Dədəsinə qızıldan heykəl qoyduran icra başçısı KİMDİR?
Hacıqabul rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu olan İmanova Təranə Müsəddin qızı karantin dövründə icra başçısı tərəfindən heç bir səbəb olmadan işdən çıxarıldığını bildirir.
Şikayətçi redaksiyamıza ünvanladığı şikayət məktubunda ölkə başçısına müraciət edib. Müraciətdə deyilir:
Cənab Prezident!
Hacıqabul rayon İcra Hakimiyyetinin Başçısı Xəlilov Rüstəm Gülabba oğlu işlədiyi 6 ay ərzində ilk dəfə olaraq 28.04.2020-ci il tarix saat 17:30-da koməkçisi tərəfindən onun qəbul otağına çağırıldım və mənə söylədi ki, qızım, mən səninlə və keçmiş kollektivin işçiləri ilə işləmək istəmirəm və işləməyəcəm də. Turanə, ərizəni yaz çıx işdən. Mən otaqda olarkən rəhbərlə artıq əskik söz danışmadım və otaqdan çıxdım və başçısının köməkçisi Afiq Kərimov mənə dedi “get yaz ərizəni, sənə dedim ki, o, səni işdən çıxarmaq istəyir. Niyə uzadırsan vaxtı, geci-tezi sənə töhmət də verib cixardacaq işdən. Ən yaxşısı yaz ərizəni, rəhbər odur və mən də səndən tələb edirəm”. Və o anda mən bilmirdim nə edəm, hədə - qorxu altında ərizəmi yazıb işdən cıxdım. Ərizəmi yazdığım anda affekt vəziyyətində olmuşam, halsız bir halda geri qayıtdım. Afiq Kərimovun yanında ərizəmi mənə geri verin söylədim, lakin o, mənə dedi ki, elə şey olur? Beləcə yarım saatın içində məni işdən azad etdilər. Cənab Prezident! Rəhbər orqanlara tapşırıq və göstəriş vermisiniz ki, heç bir işçini işdən azad etmək olmaz, lakin sizin dediyin bu sözlər Rüstəm Xəlilova aid deyil. Ölkəmizin koronavirusla mübarizə apardığı dövründə mənə qarşı haqsızlıq oldu. Bizim üçün koronavirus pandemiyası heçnədir, onu sağaltmaq olur. Lakin bizim rəhbər vəzifədə işləyən insanlarımızın damarlarında axan qanın virusunu təmizləmək çox çətindir. Mən sizi başa düşürəm bu cür ağır bəlanın öhdəsindən gəlmək çətindir. İcra başçılarının həbsi sübut etdi ki, onlar vətəndaşlarımızın qayğısına qalmırlar. Hacıqabul rayon icra hakimiyyətinin başçısı Rüstem Xəlilov mənim ailə vəziyyətimi də nəzərə almayib 30 dəqiqə içində mənim gələcək taleyimin müqəddəratını həll etdi. Vəzifədə olarkən ikiüzlü, fırıldaqçı, rüşvətxor olmadığım üçün cənab prezident mən belə vəziyyətdə nə etməliyəm?! Səhəri gün işə gəldim valideynlərimlə birgə, rəhbərim Rüstəm Xəlilov ailəmi dinləyər bəlkə, fikrindən dönər məni yenidən işimə bərpa edər dedim. Lakin təəssüflər olsun ki, bu belə olmadı o valideynlərimi qəbul etmədi. Mən ailəmlə birlikdə evə qayıtdım. Sizdən xahişim odur ki, mənim işimə qaytarılmağım üçün köməklik edəsiniz. Cənab Prezident! Mən 26 may 2014-cü il tarixdən işə qəbul olmuşam, 2-ci dərəcəli dövlət qulluqçusu, Prezident İdarəçilik Akademiyasının rəhbər kadrların hazırlanması kafedrasının, dövlət və bələdiyyə idarəetməsi fakültəsinin 2-ci kurs magistr qiyabi tələbəsiyəm. 2008-ci ildən YAP-nın üzvüyəm. Məktəb illərində cox fəal şagird olmuşam. Qarasu əməliyyat şirkətinin göstərişi ilə 2006-ci ildən oxuduğum Haciqabul rayon 4 saylı orta məktəbindən digər şagirdlərdən fərqlənərək yarişin qalibi olmuşam. Respublika üzre məni layiq bilib Kanada ölkəsində bir aylıq yay düşərgəsi “WYNCHEMNA INTERNATIONAL LANGUAGE LEARNINQ CENTRE” tipli dil mərkəzindən diplomla təltif olunub, bir ay Kanadada yaşamışam. Və eyni zamanda ölkəmizin milli mental dəyərlərini təblig etmişem. “National food” günündə ölkəmizin milli mətbəxinin də qalibi bizim ölkə olmuşdur. 200 ölkə içində Azərbaycandan 4 nəfərdən biri də mən olmuşam. Mən özümü sizə tərif etmirəm, lakin belə gənc savadlı, işini bilən kadr niyə hədə-qorxu, şantajla işdən uzaqlasdırılır. Ele sözzlər var ki, cenab prezident, bunu sizə yazmaq ve demək olmur. Nə dərəcədə doğrudur ki, koronavirusla mubarizə apardığımız ağır bir zamanda gənc bir işçiyə, xanıma təzyiq göstərərək işdən cıxarmaq. Sizin dediyiniz kimi icra basçıları yerlərdə özbaşınalıq edirlər, sizin gənc kadr siyasətinizi dəstəkləmirlər. Əksinə olaraq belə işini bilən savadli, rüsvət almayan, kadrları sıxışdırıb işdən cıxarırlar. Mən öz namusumu, şərəf ve ləyaqətimi üstün tutub qorxu altında ərizə yazdim. Bu ərizəmi kriminalistikada işləyən mütəxəssis də araşdırıb nəticə cıxarda bilər. Sonradan peşman olub geri qayıtdım ki, ümumi kadrlar şöbəşinin müdiri Mehbarə Cəfərovaya söylədim ki, ərizəmi geri götürüm, o, isə söylədi ki, mən kiməm sənə ərizəni geri qaytarım. Əslində o, bir xanim kimi mənə dəstək olmaq əvəzinə, Rüstəm Xəlilovun tapşırığıni yerinə yetirdi. Ailəmi tək dolandıran insan mənəm. Atam İmanov Museddin Cəfər oğlu ehtiyatda olan zabitdir, hərbi xidmətdə zədə aldığına göre 2-ci qrup əlildir. Anam İmaova Səkinə Arazxan qızı 2-ci qrup şəkərli ağır diabet xəstəsidir. Eyni zaman hər iki gözü əməliyyat olunub, ayaq barmağının 3 ədədi şəkəri yüksək olduğu üçün çürüyübü və amputasiya edilib. Qardaşım İmanov Musteqin Museddin oğlu anadangəlmə lal və kardır, ikinci qrup əlildir. Ailədə yeganə sağlam düşüncəli insan mənəm və mən də işdən azad edilmişəm. Atam, anam, qardaşım və mən də daxil olmaqla bank kreditlərimiz var. Cənab Prezident! Mən həm də tələbəyəm, qiyabi təhsil alıram, hər dəfə Bakıya gəlib-gedirəm. Sizdən xahiş edirəm məni işimə qaytarasınız. Tək ümidim sizədir.
Qeyd: R.Xəlilov atası Gülabba Xəlilova Sabirabadda qızıldan heykəl qoydurub. Bu bir neçə il əvvəl etiraza səbəb olub. O isə bildirib ki, heykəl qızıldan deyil, sadəcə qızıl suyuna çəkilib. Moderator.az
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
9 dekabr 2025 20:20
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
8 dekabr 2025 13:03
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
