin ən çətin vaxtlarında belə mübarizələrindən geri addım atmayan fədakar çeçenlər Rusiyaya görə bu xüsusiyyətləri üzündən tamamilə yox edilməli idilər. 1944-cü ilin 23 fevralında ərləri SSRİ üçün müharibədə olan qadınlar, uşaqlar və yaşlılar vədəsiz şəkildə vaqonlara doldurularaq, Sibirə və Qazaxıstana sürgün ediliblər. Bu soyqırım zamanı əksəriyyəti yollarda soyuq və aclıqdan həyatını itirib. Dudayevin uşaqlığı da bu sürgündə keçib, bir çox çeçen komandir də bu sürgün illərində dünyaya göz açıb. O uşaqlar bu ağır xatirələri heç vaxt unutmadılar. Ancaq yenə də Cövdət SSRİ sistemində önəmli vəzifələrə yüksəlmiş nadir çeçenlərdən biridir. O, gündəliyində vəziyyəti belə təsvir edir:
"Çeçenlər üçün qadağan olunmuş yerlərə keçməyim də bu sistemə qarşı etirazlarımdan biri idi. Bu yol nə qədər çətin, nə qədər əngəllərlə dolu idi..."
1994-cü ilin dekabrı... Rusiya var gücü ilə Çeçenistanı bombalayırdı. Tanklar və qırıcılarla paytaxt Qroznıda hərbçi-mülki vətəndaşı ayırd etmədən hər kəs vurulurdu. Alla burada rusların da qətlindən bəhs edir. Yazır ki, Çeçenistan torpaqlarında müharibə zamanı sadəcə çeçenlər deyil, ruslar da yaşayırdı. Lakin bu insanlar 1994-cü ilin dekabrında Qroznı mühasirəyə alınanda qaçmağa yer tapmadılar. Ruslar bütün şəhəri bombalayarkən, rusları da qətlə yetirirdilər.
Alla Dudayeva müharibə zamanı rus cəbhəsində yaşanan digər bir qəribə olayı bu şəkildə yazır:
"Onlar (ruslar) döyüşmək istəmirdilər. İnsanlar bir neçə dəfə hərəkət edənləri izləyən helikopterlərin istiqamətini dəyişən tankları raketlə məhv etməsini gördülər. Onlar üçün heç bir yerdə xilas yox idi. Hətta bir dəfə bir tank lüləsini çevirib, onu izləyən helikopteri vurdu. Qroznıda gördüyümüz təkcə bu hadisə deyildi. 1995-ci ilin yanvarında bir tank öndə gedərkən, meydanda könüllülərin atəş altında qaldığını görərək, geri dönüb öz tanklarına atəş açdı".
Rus ordusu tankları ilə, təyyarələri və kimyəvi silahları ilə hücum etsə belə, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə məğlubiyyətə uğradı. Bunda Cövhər Dudayevin payı böyük idi. Lakin o, qələbənin sevincini yaşamadan bombardman zamanı həlak oldu. Minlərlə çeçenin yaşadığını onların lideri də yaşadı.
Cövhər Dudayevin ölümü sıradan bir ölüm deyildi. O, sülhü və müstəqilliyi istəyən önəmli bir şəxsiyyətdi. Saziş və sülh çağırışları dəfələrlə qarşılıqsız qalmışdı. O, xalqı ilə bir bütün olmağa nail olmuş və onların etibarını qazanmış lider idi.
"Milyon birinci" kitabında Alla Dudayeva təkcə Cövhər Dudayevi deyil, eyni zamanda Çeçenistan və Rusiyanı da geniş şəkildə izah edib. Xüsusən 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra Şərqi Avropa və digər bölgələrdə nələrin yaşandığına dair əsaslı nümunələr göstərib...
Çingiz Səfərli
Oxşar xəbərlər
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Almaniya kansleri - 66 yaşım var, heç vaxt marixuana çəkməmişəm
15 aprel 2024 21:16
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- 20 yaşında kəndinin muxtarı oldu - Fotolar
4 aprel 2024 21:12
- Həbs olunan terrorçu danışdı: Pula görə elədim... - VİDEO
23 mart 2024 16:18
- 7 uşaq atası olan bələdiyyə sədrindən işçisinə qarşı İYRƏNC ƏMƏL - VİDEO
22 mart 2024 18:32
- Tarı dünyaya tanıdan və Azərbaycan dilində danışan ukraynalı Polina - VİDEO
20 mart 2024 17:45
- SOCAR Lukoil-dən pul alıb ABŞ banklarına olan 1.3 milyard borcunu ödədi
17 mart 2024 12:27
- Tokayev Qazaxıstanı Qızıl Ordanın varisi adlandırdı
15 mart 2024 17:52
Xəbər lenti
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
- Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
19 aprel 11:42
- Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya