Ali Neft Məktəbinin müəllimi vətəndaşlara 4 milyon atıb ŞOK FAKT
Azərbaycanın ən perspektivli gənc alimlərindən biri hesab olunan Sənan Eminov böyük dələduzluqda ittiham olunur.
“BakuPost” xəbər verir ki, onun əməlləri, insanlara külli miqdarda ziyan vurması ilə bağlı Birinci vitse-Prezident Mehriban Əliyevaya və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət olunub.
Sənan Eminovun adı elmi ictimaiyyətə 2005-ci ildən tanışdı. O, “Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub.
Bundan əvvəl isə “Kimya” fənni üzrə respublika fənn olimpiadalarında 3 qızıl medal qazanıb. 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medala sahib olub.
2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistratura, daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, həmin mərkəzə rəhbər təyin olunub.
Bu boyda uğur qazanmasına, dövlətin xüsusi diqqətinə layiq görülməsinə, yüksək əmək haqqı almasına baxmayaraq, o, ətrafındakı gənc insanlara, xüsusən də tanıdığı, dostluq etdiyi şəxslərə və onların yaxınlarına qarşı saysız-hesabsız dələduzluqlar edib. Onları aldadaraq böyük məbləğlərdə pullarını alıb və ABŞ-a qaçıb.Zərərçəkmişlərdən biri – Zahid Mirzəyev “BakuPost”a bildirib ki, gənc alimin qurbanlarının sayı çoxdur:
“Sənan Eminovla 2010-2013-cü illərdə Londonda bir yerdə magistr təhsili almışıq, bir evdə qalmışıq. Sənan Londonda olduğu dövrdə, SOCAR-da müəyyən kimyəvi maddələrin satışı ilə məşğul olduğunu bildirdi. O, həmin dövrlərdə mənə bu işə investisiya qoymağı və aylıq müəyyən faiz qazanmağı təklif etdi. Sənanın SOCAR-la yaxın əməkdaşlığı məni buna inandırdı. 2014-cü ildə Azərbaycana döndükdən sonra SOCAR-ın nəzdində olan Ali Neft Məktəbində müəllim vəzifəsinə, sonra isə Alternativ Enerji Araşdırma Departamentində rəhbər vəzifəyə gətirilməsi onun dediklərinə inamımı bir qədər də artırdı. Beləliklə mən 2018-ci ildə onun həmin məsələ ilə bağlı təklifini yenidən dəyərləndirdim. Qohumum Faiq Əliyev və onun qardaşı Mikayıl Əliyevə də bu işlə bağlı danışdım. Onlar da Sənanla danışdılar. Faiq Sənana 30, Mikayıl isə 26 min manat verdi.
Mən isə ailəmlə birgə yaşadığım evi satıb ona 200 min manat verdim, özüm isə kirayəyə çıxdım. Aramızdakı razılaşmaya görə həmin pulu faizi ilə birlikdə 6 ay sonra qaytaracaqdı.
Lakin dediyinə əməl etmədi, bir il gözləyəndən sonra onun atası Zabil Eminovla, ailə üzvləriylə, Bakıda olan dostları və qohumları ilə görüşdüm. Onda anladım ki, məsələ tamam başqa cürdür. Sənan başqa-başqa şəxslərdən eyni iş adı ilə yüksək məbləğdə pul alıb”.
Şikayətçinin dediyinə görə, şəxsi araşdırmaları və zərərçəkənlərlə görüşündən sonra məlum olub ki, Sənan təxminən 4 milyon manat mənimsəyib.
İndi Sənan Eminov ailəsilə birlikdə Mayamidə yaşayır. Onun aldatdığı adamlar isə kirayədə.
Məsələ ilə bağlı Bakı Ali Neft Məktəbindən “BakuPost”a bildirilib ki, Elmi Şuranın üzvü olan Sənan Eminov öz ərizəsilə işdən uzaqlaşdırılıb.
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 2024 21:04
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 2024 15:23
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 2024 22:41
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 2024 13:59
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06