M.Ə.Rəsulzadənin parlamentdəki son çıxışı niyə yoxa çıxmışdı?
1920-ci ilin aprelin 27-də Azərbaycan parlamentinin son iclasında M.Ə.Rəsulzadənin olduqca kəskin və qətiyyətli,işğala qarşı mücadilə proqramı xarakteri daşıyan çıxışı Milli Arxivdə saxlanılan parlamentin stenoqramında yox idi.Parlamentin sənədlərini ilk olaraq toplayıb çap etdirən rəhmətlik Səfər İbrahimov da onu tapmamışdı.1990-ci ildə Türkiyədə M.Ə.Rəsulzadə ilə bağlı arxiv və kitabxanalarda araşdırmalar apararkən “Azərbaycan” jurnalında həmin çıxışın mətnini tapdım və elə həmin dövrdə nəşr etdirdiyim “Məmməd Əmin Rəsulzadə” kitabımda çap etdirdim.Qeyd edim ki, həmin çıxışı akademik Ziya Bünyadov da MTN-nin arxivindən tapıb çap etdirmişdi.Görünür M.Ə.Rəsulzadənin indi oxuculara təqdim etdiyim bu çıxışının kəskinliyi bolşeviklərdə narahatlıq yaradırmış.
Nəsiman Yaqublu, tarix elmləri doktoru
M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentində son çıxışı – 27 Aprel, 1920-ci il
M. Ə. Rəsulzadə 1920-ci ilin 27 aprelində parlamentin axırıncı iclasında çıxış etdi. Və əslində o, bu çıxışla təslim olmayacağını sona qədər mücadilə aparacağını bəyan etdi:
“Əfəndilər, mötəcaviz bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbğil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir. Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır(təbliğatıdır). Bizi işğal ediyorlar. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur. Bu mötəcazivanə ultimatumu rədd etməliyik…
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə(qiyafəsinə) bürünmüş düşmənə təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır…”
Moderator.az
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- Azərbaycanlı ictimai fəalı Türkiyədə kim döy(dür)üb?-Zərəçəkən bəzi məmurlardan şübhələnir-Video
22 mart 2024 20:55
- AZƏRBAYCANDAKI BEŞİNCİ KOLON-UN İŞİ ÇƏTİNDİR... – Rəsmi Bakı bu məsələdə təkbaşına qərar verə bilməyəcək
22 mart 2024 17:39
- ...AZƏRBAYCAN DEYİLƏNDƏ ayağa dur ki
22 mart 2024 10:38
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Türkiyə iqtisadiyyatı Almaniya və Yaponiyanı da arxada qoyacaq
20 mart 2024 18:57
- Türk xalqlarında Novruz adətləri
20 mart 2024 17:53
- Qafqaz Hüquqi Xidmətlər Mərkəzinin baş direktoru İlqar Abbasov Baş prokurora müraciət etdi
19 mart 2024 09:44
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41