Arazın üstündəki 4 körpü dağıdılmalıdır...
Kriminal25 aprel 2020 10:11
Bu günlərdə İranın Bakıdakı səfirliyi və xarici işlər nazirliyinin müavini Xankəndindəki benzin daşıyan İran yük maşınlarının onlara aid olmadığı barədə qıpqırmızı yalanı danışaraq bu tirlərin İrana aid olmadığını dedilər. İranın yük maşınlarının Qarabağda az qala hər dəqiqə gözə girdiyini ora gedib-gələn jurnalistlər də yazırdılar. Rus millətçisi, anti Azərbaycan ruhlu, bu yaxınlarda gəbərən Eduard Limonov da hələ 2017-ci ildə qanunsuz olaraq Qarabağa gələndə ilk gördüyünün İran yük maşınlarının olduğunu yazmışdı. İranın qriqoryan ermənilərə məhəbbətinin əsasında müsəlman Azərbaycana olan nifrəti dayanır. Azərbaycanın işğal altında olan dövlət sərhədinə nəzarət edə bilməməsini fürsət bilən İran, Qarabağ separatçılarını hər cür dəstəkləyir, onlara hər cür yardım göstərir. İran guya Astarayadək dəmiryol çəkmək üçün, indi də koronavirusa görə Azərbaycandan milyonlarla yardım alıb. Bu yardımları isə İran Arazın üstündə Cəbrayil rayonu ərazisində 5 ədəd müasir körpü tikərək ermənilərin gediş-gəlişinə, özlərinin də yük daşımalarına geniş imkanlar açıb.

Moderator.az bu günlərdə bu körpülərin peykdən görüntülərini yayıb.
Həmin görüntülər bu yazıda: https://www.moderator.az/news/321477.html
Gözləmək olardı ki, Azərbaycan XİN dərhal bu məsələyə münasibət bildirəcək. Hələ ki, heç nə yoxdu. Olsun. Bəs, Azərbaycan Müdafiə Nazirliyi bu körpülərin mövcudluğunu niyə sükutla qarşılayıb. Əgər indiyədək bu körpülərin tikilməsindən və istifadə olunmasından MN-in xəbəri yoxdursa, bu bir biabırçılıqdır, yox xəbəri olub bu günədək bütün vasitələrdən istifadə etməklə bu körpüləri dağıtmayıbsa 100 dəfə artıq biabırçılıqdır.
Son günlərin video-konfrans hadisəsi, 12 ildən sonra Məmmədyarovla Mnasakanyanın birgə bəyanat imzalaması, (bu birgə bəyanatı imzalamanın nə zərurəti vardı?) indi də bu körpülər açıq göstərir ki, Azərbaycanda heç kəs Qarabağ məsələsi ilə doğru-dürüst məşğul olmur. Heç bir taktiki, strateji plan və buna uyğun hərəkət görsənmir. Körpüləri pilotsuz aparatlar vasitəsi ilə, diversiya-kəşfiyyat dəstəsinin köməyi ilə dağıtmağın mümkün olduğu məlum məsələdir. Amma, niyə bu tədbirlər görülmür?
İran da, Ermənistan da Azərbaycana olan düşmənçilik siyasətinə görə müttəfiqdirlər, birgə fəaliyyət göstərirlər və İranın burdakı “beşinci kalonu” hər fürsətdə Türkiyəni Azərbaycan vətəndaşlarının gözündən salmağa çalışır. Qardaş Türkiyə bizə görə Ermənistanla bütün sərhədləri bağlayıb, heç bir diplomatik əlaqəsi də yoxdur. İranın kiçik bir ərazidə bütün infrastrukturlara( gömrük, sərhəd məntəqəsi və sairə) malik və heç bir beynəlxalq qaydaları gözləmədən ermənilər üçün bizim ərazidə tikdiyi 5 körpüsü müsəlman Azərbaycanına olan həqiqi münasibətinin təzahürüdür.
Bu məsələ ölkə ictimaiyyətini narahat edir və rəsmi Azərbaycanın münasibətini bilməkdə haqlıdır. Bu münasibət sadəcə diplomatik şəkildə olmamalı, bu körpülərin dağıdılması tələbi müvafiq güc strukturları qarşısında qoyulmalıdır. Bu, onların birbaşa məsuliyyət daşıdığı məsələdir.
İlham İsmayıl
Oxşar xəbərlər
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
8 noyabr 2025 21:11
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
9 iyun 2025 12:35
- Bakıda yoldaşımı Opera Teatrına işə götürmədilər…Bu riskə hazır deyiləm –Rəşid Behbudovun nəvəsi ilə müsahibə/FOTO
5 iyun 2025 10:48
- Rusiyada faciə – körpü sərnişin qatarının üzərinə çökdü: Çoxsaylı ölü və yaralı var
1 iyun 2025 08:05
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 2024 15:25
- Başladılar: Ermənistan və İran Araz çayı üzərindən körpü salır
28 sentyabr 2024 13:51
- Fazil Mustafadan parlament seçkiləri ilə bağlı SENSASİON AÇIQLAMA-
12 iyul 2024 11:13
- ZƏNGİLANDA QALAN DÜNYAM
6 iyul 2024 23:02
- Xəstəxanadan çıxandan sonra Əkrəm Əylisliyə zəng elədim…” –Yazıçı Elçin /MÜSAHİBƏ
22 iyun 2024 11:07
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
