Çovdarovun kölgəsində qalan general…
Region5 may 2020 10:24
Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında ləğv olunmuş MTN-in iki sabiq generalı da var: Akif Çovdarov və Sübahir Qurbanov.
Akif Çovdarovun azadlığa çıxması, ardınca villasında əlində badə ilə fotosunun yayılması, daha sonra isə Bakı metrosunun sabiq rəisi Tağı Əhmədovla uzun illərdir davam edən intriqasının gündəmə gəlməsi general Sübahir Qurbanovun personasını kölgədə qoydu.
S.Qurbanov 1954-cü ildə Masallı rayonunda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Universiteti bitirdikdən sonra Daxili İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib, 2004-cü ildən MTN-də şöbə rəisi vəzifəsindən, sonuncu iş yeri olan- Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinədək xidmət keçib.
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Sübahir Qurbanov nə üçün həbs edildi?
Generalın rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib pullarını ələ keçirməkdə suçlanırdı.
Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi ümumilikdə 9 maddəsi ilə ittiham irəli sürülmüşdü.
Həmin cinayət işi üzrə zərərçəkmişlərdən Saleh Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri idi.
O deyib ki, 2003-cü ildə "Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi - İmişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Onu MTN-ə çağırıb şirkətin vergidən yayındığını deyiblər, həbs olunmamasından ötrü 1 milyon dollar pul istəyiblər. O da 300 min dollar verməyə razılaşıb.
Digər zərərçəkmiş Ağaisa Mahmudov isə "Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəhbəri Beytulla Hüseynovun (sabiq MTN naziri Eldar Mahmudovun qohumudur və hazırda həbsdədir) villasını aldığına görə MTN-ə çağırıldığını bildirib. MTN-də ona saxta aksiz markalarından istifadə etdiyi deyilib və əvvəlcə bu məsələyə görə 50 min manat alınıb.
S.Qurbanov həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovdan aylıq paket almaqda da təqsirləndirilirdi.
General bu ittihamları qəbul etməsə də, məhkəmə bütün bu ittihamların sübuta yetirildiyi qənaətinə gələrək onu 14 il müddətinə azadlıqdan məhrum etdi.
Bundan sonra Sübahir Qurbanov və digərlərinin işi Bakı Apelyasiya Məhkəməsində davam etdi. İlk dəfə bu cinayət işi üzrə məhkəmə iclası jurnalistlərin iştirakı ilə baş tutdu.
Həmin məhkəmədə Sübahir Qurbanovun müavini, polkovnik Füzuli Əliyevin ifadəsi ölkədə böyük rezonans doğurdu. F.Əliyev dövlət təşkilatlarının büdcə vəsaitlərini adı olub, özü olmayan şirkətlər, bu iş üzrə peşəkarlaşan dəllallar vasitəsilə dağıdılması və başqa məsələlərdən danışmışdı.
Həmin məhkəmə iclasında Füzuli Əliyev gəmi təmiri ilə məşğul olan "Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovu "əməkdar zərərçəkmiş” kimi təqdim edərək sözlərinə belə davam etmişdi: "Arif Həsənov Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun üzünə durdu, prokurorluğun bir müstəntiqini işdən çıxartdırdı. Belələrinin sözü ilə dövlətinə, xalqına xidmət eləmiş zabiti şərləmək... Nə bilim vallah. Biz özümüz də sifarişli işlərdə sübut bazası yaratmaq üçün əlimizdə olan mənasız adamlardan, Arif Həsənov kimilərdən istifadə edirdik, bizə qarşı da elə elədilər”.
Polkovnikin bu sözlərindən sonra məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı qərar verildi. Bu ifadə MTN zabitlərinə, generallarına qarşı irəli sürülmüş ittihamların bir qismini qəti olaraq sübuta yetirirdi.
Sübahir Qurbanova daha bir ağır ittiham...
Sübahir Qurbanovun adı daha bir qalmaqallı işdə keçirdi. Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun həbsi ölkədə böyük səs-küyə səbəb olan hadisələrdən biri idi. Onun MTN tərəfindən həbs edildiyi deyilirdi.
Rəşad Məmmədovun cinayət işi üzrə məhkəməsi davam edən ərəfədə MTN ləğv edildi. 1 ildən artıq həbsdə qalan Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxıldı.
MTN ləğv edilən zaman məlum oldu ki, Sübahir Qurbanov Eldar Mahmudovun göstərişi ilə Zabil Salmanova zor tətbiq edərək Rəşad Məmmədovun əleyhinə ifadə alıb.
Generalın qohumlarının həbsi...
Sübahir Qurbanov həbs edildikdən sonra onun iki qohumu barəsində də cinayət işi açıldı.
Generalın bacanağı Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilərək 4 il azadlıqdan məhrum edildi.
O, qonşusuna qarşı dələduzluq etməkdə günahlandırılırdı.
Bu iş üzrə Sübahir Qurbanovun digər qohumu Elçin Qurbanov da həbs edilib.
Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri olub. Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, dələduzluqda ittiham edilir. Qurbanov həbsdə olan şəxsin adını əfv siyahısına saldıracağını vəd edərək dələduzluq etməkdə günahlandırılıb.
Oxşar xəbərlər
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
