Əli Məsimli: "Uşaqpulu birdəfəlik həll olunmalıdır"
"Biz həmişə uşaqpulu məsələsinin birdəfəlik həllinin tərəfdarı olmuşuq".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib. Onun sözlərinə görə, uşaqpulu bərpa edilsə, yardıma ehtiyacı olan insanların problemi həll olunmuş sayılar:
"Koronavirus pandemiyasının törətdiyi fəsadlar əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məsələsinin aktuallığını daha da artırıb. Belə bir şəraitdə hesab edirik ki, həm karantin rejiminin davam etdiyi hazırkı, həm də post-pandemiya dövründə bu yöndə getdikcə daha böyük aktuallıq kəsb edən məsələlər arasında uşaq hüquqlarının müdafiəsi məsələsi önə çıxarılmalıdır. Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar olan sahələrin hər birinin inkişaf səviyyəsi birmənalı şəkildə ailələrə və bu ailələrdə böyüyən dövlətin ən böyük kapitalı olan uşaqlara, onların fiziki, əqli və mənəvi cəhətdən inkişafına birbaşa təsir göstərir. Bu mənada uşaq hüquqları ilə bağlı məsələlər, xüsusən də uşaqpulu məsələsi seçicilərimizlə keçirdiyimiz görüşlərimiz, həmçinin bizə daxil olan müraciətlər içərisində say baxımdan əhəmiyyətli yer tutur. Bu problemlərlə bağlı daim çalışırıq ki, həm qanunvericilik təşəbbüslərimzdə, həm komitə, həmdə ki, plenar iclaslarda bu məsələlərə toxunaq, onların həlli istiqamətində təkliflərimizi verək. Bu kontekstdə "uşaqpulu" məsələsi böyük aktuallıq kəsb edir. Ona görə də Milli Məclisin 24 aprel tarixli iclasında qaldırdığımız məsələlər arasında "uşaqpulu”nun bərpası məsələsi xüsusi yer tutdu. Çıxışımızda uşaqpulunun bərpasını təklif etməklə yanaşı həm də bildirdik ki, əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq".
Əli Məsimli vurğulayıb ki, uşaqpulunun əleyhinə olanların bir qayda olaraq belə bir arqument söykənirlər: ""Onsuz da Azərbaycanda əhali kifayət qədər sürətlə artır. Ona görə də doğumu stimullaşdırmağa ehtiyac yoxdur”. Hesab edirik ki, bu düzgün mövqe deyil. Bizə sadəcə uşaq doğuşunun artımı yox, vətəninə layiqincə xidmət edə bilməsi üçün hər yeni doğulan uşağın sağlam, maddi cəhətdən ehtiyacsız, sıxıntısız, normal təhsil-tərbiyyəli böyüməsi lazımdır. Beynəlxalq praktikadan çıxış edərək demək olar ki, hazırda pandemiya ilə bağlı yaranmış sosial xarakterli problemlərinin xeyli hissəsini "uşaq pulu”nun bərpa edilməsi hesabına həll etmək olar. Bu həm də post-pandemiya dövrü üçün də işləyə bilən ən yaxşı mexanizm kimi özünü göstərə bilər. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi, optimal model əsasında aşağı gəlirli ailələr üçün "uşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik".
Əli Məsimli bildirib ki, uşaqpulu məsələsinin birdəfəlik həllinin tərəfdarı olub: "Çünki problemin birdfəlik həlli ən yaxşı variantdır. Amma hazırda pandemiyanın fəsadlarının və qeyri-müəyyənliklərinin təsiri ilə sosial xərclər sürətlə artır və bu ay, növbəti ay, ondan sonrakı aylarda nə qədər olacağı hələ bilinmir....Belə şərait uşaqpulu kimi kifayət qədər böyük maliyyə tutumlu məsələnin həllini mərhələli (məsələn, məktəbə qədərki yaş və sonrakı yaşlara bölməklə) etməyi və bir müddətdən sonra isə tamlaşdırmağı şərtləndirir. "Uşaq pulu” proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan "uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara müavinət verməsini zəruri hesab edirik".
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 2026 13:52
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
6 fevral 2026 19:07
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
