Qarabağda yüzlərlə qız-gəlinimizin lüt asılmasını gözləri ilə görmüş kəşfiyyatçı
Günün sitatı26 aprel 2020 16:40
"Yaqub Məmmədovu da, Rəhim Qazıyevi də xəbərdar etsək də, heç bir tədbir görmədilər…”
"Ermənistan rəhbərliyi ilə danışıb diplomatik yolla əsirlərimizi xilas etmək mümkün olardı…”
Bəlli olduğu kimi, işğalçı və terrorçu ermənilər hər il aprelin 24-də qondarma "erməni soyqırımı”nın "anım” mərasimini qeyd edirlər. Halbuki, türkləri haqsız yerə soyqırımında günahlandıran düşmənlərimiz özləri son 3 əsrdə bəlkə də milyonlarla türkü, azərbaycanlını, ümumiyyətlə, kürd, ləzgi, talış, avar, tat və s. fərq qoymadan əllərinə keçən hər bir müsəlmanı olmazın işgəncələrlə qətlə yetiriblər. Hələ 31 Martı, Xocalını demirik, elə həmin qondarma "soyqırımı” ildönümlərində minlərlə dinc insanı "qurban” kimi edam etmələrindən danışmaq kifayətdir…
Moderator.az əməkdaşı 28 il öncə – qondarma "erməni soyqırımı” günündə yüzlərlə azərbaycanlı əsirin misli görünməmiş amansızlıqla edamı səhnələrini gözləri ilə görmüş Şuşadakı 777 saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik Azay Kərimovun ürəkdağlayan söhbətini dinləyib:
"1992-ci ilin aprelin ortalarında ermənilər içərisindəki agentura şəbəkəmiz və radio-kəşfiyyat vasitəsilə ayın 24-də, yəni qondarma "genosid” günü ermənilərin yüzlərlə azərbaycanlı əsiri qətlə yetirəcəyi haqda məlumat aldıq. Kütləvi qətl "mərasimi”nin Xocalı və Xankəndi arasında yerləşən Ballıca kəndi yaxınlığında icra ediləcəyi gözlənilirdi. Dəqiqləşdirdik ki, kütləvi qətliam Berd adlanan bir yüksəklikdə təşkil olunacaq. Aprelin 20-də mən bir neçə əsgərlə həmin yerin yaxınlığında olub müşahidələr apardım. Gördük ki, artıq orada hazırlıq işləri gedir, dar ağacları qurulur. Amma Şuşadan həmin yüksəkliyə hər hansı bir bölük, yaxud tağım sızdıraraq əsirləri xilas etməyə çalışmaq mənasız idi; çünki ətrafda, hər yerdə erməni qüvvələri var idi. Yəni Berd yüksəkliyinə gedib çıxa bilsək də, real nəticə əldə edə bilməyəcəkdik. Bu məsələ, dövlət, Müdafiə Nazirliyi səviyyəsində həll olunmalı idi. O yüksəkliyə vertolyotla desant atmaq və qısa müddətdə, operativ şəkildə, digər istiqamətlərdən düşmənə yayındırıcı zərbələr endirməklə əsirləri xilas etmək olardı. Digər daha optimal yol isə həmin soydaşlarımızı siyasi-diplomatik yollarla, Ermənistan rəhbərliyi ilə danışıqlar sayəsində ölümdən qurtarmaq idi… Ona görə də aprelin 20-dən başlayaraq iki dəfə mən özüm, bir dəfə də komandirimiz Elçin Məmmədov Prezident səlahiyyətlərini icra edən, o vaxtkı faktiki Ali Baş komandan Yaqub Məmmədovla telefonla danışıb vəziyyəti məruzə etdik. Sonda Yaqub müəllim əsəbiləşib səsini qaldıraraq bizə dedi ki, bir də mənə zəng etməyin, gedin Rəhim Qazıyevlə əlaqə saxlayın, sizin naziriniz odur. Dedik, axı biz Rəhim Qazıyevlə əlaqə yarada bilmirik, vəziyyət də belədir; 150 dar ağacı qurulub, yüzlərlə soydaşımızın növbəti qətliamı gözlənilir…
Xülasə, Azərbaycan rəhbərliyi səviyyəsində heç bir tədbir görülmədi və bizə yalnız gözümüz görə-görə yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətliamını, sadəcə, müşahidə etmək qaldı. İnanın yadıma düşəndə, bağrım çatlayır, ürəyim partlayır, yerə-göyə sığmıram…
Aprelin 24-də 4 hərbçi ilə birgə yenə də nəsə bir iş görmək ümidi ilə gizli şəkildə qarlı havada ağ masxalatlarla Berd yüksəkliyinə tərəf yollandıq. Təxminən 150 metr məsafədən baş verən amansız səhnəni müşahidə etdik. Əvvəlcə düşmənlər bir böyük daşın üzərinə bir qırmızı parça sərdilər. Bilmirəm, bəlkə "Daşnaksütyun”un, yaxud "ASALA”nın bayrağı idi. Həmin əski parçasının üzərinə bir tapança qoydular. Sonra 5-6 erməni axçiyi nəsə oxudu və hərəsi həmin tapançadan göyə 3 güllə atdı. Əsirlərin əksəriyyəti qadınlar idi, başlarına yüz oyun açıb, hamısını lüt şəkildə dar ağacından asırdılar… Ah-nalədən, qışqırtıdan qulaq tutulurdu. Çox dəhşətli mənzərə idi… Hərbçi və mülki ermənilər sayca bizdən qat-qat çox idi. Ona görə də bizim – 5 nəfərin bu qətliamın qarşısını alması mümkün deyildi…
Bu barədə 2000-ci illərdə "ANS”dəki məşhur "Ən yeni tarix” verilişində də danışmışam və hər şeyi birbaşa Yaqub Məmmədovun üzünə demişəm. O da etiraf edib ki, bəli, yadımdadır, siz mənə bu barədə zəng edib dediniz, mən də Rəhim Qazıyevə dedim, lakin, təəssüf ki, o, bir tədbir görmədi. Sonrakı illərdə Rəhim Qazıyevlə görüş və söhbətlərimizdə, o cümlədən "youtube”yə yüklənmiş video-debatımızda ona da hər şeyi demişəm. Təəssüf ki, indi həmin video "youtube”dən silinib…”
"Bütün bu deyilən, deyilməyən tarixi faktlardan sonra bizim ermənilərlə hər hansı danışıq-filan aparmağımız özümüzü dolamaqdır, axmaqlıqdır, sadəcə. Yalnız gerçək döyüşlə, müharibə ilə biz yüzlərlə şəhidimizin, əsirimizin, zorlanmış qız-gəlinlərimizin qisasını ala bilərik. Qalan hər çey mənasızdır. Bizim indiki yaşamımız, nəfəs almağımız kimi…”- deyə peşəkar kəşfiyyatçı polkovnik vurğulayıb.
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 2026 14:17
- Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi
19 yanvar 2026 16:36
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 2025 12:01
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
