Şəmkirin icra başçısı iş adamını məhkəməyə verdi
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimovu məhkəməyə verib.
Ovqat.com-a məlumatı Hafiz İbrahimov verib. Onun bildirdiyinə görə, proses Şəmkir rayon Məhkəməsində baş tutacaq.
Maraqlıdır ki, Hafiz İbrahimov Bakıda qeydiyyatdadır və məhkəmə predmeti olan əməli də öz evində “törədib”. Elədirsə, Alimpaşa İbrahimov niyə onu Bakıda deyil, özünün rəhbərlik etdiyi rayonda məhkəməyə verib? Yoxsa, o, öz rayonundakı məhkəməyə sözünin daha çox keçəcəyindən arxayındır? Qanunvericiliyə görə isə, bu, yolverilməzdir. Görəsən, Şəmkir rayon məhkəməsi bu barədə nə düşünəcək? Sualın cavabını, yəqin ki, sabah, aprelin 23-də keçiriləcək məhkəmə iclasında öyrənəcəyik.
Hələlik isə bildiyimiz odur ki, Alimpaşa Məmmədov iş adamını bir məsləhətinə görə məhkəməyə verib. İş adamı həmin məsləhətini facebookda paylaşmış.
“Cənab Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O, həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban xanım da bu təşəbbüsə qoşuldu. O da bir illik əmək haqqını Fonda bagışladı. Sözügedən təşəbbüsə bir cox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”.
İş adamı facebook səhifəsində paylaşdığı statusunda bir şəmkirli kimi Alimpaşa Məmmədovun “xəsisliyindən” xəcalət çəkdiyini ifadə edərək yazıb: “…hesab edirik ki, İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədov yardım işlərində daha fəal olmalıydı”.
Hafiz İbrahimov statusunda Alimpaşa Məmmədova yardım edəcəyi vəsaitin mənbəyini də göstərmişdi:
“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmağı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;
S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
