İbrahim Mustafayev nə iş görür bilən yoxdur
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir
Deyəsən ölkədə baş verən proseslərin Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. İcra başçısı İbrahim Mustafayev ya prezidentin çıxışlarını izləmir, ya da başı tamam başqa şeylərə qarışıb.
Axı prezident son günlərdə karonovirusla bağlı təşvişini neçə dəfə dilinə gətirib. Elə dünənki çıxışında da bir daha narahatlıqla xəstəliyin tempinin artmasından danışıb. Cəzaların sərtləşməsinin vacibliyini vurğulayıb:
“Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Azərbaycandan fərqli olaraq... Amma digər tərəfdən, biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət və nizam-intizam yüksək səviyyədə olan ölkələrdə onlar məsafə saxlayırlar. Televizorda biz görürük, haradasa növbə varsa, adamlar arasında 1,5-2 metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanalı baxın, dünən mən baxmışam. Bankın qabağında bir-birinin yanında durublar, maska taxmayıblar. Müxbirlər soruşurlar ki, nə üçün maska yoxdur? Elə bil ki, uşaqdırlar, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər, “ay yadımdan çıxdı”, “ay havada maska lazım deyil”, “ay cibimdədir”. Belə şeyə biz dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir.
Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyəti orqanlara bu gün müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin! Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin. Ona görə bu qaydalara hər kəs riayət etməlidir. Özü də bundan sonra uzun müddət ərzində...”
Gundelik-baku.com bildirir ki, vətəndaşlar arasında məsuliyyətsiz olanlar çoxdur. Bəs icra başçıları arasında? Məsələn Gədəbəy icra başçısı. İbrahim Mustafayev görmür ki, rayonun küçələrində alver qızışıb,insanlar arasında ara məsafəsini gözləyən yoxdur, sanki ölkədə karantin rejimi tətbiq edilmir. Sanki insanların üstünü yoluxma qorxusu almayıb.
Deyə bilərsiniz ki, rayonda karantin qaydaları Bakıya nisbətən yumşaldılıb. Axı bu yumşalmadan da əvvəl Gədəbəydə bu qaydaları vecinə alan yox idi.
Turizm obyektləri əvvəldən necə vardısa eləcə də işləyirdi. Əlbətdə, hansı obyektin sahibi icra başçısına “yol” tapa bilmirdisə qapısı qıfıllı qalırdı.
Statistika aparılıbmı ki, aprel ayının əvvəli və ortaları üçün rayonda yoluxma sayı nə qədər olub? Rayon rəhbərliyi isə tədbir görmür.
Ümumiyyətlə son günlər ölkədə aparılan ciddi kadr islahatlarının şahidiyik. Görünən budur ki, bu islahatlar fonunda hazırkı yeniliklərlə ayaqlaşmayan məmurlar təqaüdə göndərilir, daha perespektivli kadrlarla əvəzlənir, korrupsionerlər isə ümumiyyətlə həbs olunur.
Amma bəzi icra başçıları da var ki, indiki halda onların adını və fəaliyyətini də yada salmaq lazımdır ki, yuxarlar da, aşağılar da, belələrinin dəyişdirilməsinin vacibliyini hiss eləsin.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamına əsasən sözügedən rayona icra başçısı təyin olunub. O gün bu gün bu başçı haqqında heç bir bilgi yoxdur. Nə iş görür, hansı işləri görməyi düşünür bilən yoxdur.
Elə isə gəlin İbrahim Mustafayevin kim olduğuna, əvəllər hansı vəzifələrdə çalışdığına diqqət çəkək.
Ümumiyyətlə, yüksək vəzifələrə təyin olunan insanların xidmətləri, iş təcrübələri əsas götürülür və bu şəxslərin öncəki fəaliyyətinə diqqət edilir. Yəni, bu səxsi hansısa keyfiyyətlərinə görə icra başçısı təyin etmək olar sualı tam aydınlaşdırılır. Elə isə İbrahim Mustafayevi niyə icra başçısı olmalı idi? Onu prezident İlham Əliyevə təqdim edərkən hansı üstünlük və keyfiyyətləri əsas götürülüb? Onun şəxsi işində nə yazılıb?
Vikipediyada, hətta icra hakimiyyətinin rəsmi saytında belə İbrahim Mustafayev barədə bir cümlə var: ” Mustafayev İbrahim Ənvər oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib”. Şəkili belə yoxdur….
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
5 aprel 2026 15:28
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
