İsgəndər Həmidovun qardaşı oğlu: "Tərtərin icra başçısı mənə məxsus torpağı avtoritetə verib"

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadəyə məxsus torpaq sahəsini kriminal avtoritetə verib.
Bu barədə Ş.Məcidzadə özü məlumat verib. O bildirib ki, bu gün ona Tərtərdən İlqar adlı bir şəxs zəng edib: "Həbsdən təzə çıxdığını və məndən Tərtərdəki evimizin qabağında hasarlanmış baba torpağımızı ona "haqq” olaraq verməyimi istədi. Sərdar Həmidovun Tərtərin müdafiəsini təşkil etdiyi, qarşısında döyüş gedən evin torpağını. Sonra isə dedi ki, bunu ona Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Yəni Müstəqim Məmmədov özünü "kriminal avtoritet” kimi təqdim edən bu şəxsə deyib ki, Sərdar Həmidovun evinin qabağındakı hasarlanmış torpağı, bələdiyyəsinə pul köçürdüyüm və çekləri məndə olan torpağı verib "avtoritetə”! Təbii ki, buna inanmaq çətin olduğu üçün mən bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Öyrəndim ki, bəli, İlqar adlı şəxs icra başçısının qəbulunda olub! Bu o deməkdir ki, 90-cı illərin əvvəllərində Rusiyanın vilayətlərində olduğu kimi reketçiliyə himayədarlıq edən dövlət idarəetməsi praktikasını Müstəqim Məmmədov Tərtərə gətirir! Həm də Prezidentin icra hakimiyyəti başçılarına qarşı korrupsiya mübarizəsi açdığı vaxtda! Təbii ki, bunu susqunluqla qarşılamayacağıq. Dərhal araşdırmaya başladım. Öyrəndim ki, qarət, oğurluq və müxtəlif cinayət hadisələrinə görə bu və onun qardaşları doğrudan da məhkum olublar. Müstəqim Məmmədov isə bu adamları mənim və ailəmin üstünə göndərir. Əvvəllər bu kimi hadisələrdə başçılar əhaliyə zor gücünü polisin əli ilə göstərdi. İndi polis bu işlərə qarışmasa da, ən azı regional səviyyədə buna qarşıda fəaliyyət göstərə bilmədiyinin nəticəsidir ki, belə açıq zəng edib hədə və təhdid ritorikası ilə ictimai fəaliyyətlə məşğul olan bir adamdan torpaq istəyə bilirlər. Bütün həqiqətləri üzə çıxarmaq məqsədi ilə artıq araşdırma yazıya başlamışam. 102 xidmətinə bilərəkdən zəng etməmişəm! Çünki Tərtər İcra Hakimiyyətinin başçısının şəxsən verdiyi işarə ilə mənim üstümə yönləndirilən, özünü hörmətli oğlan, "avtoritet” kimi tanıdan adamla bağlı heç bir tədbir görülməyəcəyindən əminəm. Ona görə də yazı hazırlanana qədər Tərtərdə ağırlaşan kriminal vəziyyətə nəzarət etmək, konstitusion quruluşa böyük zərbə olan, dövlət qurumlarının quldur dəstələrininin əli ilə xalqa qarşı zor gücü istifadəsi praktikası ənənəsinin gətirilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirəm. Burda ictimai qaydada Tərtərdə vüsət almağa başlayan mütəşəkkil cinayətkarlığın inkişafı, hakimiyyət orqanlarının mütəşəkkil cinayətkarlığı himayə etməsi işinin qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyev və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edirəm ki, cinayətkar ünsürlər tərəfindən əhaliyə qarşı divan tutulması prosesinin qarşısını alsınlar. Buradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edirəm ki, bu hüquqi pozuntulara qarşı tədbirlər görsünlər. Bu gün bu məsələyə dair Tərtəri Parlamentdə təmsil edən Sahib Aliyevə zəng etdiyimi də bildirmək istəyirəm. Buradan jurnalistlərə, ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycanın qara günlərə getməsini istəməyən hər kəsə müraciət edirəm ki, məsələnin ictimai şəkildə araşdırılmasına köməklik göstərsin. Mən şəxsən bunu dövlətin konstitusion quruluşuna, ölkə sabitliyinə, Prezident və vitse-prezidentin aparmış olduğu islahatlar prosesinə qarşı sabotaj kimi qiymətləndirirəm. Və Tərtərdə millət vəkili adını mənimsəyən deputata çatmaq mümkün olmadığı üçün bu postu yazmalı oluram". İcra başçısı M.Məmmədovun mövqeyini dərc etməyə hazırıq. Mənbə: Pravda.az
- Çar II Nikolayın varisi italyan qızla evlənir
21 yanvar 2021 15:42
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 2021 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 2021 15:24
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 2021 14:08
- Trampın AİLƏ-si ilə bağlı yeni iddia
21 yanvar 2021 13:37
- Bayden and içdi - Canlı
20 yanvar 2021 21:36
- AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
20 yanvar 2021 10:21
- “Lotu Quli”nin məzarı üstündəki silahlı insidentin səbəbi
20 yanvar 2021 10:10
- “ Hamısı da cavan qızlara diqqət edirdi..."
19 yanvar 2021 23:13
- “30 ildir İlhamı yanımda axtarıram, amma ...”
19 yanvar 2021 22:35
- “Bu tarixdən maska taxmaq ləğv ediləcək”
21 yanvar 17:16
- “Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəşt
21 yanvar 17:08
- Novruz bayramınadək əfv sərəncamı ....
21 yanvar 16:27
- Çar II Nikolayın varisi italyan qızla evlənir
21 yanvar 15:42
- 20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı..
21 yanvar 15:30
- “Hadrut fatehi”, Vətən Müharibəsi Qəhrəmanı ...(FOTOLAR)
21 yanvar 15:24
- Azərbaycanlı alim Baydenlə Harrisin böyük eybindən yazdı
21 yanvar 15:01
- Paşinyan parlamentin iclasına ZİREHli jiletlə qatıldı - Foto
21 yanvar 14:40
- 2020-ci ildə Azərbaycanda nikahlar yarıbayarı azalıb
21 yanvar 14:21
- Qazi 7-ci mərtəbədə kirayədə qalır ... çıxarıb-düşürə bilmirik
21 yanvar 14:08
- Azərbaycanda doğulan uşaqların 53,3 faizi oğlandır
21 yanvar 13:49
- Trampın AİLƏ-si ilə bağlı yeni iddia
21 yanvar 13:37
- Dollar uzunmüddətli ucuzlaşacaq
21 yanvar 10:36
- Naxçıvanın Kərki, Qazaxın isə 7 kəndi boşaldılacaq
21 yanvar 10:30
- Bakıya qar yağır
21 yanvar 10:17
- Şəhidlərin xatirəsi yad olundu - Fotolar
21 yanvar 10:07
- Bayden and içdi - Canlı
20 yanvar 21:36
- “Karyerdə daş atıb, 10 manat alırdım”
20 yanvar 20:51
- Paşinyan Bakıda öldürülən insanlar qarşısında BAŞ ƏYDİ
20 yanvar 14:32
- Yaponiya Rusiyaya qarşı: Kuril adası BİZİMDİR
20 yanvar 14:19
- Qorbaçovdan ABŞ-a məsləhət
20 yanvar 14:12
- Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi
20 yanvar 14:04
- 20 Yanvar qırğınının törədilməsində ABŞ-ın rolu – Qaranlıq
20 yanvar 13:55
- ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi
20 yanvar 13:26
- 20 Yanvarın sirləri açılır: Dubinyak və "Qardaşlıq" cəmiyyəti
20 yanvar 13:20
- Prezidentlə xanımı Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar
20 yanvar 12:52
- AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
20 yanvar 10:21
- “Lotu Quli”nin məzarı üstündəki silahlı insidentin səbəbi
20 yanvar 10:10
- İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım (FOTO)
20 yanvar 10:01
- Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - Foto
20 yanvar 09:50