Bizim pulumuzla prokuror oğlunu sahibkar edibsən
"BİZİM PULUMUZLA PROKUROR OĞLUNU RESTORAN SAHİBİ EDİBSƏN" - SAHİBKARLARDAN İCRA BAŞÇISINA İTTİHAM
Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın tikintisi üçün ayrılmış milyonlarla manat vəsaitin işgörənlərə çatmaması, həm narazılığa, həm də qalmaqallı məsələyə çevrilib.
JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı tikinti işlərini həyata keçirən sahibkarlar bütün dövlət qurumlarlna üz tutublar. Onların əsas tələbi gördükləri işin müqabilində çatacaq pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, geri qaytarılmasıdır.Qeyd edək ki, sözügedən qalmaqal hələ 3 il əvvəldən başlayıb. Daha doğrusu, Bulvarın tikintisi 2016-cı ildə bitsə də, Zakir Fərəcov sahibkarlara çatacaq milyonlarla manat pulu bu günə qədər verməyib. İş adamları bildirir ki, bu müddət ərzində dəfələrlə icra başçısı ilə görüşməyə cəhd ediblər, amma faydası olmayıb. Rəsmi qurumlara etdikləri müraciətlərə müsbət cavab gəlsə də, problem hələ də həllini tapmayıb. Onlar bildirir ki, son üzə çıxan 3.7 milyon manat məsələsi isə Zakir Fərəcovun onların haqqını yeməsinin bariz nüminəsidir.
"İcra başçısının müavini Gündüz Əliyevin bacısı oğlanlarının adına açdığı "Contraction Texnoloji" MMC-yə məhz Sumqayıtda bulvarın tikintisi üçün 3,7 milyon manatın ayrılması, həmin pula isə Zakir Fərəcov oğlunun adına restoran tikməsi dövləti saya salmamaq, onun puluna göz dikmək və mənimsəməkdir. Bu, biz sahibkarların haqqının yeyilməsidir. Necə ola bilir ki, bir icra başçısı dövlətin ayırdığı milyonları bu qədər arxayın və rahat mənimsəyə bilir?
Bu adamlar həbs olunan həmkarlarının aqibətindən dərs çıxarmırlar? Anlamırlar ki, bu davranış uzun müddət davam edə bilməz?"Sahibkarlar bildirir ki, sözügedən 3,7 milyon manatla Zakir Fərəcov Sumqayıt Bulvarında oğlunun adına "Paseydon" adlı restoran inşa etdirib. "Zakir Fərəcov oğlu Pərvin Fərəcovun adına sənədləşdirdiyi "Paseydon" adlı restoranı bizim pulumuzla inşa etdirib. Halbuki burada iki qanunsuzluq baş verib. Birincisi, dövlətin pulunu mənimsəyib. İkincisi isə oğlu Pərvin Fərəcovun biznes sahibi olmaq hüququ yoxdur. Çünki Pərvin faktiki olaraq Nəsimi rayon prokurorunun müavini işləyir. Qanuna əsasən hüquq mühafizə orqanlarında çalışan şəxslərin bizneslə məşğul olması qadağandır və məsuliyyəti var. Bizə maraqlıdır, Zakir Fərəcov icra başçısı olmaqla, həm də qanunların yerdə işlənməsinə məsul olan şəxsdi. Amma həmin qanunu ayaqları altına atmaqla məşğuldur. Oğlunun bizneslə məşğul olmasının qadağan edildiyini bildiyi halda onun adına restoran keçirməsi nəinki qanun pozuntusu, eyni zamanda bu ölkənin qanunlarını heçə saymaqdır".İş adamları deyir ki, bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklər. Onlar məsələnin araşdırılmasını, qanunun tələbinin yerinə gətirilməsini istəyəcəklər. "Zakur Fərəcovun oğlu bizneslə məşğuldursa, o prokurorluq orqanlarında işləyə bilməz. Biz də Baş Prokurorluğa müraciət edərək, Pərvin Fərəcovun işdən çıxarılmasını və haqqında qanuni ölçünün götürülməsini istəyəcəyik. Bizim halal pulumuzla biznes sahibi olan Zakir Fərəcov və oğlu mütləq və mütləq qanun qarşısında cavab verməlidirlər".Sahibkarlar vurğulayır ki, başqalarının puluyla övladına gəkəcək quran bir icra başçısı məmur deyil, tutduğu vəzifədən sui-istifadə edən biri, vicdan hissini unurmuş bir şəxsdir. "Zakir Fərəcov bizim pulumuzla özünə və oğluna gələcək qurur. Bunun adı vicdan hissini itirməkdir. Eyni zamanda, Zakir Fərəcovun oğlu niyə bixim pullarla restoran sahibi olmalıdır? Niyə o, həm prokuror, həm də buznesmen sratusuna sahiblənməlidir? Niyə o və övladları bu imkanı qurmalı, lakin bizim kimi əziyyətə qatlaşmış insanların övladları ac qalmalı, onların ataları gördüyü işin müqabilində pulun ala bilmədiyi üçsn borclu olmalıdır? Bəlkə Zakir Fərəcov və oğlu göydən düşüb, bizim xəbərimiz yoxdur? Başqasının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin ömrü uzun olmur".İş adamları sonda onu da bildiriblər ki, Zakir Fərəcovu da digər həbs olunan icra başçılarının aqibəti gözləyir. "Bu qədər qanunsuzluq edən, dövlətin malını, pulunu talayan, insanların haqqını yeyən bir icra başçısı mütləq cəzalanmalıdır. Biz buna tam əminik. Zakir Fərəcov təkcə, biz sahibkarların deyil, həm də bu dövlətin düşməni kimi özünü aparır. Azca uzaqgörən adamlar da yaxşı bilir ki, Sumqayıtın icra başçısı çoxdan əndazələri aşıb və bu cəzasız qalmayacaq".Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
